Göylərə yüksələn uşaq şarında çaşqın saqqallar – Orxan Pamukun şeirləri

Göylərə yüksələn uşaq şarında çaşqın saqqallar – Orxan Pamukun şeirləri
1 avqust 2019
# 17:30

Kulis.az Orxan Pamukun şeirlərini təqdim edir.

Zayı çıxdı hər şeyin, hər tərəfdə müsibət
Sağ olsun ki pusqudadır haqqısevən mətbuat
Qarşıdaki dağlar, sanki, köhnə bir qadın sifəti
Arxa cibimdə ağsaraylı sionizmin xisləti
Səhvə qurban gedərək ölən İspatari əfəndi
Alnımda xatirələri ilıq bir ittihad və tərəqqi
Soyuq vitrinlərdə Maksim Qorkitək bığlar
Göylərə yüksələn uşaq şarında çaşqın saqqallar

Əskik sözgəzdirənliyim şəhərin merinədir
nəşə xəbər aldı çarxıma çəkilməsi unudulan İsa:
“yox Müsyö, biz o yolun yolçusu deyilik”
Neçə şühbəli qismindəki iri banklar yoxuştan dığırlandı

Açıq etiraf edim, qanmadım Halit Ziya bəyi
Topqapılı tacirlər amerikalı fahişələrə doymadan
Qatar hər “Sirkəçi”yə çatandə gözöyrəşən bir miniatur dirək
Və Yustinian əyyamından qalma bəzək əşyası Aya Sofya

Ax, “qocalıq xəbərdarlığı” siqnalı xarab notariat və agentliklər
Əndişələrimdə südsatandan qabaq bir partizan gəlir
“Qalata”da yorğun müttəfiqlərin bitməyən sinfoniyaları
Və yollana bilmədiyim kəsik duduşlu Pera səmti

Kleopatra və Don Juanın özünütənqidləri çap olunub
Saqqallılar üçün əxlaq dərslikləri bukinistlərdə
Komitə üzvlərinin botinkaları sərgilərdə
Arxa-dayağımız sısqa avaralar qəlyanxanalarda

İki qızının saqqız çıxmış eşq məzmunlu nümunələri foto-romandır
Necə ki okean güclü proletariatdır
Qarşıdaki dağlar, sanki, köhnə bir qadın sifəti
Arxa cibimdə ağsaraylı sionizmin xisləti

mart, 1971

Şəhlası*

O çeşmələrdə azmı axtardım adımı
qını qanlı qılınclar qalalarda bağırırdı
bəllidir hər kəsə: ən böyük qəhrəman Şəhlasıdır
rəngsaz toxmaqçılar parçaları döyərək hamarlaşdırdı
Şəhlası solğun sifətli xaçpərəst qadınlara ürək yandırardı
Onun iyirmi üç apreldə xəstələndiyindən
“yavrukurt” barabanını çala bilməməyi də var
Zarafatcıl qəlpələrin vur-çatlasınıdır Şəhlası
Cəsədinin ölüsünə “ölüdür” desəm, hey baxardılar
Di gəl onunku bir idarəçilik idi. Ən tikansız iftiraları belə..
Deyirlər ki, Şəhlası mənmişəm.

*Şəhla - iri tünd-mavi göz. Bu şeirdə zənnimcə, M. K. Atatürk nəzərdə tutulur. Çünki onun sol gözü şəhlagöz idi, həmçinin, şeirdəki 23 aprel vurğusu və Pamukun burada daha çox yenilikçi sifətiylə çıxış etməsi bu qənaətə dəstək dura bilər. Təbii, yanlış qənaət də ola bilər – tərc.

Tərcümə etdi: Məhəmməd Tanhu /sim-sim.az/

# 3871 dəfə oxunub

Oxşar xəbərlər

Gənc qadın elə dayanacaqdaca öldü… - Hədiyyə Şəfaqət

Gənc qadın elə dayanacaqdaca öldü… - Hədiyyə Şəfaqət

16:30 6 yanvar 2026
"Ağıllı adam odur ki, bu beş günü məhəbbət ilə yola sala..."  - Lev Tolstoy Mirzə Cəlilin tərcüməsində

"Ağıllı adam odur ki, bu beş günü məhəbbət ilə yola sala..." - Lev Tolstoy Mirzə Cəlilin tərcüməsində

15:00 4 yanvar 2026
"Dava-dava" oyunu - Nodar Macaraşvilinin hekayəsi

"Dava-dava" oyunu - Nodar Macaraşvilinin hekayəsi

12:00 4 yanvar 2026
Könül atəşlidir, söndürmək gərək... - Əlişir Nəvainin "Fərhad və Şirin"indən bir hissə

Könül atəşlidir, söndürmək gərək... - Əlişir Nəvainin "Fərhad və Şirin"indən bir hissə

15:00 3 yanvar 2026
Qatilin kimliyi bilinmədi, müəllif  əlyazmanı yandırdı...  - Yarımçıq qalmış  ən maraqlı əsərlər

Qatilin kimliyi bilinmədi, müəllif əlyazmanı yandırdı... - Yarımçıq qalmış ən maraqlı əsərlər

12:00 3 yanvar 2026
Ən yaxşı 10 Yeni il kitabı - Siyahı

Ən yaxşı 10 Yeni il kitabı - Siyahı

15:00 2 yanvar 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər