Ən yaxşı erotik kitablar-SİYAHI

Ən yaxşı erotik kitablar-<span style="color:red;">SİYAHI
16 dekabr 2014
# 09:30

Ədəbiyyatda erotizm birmənalı qarşılanmayıb. Seksual xarakterli mətnlər daim qalmaqal yaradıb, belə kitablar müxtəlif ölkələrdə qadağalara, senzuraya məruz qalıb. Bütün bunlara baxmayaraq elə erotik kitablar var ki, onlar ədəbiyyat tarixinə öz damğasını vurub.

Kulis.az ən yaxşı 7 erotik kitabı təqdim edir.

Emmanuel Arsan – “Emmanuel” – “Emmanuel” deyəndə hamının ağlına eyniadlı film gəlir. Bu film elə bəhs etdiyimiz roman əsasında çəkilib. Kitab 1967-ci ildə Fransada çap edilib, 4 il sonra ingilis dilinə çevrilib. Amma 1959-cu ildə roman müəllifin adı göstərilmədən çap edilibmiş. Roman fransız mühəndisin 19 yaşlı arvadının seksual fantaziyalarından bəhs edir. Hadisələr Banqkokda baş verir. Yeni cəmiyyətdə insanlarla tanış olan Emmanuel intim münasibətlərin heç də çətin olmadığını görür. O, yad kişilərlə, qadınlarla yatır, orgiyalara qatılır. Bu romanda Qərblə Şərq, sevgi ilə seks qarşı-qarşı qoyulur.

“Kama Sutra” - Hind mədəniyyətində cinsi əlaqənin növləri və üsulları haqqında müxtəlif tipli məlumatların verildiyi kitabdır. Kama Sutra sözü sanskrit dilində olan “kama” (zövq) və “sutra” (kitab) sözlərinin birləşməsindən yaranmış, tam tərcüməsi "zövqün kitabı" deməkdir. Kama Sutra anlayışı müxtəlif mənbələrdə müxtəlif şəkildə təqdim olunmuşdur. Bəzi mənbələrdə “Kama Sutra” Hind yaşayış tərzidir. Digər mənbələrdə isə “Kama Sutra” cinsi əlaqənin rahat yollarını göstərən məlumatlandırıcı kitab kimi göstərilib. “Kama Sutra” Hindistan mədəniyyətində mühüm yer tutur və bir çox tarixi yazılarda cinsi təlim kimi göstərilir. “Kama Sutra” kitabında əsas məqsəd kimi qadın və kişi arasında yaşanan cinsi həzzi mümkün olduğu qədər yaxşılaşdırmaqdır. Kitabda intim pozalar göstərilib.

Erika Ceyms "Bozun əlli çaları". İngiltərə yazıçısı Erika Ceymsin trilogiyasından birinci kitabdır. Son illərin ən oxunan erotik romanıdır. Hazırda dünyanın bir çox ölkələrində satış rekordları qıran bu əsəri bir çox tənqidçilər "analar üçün porno" adlandırıblar. Erotik məzmunlu "Bozun əlli çaları" 22 yaşlı universitet məzunu Anasteyşa Stilin hekayətidir. Təsadüfən 27 yaşlı biznes-maqnat Kristian Qreydən müsahibə almağa yollanan qız az sonra mürəkkəb intim münasibətlərə cəlb olunur. Bəyəndiyi yaraşıqlı kişini sadomazoxist meyllərdən uzaqlaşdırmağa çalışan Anasteyşa Stil tədricən onun seksual köləsinə çevrilir, lakin daha sonra normal eşq istəyi onu bu əsarətdən qurtulmağa sövq edir.

Markiz de Sad “Sodomun 120 günü”. Ziddiyyətli şəxsiyyətə malik olan fransız filosofu, yazıçısı, aristokratı Markiz de Sadın ən məşhur əsərlərindən biri olan “Sodomun 120 günü” Bastiliya qalasında 37 gün ərzində tualet kağızında yazılmışdı. Dörd vəzifəli şəxs öz villasına gənc oğlan və qızları yığaraq onlarla seksdən, işgəncələrdən ibarət oyunlar oynayırlar. Orgiyalar arası fasilələrdə kitabın qəhrəmanları baş verənlərin fəlsəfəsini açırlar. Romanın süjeti əsasında rejissor Pyer Paolo Pazolini “Salo və ya Sodomun 120 günü” adlı film çəkib. Filmdə əsərin ideyası tamamilə dəyişdirilib. De Sad insanlara özünün individualizm fəlsəfəsinin psixopatik sonsuzluğunu təlqin edirdi. Onun fəlsəfəsinə görə insanlar ürəyi istəyən hər şeyi etməkdə azad olmalıdırlar. Mərhəmət, qayğı – bu bir yanlışlıqdır, bunu zəiflər düşünüb tapıblar ki, onlar hər zaman güclülərdən bu minvalla istədiklərini ala bilsinlər.

Vladimir Nabokov “Lolita”. Əsər ilk dəfə 1955-ci ildə Parisdə çap olunub. Ötən əsrin ən yaxşı romanlarından biri hesab olunur. Roman əsasında bir neçə versiyada filmlər çəkilib. Romanın əsas qəhrəmanı Humbert Amerikada yaşayan orta yaşlı, fransız dili professorudur. Evlərində müvəqqəti yaşadığı ailənin 12 yaşlı qızına aşiq olur. Onu yaddaşından silə bilmədiyi gənc yaşlarında sevdiyi qızla eyniləşdirir... Amma evin xanımı xanım Haze Humbertə öz sevgisini etiraf edir. Bu evliliyi rədd etsə, Lolitanı görməkdən məhrum olacağını düşünərək təklifi qəbul edir. Amma xanım Haze avtomobil qəzasında ölür. Humbertin istədiyi də bu idi...

Henri Miller “Xərçəng tropiki”. Roman müəllifin Fransada, əsasən Parisdə keçirdiyi illərdən, Parisdəki həyatın ən fərqli tərəflərindən, özü də daxil olmaqla, oradakı sənətçilərin yaşamaq və yaratmaq uğrunda apardığı uğurlu-uğursuz mücadilələrindən bəhs edir. Henri Millerin təsvir etdiyi Paris başqa Parisdir. Henri Millerin Parisində sənət və gözəlliklə bərabər, uğursuz yazarlar, səfalətin zirvəsinə dırmanmış mühacirlər, həyatın dibində çapalayan insanlar da var. Və hamısının mükəmməl, sarsıdıcı təsvirləri… İlk baxışdan xaotik, amma daxili düzəni olan, fəlsəfə ilə, sənət ilə reallığın sərt formada qarşı-qarşıya qoyulduğu bir romandır . Kitabda seksual səhnələr çox olsa da, bu romanın ana xəttini təşkil etmir.

Con Kleland, “Fanni Hill, həzz qadınının xatirələri”. Bu roman 1717-ci ildə dərc olunub və ingilis erotik ədəbiyyatının klassikasına çevrilib. Müəllif o vaxt üçün görünməmiş açıqlıqda bir kitab yazıb. Hadisələr kənddən Londona işləmək üçün gələn bir gənc qızın dilindən verilib. Fahişəxanaya düşən qızın başına bir çox hadisələr gəlir. Amma o öz xoşbəxtliyini və sevgisini tapa bilir. Kitabda fahişəxanadakı işlər bütün detalları ilə yazılıb. ABŞ-da iki yüz ilə yaxın qadağan olunub bu əsər.

# 5563 dəfə oxunub

Oxşar xəbərlər

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

17:00 19 noyabr 2024
"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

15:00 19 noyabr 2024
"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

10:10 18 noyabr 2024
Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

15:00 16 noyabr 2024
Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

12:00 16 noyabr 2024
"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

15:00 15 noyabr 2024
# # #