“Utopiya”

“Utopiya”
16 iyul 2013
# 17:26

Mayın 19-da Rusiyada açılan Çexov adına XI Beynəlxalq Teatr Festivalı iyulun 15-də öz işini başa çatdırıb. Belə ki festival 1990-cı ildə öz trupasını yaratmış, Görkəmli Flamenko ifaçısı Mariya Paxes öz yeni “Utopiya” tamaşası ilə bağlanıb. Bu tamaşa festivalın ən parlaq tamaşası kimi yadda qalıb.

Festivalda Kanadadan Rober Lepaj (“Kartlar” tamaşası ilə), Böyük Britaniyadan Metyü Bourn (“Metyü Bournun yatmış gözəli”), Fransadan Jeyms Tyere (“Raul”), Viktoriya Tyer Çaplin (“Divarların pıçıltısı”), Jozef Nac (Sho=po-gen-zo”) Emmanuel DEmarsi-Mota (“Kərgədan”), İspaniyadan Mariya Paxes (“Utopiya”) tamaşaları ilə əsas proqramda təmsil olunub. Portuqaliyanın Milli Teatrı rejissoru Rikard Payşın “Kölgələr” tamaşasını tənqidçilər “teatr sənətinin möcüzəsi” kimi qiymətləndiriblər. Bundan əlavə İsraildən olan iki balet truppasının da çıxışı baş tutub.

Festivalı “Raul” tamaşası ilə Çarli Çaplinin doğma nəvəsi Jeyms Tyere açmışdı.

Bu ilki Festivalın əsas cəhəti olaraq tamaşalardakı qeyri-verballıq yadda qalıb. Mətbuatın yazdığına görə, rəqs tamaşalar və “yeni sirk” janrlı tamaşalarda bu, aşkar görünüb. Əfsanəvi balerina Silviya Gilemin ifası da festivalın unudulmaz anlarından olub. O, Rusiyalı tamaşaçılar üçün modern balet ifa edib.

Festivalın regional proqramına Rusiya banklarından biri sponsorluq edib.

Festival çərçivəsində MDB ölkələrinin gənc rejissorlarının laboratoriyası işləyib. Xatırladaq ki, festival çərçivəsində keçirilən master-klasslarda Azərbaycandan rejissorlar - Aytən Məmmədova və Elşad Rəhmanov iştirak etmişdi.

Növbəti festival ənənəyə uyğun olaraq 2015-ci ildə keçiriləcək.

# 3622 dəfə oxunub

Oxşar xəbərlər

"Dünənki adamın yarısı belə deyiləm..." - Məşhur "Yesterday" necə yarandı?

"Dünənki adamın yarısı belə deyiləm..." - Məşhur "Yesterday" necə yarandı?

11:30 11 oktyabr 2026
"Bir adətin ənənəviliyi onun yaxşılığına dəlalət etmir..." - Harriet Teylor Mill kim idi?

"Bir adətin ənənəviliyi onun yaxşılığına dəlalət etmir..." - Harriet Teylor Mill kim idi?

16:00 8 oktyabr 2026
İtalyan rəssamın sevgilisindən ilhamlanıb çəkdiyi tablo - "Məryəm iki mələk ilə"

İtalyan rəssamın sevgilisindən ilhamlanıb çəkdiyi tablo - "Məryəm iki mələk ilə"

14:00 8 oktyabr 2026
Səhnədə üsyan, mağazada moda – Qranj necə özünə xəyanət etdi?

Səhnədə üsyan, mağazada moda – Qranj necə özünə xəyanət etdi?

18:40 6 oktyabr 2026
"Ömrümdən nə qaldı vəfasız dünyada?" - Məşhur "Əlvida"nın pərdəarxası

"Ömrümdən nə qaldı vəfasız dünyada?" - Məşhur "Əlvida"nın pərdəarxası

15:00 6 oktyabr 2026
Eybəcər - Samirə Əşrəfin hekayəsi

Eybəcər - Samirə Əşrəfin hekayəsi

15:00 5 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər