Pezeşkianın Azərbaycan dilində şeir deməyinə niyə sevinirik? – Ulucay Akif

Pezeşkianın Azərbaycan dilində şeir deməyinə niyə sevinirik? – Ulucay Akif
29 aprel 2025
# 10:50

Kulis.az Ulucay Akifin yeni yazısını təqdim edir.

Görürəm ki, İran prezidentinin şeir deməyini paylaşanlara lağ edənlər var. Deyirlər ki, safıq, uşağıq, başımızı şeirlə aldadırlar.

Ay dostlar, narahat olmayın, məncə, heç birimiz Pezeşkianın Azərbaycan dilində şeir deməsinə aldanmırıq. Heç birimiz uşaq deyilik.

Şəxsən mənə ləzzət edən şey İran prezidentinin dilindən öz şairimin şeirini eşitməkdir.

Olsun ki, Pezeşkian əslən azərbaycanlıdır, soydaşımızdır. Amma bundan da böyük həqiqət var: Pezeşkian İranın prezidentidir.

Bəli, bu qədər sadə.

Mən İran prezidentinin Şəhriyarın şeirini oxumağına sevindim. Yəni Çinin prezidenti də Azərbaycan dilində bir bayatı desə, xoşuma gələr, ləzzət eləyər.

Pezeşkianın bizim dilimizdə şeir deməyi də buna görə xoşumuza gəldi. Bizim prezidentimiz farsca şeir oxumadı ki. İranın prezidenti bizim şairin şeirini, bizim hüzurumuzda, bizim dildə səsləndirdi.

Deyənlər də var ki, Pezeşkian o şeiri başqa mənada oxuyub, başqa şey nəzərdə tutub.

Pezeşkian o şeiri milyon başqa mənada oxusun, mənə nə? Mən ki şair Şəhriyarın o şeiri hansı mənada yazdığını bilirəm.

Yenə təkrarlayıram, mən Şəhriyarın şeirini eşitməyimə sevindim. Məncə, digər adamlarımızın da şüuraltında oyanan sevinc məhz bu dediklərimdir, başqa heç nə.

Hə, qaldı ki İranla münasibətimizin düzəlməsi məsələsinə... İranın kim olduğunu hamımız bilirik və həmişə də ağlımızdadır, heç nəyi unutmuruq. Qarabağ müharibəsi zamanı baş verənlər də yadımızdadır. Bizim də yadımızdadır, dövlətimizin də.

Məmmədhüseyn Şəhriyarın o poeması belə bitir:

“Heydərbaba, alçaqların köşk olsun,
Bizdən sora qalanlara eşq olsun,
Keçmişlərim gələnlərə məşq olsun,
Evladımız məzəhəbbin danmasın,
Hər içiboş sözlərə aldanmasın!”

Şair özü bizə deyir ki, “keçmişlərim gələnlərə məşq olsun, hər içiboş sözlərə aldanmasın!”.

Yəqin ki, şairimizin tövsiyəsini bir qulağımızdan alıb o birindən vermərik.

Bu öz yerində.

Dövlətimiz isə İranla münasibəti yaxşılaşdırırsa, bizə düşən də bunu normal qarşılamaqdır. Çünki mən bilirəm ki, İlham Əliyev Azərbaycan üçün ən xeyirlisi nədirsə, ən düzgün olan nədirsə, həmişə onu edir. Buna zərrə də şübhəm yoxdur. Məncə, siz də bunu çox yaxşı bilirsiniz.

Ol səbəbdən xarici siyasətimizlə bağlı heç bir məsələdən narahat deyiləm. Azərbaycan regionun ən aktiv dövlətinə çevrilib. İran da bizimlə dost olmaq istəyir, İsrail də. Ermənistan da bizimlə düşmənlik etmək istəmir, Rusiya da. Bütün bunları görürük və sevinirik.

# 13625 dəfə oxunub

Oxşar xəbərlər

Qrafikaya romantik ruh bəxş edən rəssam - Cəmil Müfidzadə yaradıcılığının estetikası

Qrafikaya romantik ruh bəxş edən rəssam - Cəmil Müfidzadə yaradıcılığının estetikası

15:30 24 fevral 2026
Lənkəran səhnəsində "daxili mən"lə üzləşmə - "Gəlinlik paltarı" tamaşasının premyerasından təəssüratlar

Lənkəran səhnəsində "daxili mən"lə üzləşmə - "Gəlinlik paltarı" tamaşasının premyerasından təəssüratlar

14:30 21 fevral 2026
Amerikada sensasiya yaradan azərbaycanlı - O, KQB-nin təqibindən necə xilas olmuşdu?

Amerikada sensasiya yaradan azərbaycanlı - O, KQB-nin təqibindən necə xilas olmuşdu?

12:00 20 fevral 2026
Yalanlar, maskalar və çılpaq həqiqət - "Ruh" tamaşası haqqında

Yalanlar, maskalar və çılpaq həqiqət - "Ruh" tamaşası haqqında

10:00 20 fevral 2026
"Folklordakı Cırtdan avtoritetinin məhv edilməsi..." - Necə oldu ki, Qırmızıpapaq Canavarın sevgilisinə çevrildi?

"Folklordakı Cırtdan avtoritetinin məhv edilməsi..." - Necə oldu ki, Qırmızıpapaq Canavarın sevgilisinə çevrildi?

15:00 19 fevral 2026
Öz şah əsərinə nifrət edən dahi - Naşirlər onun hansı kitabını çap etməyə qorxmuşdular?

Öz şah əsərinə nifrət edən dahi - Naşirlər onun hansı kitabını çap etməyə qorxmuşdular?

12:00 19 fevral 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər