Qapıçının boyuna görə dəyişən qapı, topu olan hörmətli uşaq, davakar müdafiəçilər – Məhəllə futbolunun yazılmamış qaydaları

Məhəllə futbolunun yazılmamış qaydaları

Məhəllə futbolunun yazılmamış qaydaları

16 noyabr 2021
# 15:22

Kulis.az “məhəllə futbolunun” 15 yazılmamış qaydasını təqdim edir.

Bu qaydaların heç bir yerdə yazılı olmamasına rəğmən, ölkənin istənilən yerində necə tətbiq olunduğu və yayıldığı mövzusu tamamilə bir müəmmadır.

FİFA-nın, UEFA-nın hər il dəyişdirdiyi yeni qaydalar, hakim səhvləri bəzi professional matçları xoasa çevirərkən, məhəllə futbolunun qaydaları məğribdən-məşriqə, günbatandan-gündoğana qədər çox diqqətli şəkildə tətbiq olunurdu. Bu qaydaların tətbiqi futbola sevdalı gəncliyin dünya futboluna verdiyi ən vacib mesajlardandır.

Keçək qaydalara:

1. Kök olan uşaq qapıçı dayanır.

Çəkisi ağır olan uşaqlar həm ləng olduğu, həm də yaxşı oynaya bilmədikləri üçün potensial qapıçı rolunda olurlar. Onların daha bir üstünlüyü isə bədənləri ilə qapının, demək olar ki, yarısını tutmaqlarıdır. Hansı məhəllənin kök qapıçısı var idisə, həmin məhəllə bir addım irəlidə idi.

2. Topu olan uşağa hamı hörmət edir.

Məhəllə futbolunda bəzən top çətin tapılır. Buna görə də topu olan uşaq çox hörmətli və toxunulmaz sayılır. Onun nazını çəkmək lazımdır. Çünki o hər an inciyib gedə bilər və oyun bitər.

3. Dirək yerinə daş qoyulur.

Məlum məsələdir ki, məhəllədə futbol oynamağa münbit zəmin olmur. Belə olan halda, süni stadion düzəldilir, daşdan dirəklər qoyulur.

4. Qərarlar andiçmə və söyüşqoyma yolu ilə qəbul edilir.

Kim daha inandırıcı and içir və yaxud daha ağır söyüş qoyursa, ona daha çox inanırlar.

5. Penalti zamanı qapıçını dəyişmək olmaz

Əgər penalti zərbəsi zamanı qapıçı dəyişilərsə, rəqib komanda 2 dənə penalti vurmaq haqqı qazanır.

6. “Hallay-mallay”, yaxud “matı” gedilərək komanda düzəldilir.

Xüsusi bir komanda olamadığına görə, iki kapitan seçilir. Hərə özünə bir ad qoyur və bu kapitanlara iki-iki yaxınlaşıb onlara taxma adlar, yaxud ləqəblər təklif olunur. Kapitan hansı ləqəbi seçirsə, həmin uşaq onun komandasında olur.

7. Oyun ya qaranlıq düşənə kimi, ya da top sahibinin evə getməyinə qədər davam edir.

Oyunlar, əsasən, 12, yaxud 10 qoldan ibarət olur. Kim deyilən rəqəmə daha tez çatsa, o da qalib olur. Bəzən bitməyən oyun axşama kimi davam edir. Əgər heç cür deyilən rəqəmə çatmaq olmursa, “son hücum” deyilən taktika istifadə olunur. Buna “kim vurdu o udur” da deyə bilərik.

8. Qapının ölçüsü qapıçının boyuna görə tənzimlənir.

Xəyali dirəklər qapıçının boyuna görə tənzimlənir. Əgər qapıçı hündürdüsə qapı da hündürləşir. Yox əgər alçaqdırsa, qapı da avtomatik kiçilir.

9. Ən yaxşı oynayan uşaqlar kapitan seçilirlər

Ümumiyyətlə, ən yaxşı futbol oynayan uşaqlar məhlədə böyük hörmət sahibi olurlar.

10. Penalti zərbəsini “uclamaq” olmaz

Bir çox məhəllələrdə belə şərt qoyulurdu ki, penalti zərbəsini ayağın ucu ilə vurmaq olmaz. Belə zərbələr çox şiddətli olduğundan qapıçı üçün təhlükəli sayılırdı. Bu zərbəyə “uclamaq”, ya da “pırnan vurmaq” da deyilirdi.

11. Oyun başlayanda “top, yoxsa qapı” prinsipi ilə dəqiqləşdirilir.

Topu seçən komanda mərkəzi birinci başlayır, qapını seçən komanda isə daha yaxşı imkanlara malik qapı seçirlər.

12. Davakar və güclü uşaqlar müdafiəyə qoyulur

Əvvəldən belə bir mif var ki, güclü və davakar uşaqlar müdafiədə daha yaxşı dayanır.

13. Cərimə zərbələrinə 3 və ya 5 addım atmaqla canlı sədd qurulur.

Bir addımın təxminən bir metrə bərabər olduğu bu addımlar, adətən, heç vaxt ədalətli olmur.

14. Topu uzağa vuran, gedib gətirir.

Topu stadionun xəyali nöqtələrindən uzağa vuran, gedib özü gətirir.

15. Penaltini kim yaradıbsa, o da vurur.

Penaltini qazanan oyunçu, penaltini vurmaq şansına sahib olur.

# 4312 dəfə oxunub

Oxşar xəbərlər

Nə şah unutdura bildi, nə molla - Edam ipini öpən azərbaycanlı şair kimdir?

Nə şah unutdura bildi, nə molla - Edam ipini öpən azərbaycanlı şair kimdir?

09:00 2 iyul 2025
Matsoni - Əli Novruzovun yeni hekayəsi

Matsoni - Əli Novruzovun yeni hekayəsi

09:00 1 iyul 2025
“Təhminə” filmi ilə məşhurlaşdı, bir gecədə Bakını tərk etdi, ağır xəstəlik keçirib yatağa düşdü – O niyə aktrisalıqdan imtina etdi?

“Təhminə” filmi ilə məşhurlaşdı, bir gecədə Bakını tərk etdi, ağır xəstəlik keçirib yatağa düşdü – O niyə aktrisalıqdan imtina etdi?

12:00 30 iyun 2025
Buğdanın göyə çəkilməsi -  Murad Köhnəqalanın yeni hekayəsi

Buğdanın göyə çəkilməsi - Murad Köhnəqalanın yeni hekayəsi

10:00 29 iyun 2025
İki həftədə iki ölüm, unudulmuş soy, gizli bağlantı - Kəbirlinski kimdir?

İki həftədə iki ölüm, unudulmuş soy, gizli bağlantı - Kəbirlinski kimdir?

10:00 28 iyun 2025
Xalq düşmənini evində gizlətdi, 14 yaşlı oğlu ilə sürgünə göndərildi, şahın qızıl saatını satdı - SSRİ-nin ən "arzuolunmaz" qadını

Xalq düşmənini evində gizlətdi, 14 yaşlı oğlu ilə sürgünə göndərildi, şahın qızıl saatını satdı - SSRİ-nin ən "arzuolunmaz" qadını

12:00 27 iyun 2025
#
#
# # #