Dünyanı aldadan öpüş

Dünyanı aldadan öpüş
4 yanvar 2014
# 08:30

Rober Duano fotoqrafiyada yeni istiqamətin yaradıcılarından hesab olunur. Ona ən böyük məşhurluq gətirən əsəri isə “Bələdiyyə binası qarşısında öpüş” (Le baiser de l’hotel de ville) adlanır.

Rober Duano bu fotonu 1950-ci ildə çəkib. Sifarişi “Life” jurnalından alıbmış. Müəllifinə dünya şöhrəti gətirən foto məhəbbət, gənclik, sevgi dolu Parisin simvolu hesab olunur. Duanonun “Öpüşü” tam təsadüfi, şans əsəri yaranmış bir foto təsiri bağışlayır. Kompazisiya düzümünün yoxluğu və kadrdakı “hərəkət” onu həyatın gerçək bir anı təsirini bağışlayır.

“Life” jurnalı Rober Duanonun bu fotosunu Paris küçələrində çəkilmiş başqa “Öpüş” fotoları ilə birgə dərc edir. Fotonun neqativi isə 30 jurnalın arxivində saxlanılır.

Bu foto 1986-cı ildə poster şəklində çap olunduqdan sonra məşhurluq qazandı. Rover Duanonun “Öpüş”ü 2.5 milyon açıqca, plakat, kalendar, fotoalbom üzərində dərc edilib. Təəccüblü burasıdır Duanonun tək bu fotosu yerdə qalan fotolarından çox gəlir gətirib.

Amma məşhurluğun da medal kimi tərs tərəfi də var. Bu əsərin çapından sonra Duano çoxlu məktublar alır. Bu məktubların sahibləri özlərini fotonun qəhrəmanları kimi təqdim edərək kompensasiya tələb edirdilər. Beləcə bir cütlük 1988-ci ildə fotoqrafı məhkəməyə verərək ondan 90 min dollar qonorar tələb edir. Rober Duano məhkəməni udsa da etiraf etməli olur ki, foto təsadüfi çəkilməyib, əvvəldən qurulubmuş. Fotoqrafın sözlərinə görə o küçədə öpüşənləri çəkməyə ürək etməzdi, çünki belə cütlüklər nadir hallarda “qanuni” cütlüklər olur.

Məhkəmə qalmaqalları bununla da bitmir. Fotodakı model Fransua Borne Duanonun şəxsən imzası olan fotonu təqdim edərək fotoda özü çəkildiyini isbat edir və qonorar kimi 100 min frank tələb edir. Lakin fotoqraf bu məhkəmə işini də uda bilir. O sübut edir ki, çəkilişə görə hər iki iştirakçıya ödəniş edibmiş.

Fotoqraf məhkəmələri udsa da onun vicdanlı dokumentalist və fotojurnalist imici ciddi surətdə korlanır.

Rober Duanononun ölümündən xeyli müddət keçəndən sonra, 2005-ci ildə Fransuaza Borneyə pul lazım olduğu üçün o fotoqrafın imzası olan bu fotonu hərraca çıxarır. Onun və mütəxəsslərin gözləntilərinə görə əsər 10-20 min Avro arasında qiymətə satılacaqdı.

Ancaq belə olmur. “Bələdiyyə binası qarşısında öpüş” fotosu 155 min Avroya satılır. Əsəri adı gizli saxlanılan isveçrəli kolleksioner alır.

# 4805 dəfə oxunub

Oxşar xəbərlər

"Bu hekayə deyil, əhvalatdır..." - Müzakirə

"Bu hekayə deyil, əhvalatdır..." - Müzakirə

15:00 20 iyun 2025
Nazir qızının faciəvi sonu - Səməd Vurğunun Cəlalı və Humayı, əslində, kim idi?

Nazir qızının faciəvi sonu - Səməd Vurğunun Cəlalı və Humayı, əslində, kim idi?

12:00 20 iyun 2025
"Onu incitmək, zorlamaq olmaz" - Ötən gün intihar edən azərbaycanlı rəssam haqqında bilmədikləriniz

"Onu incitmək, zorlamaq olmaz" - Ötən gün intihar edən azərbaycanlı rəssam haqqında bilmədikləriniz

12:00 19 iyun 2025
Oğurluğa gəlmişəm, qorxmayın... -  Əli Çağlanın şeirləri

Oğurluğa gəlmişəm, qorxmayın... - Əli Çağlanın şeirləri

17:00 17 iyun 2025
...Tanrıdan yazılantək

...Tanrıdan yazılantək

15:42 17 iyun 2025
"Bu romanda hər şey ötəridir, səthidir..." - Rəşad Səfər Şərif Ağayarın romanını tənqid etdi

"Bu romanda hər şey ötəridir, səthidir..." - Rəşad Səfər Şərif Ağayarın romanını tənqid etdi

12:00 17 iyun 2025
# # #