Məntiq xətaları, uğursuz cümlələr, publisistik dil - Hekayə müzakirəsi

Məntiq xətaları, uğursuz cümlələr, publisistik dil - Hekayə müzakirəsi
5 dekabr 2023
# 17:00

Kulis.az "Hekayə müzakirəsi" layihəsindən Qafar Rüstəmovun "Namus" hekayəsi haqqında ədəbiyyat adamlarının fikirlərini təqdim edir.

Elvira - İlham Əzizin hekayəsi

İlham Əziz:

“Publisistik dildə yazılmış, 2050-2070 ci illər barədə reportajdı. Filan olmuşdu, bəsməkan olmuşdu, amma hekayə olmamışdı. Sona qədər hər abzasda gözlədim ki, hekayə başlayacaq, həyati situasiyalar mətndəki “olmuşları” dirildəcək, səd-heyif başlamadı. Mətn hekayə detallarından da xali deyil. Müəllif iki-üç məqamda yaxşı hekayə materialına yetişmişdi, ancaq yenidən reportaj əhvalına döndü. Stereotiplərin ədəbiyyatda qırılması yaxşı haldır. Amma bunu ədəbiyyat müstəvisinə gətirib həll etmək lazımdı. Mətn qurudu, bədii-estetik elementlərdən iraqdı. Müəllifə uğurlar!”

Dərmansız - Təvəkkül Boysunar

Təvəkkül Boysunar:

“Hekayənin ikinci hissəsi 2050-ci il dövrü haqqında reportaj tipli, publisitik xəbər materialı kimi də oxuna bilər. Məncə, bu, bədii mətnin cazibəsinə bir az xələl gətirir. Bundan əlavə, mətnə başlayan kimi tez-tez adamın qarşısına çıxan orfoqrafik səhvlər də oxucuya yaxşı təsir bağışlamır. Məsələn, baş qəhrəmanın adı ilk dəfə çəkilərkən onun "Aslı" adlı türkiyəli bir qadın olduğunu düşünürük, növbəti abzasda isə onun "Aslan" olduğunu görürük.

Müəllifə uğur arzulayıram”.

Xatirələr - Vüsal Bağırlı

Vüsal Bağırlı:

“Müəllif problemi dolğun çatdırmaq üçün maraqlı üsula əl atıb. Oxucunu zaman maşınına mindirib gələcəyə göndərir. O, bu günün rakursundan otuz-əlli il sonrakı hadisələrə boylanmağa çalışır.

Müəllif bu müasir internet, sosial şəbəkələr dünyasının, süni intellekt dövrünün yaratdığı qondarma qayda-qanunların bizi axırda hara aparıb çıxaracağını göstərir.

Qafar Rüstəmli daim axtarışdadır, tez-tez müxtəlif üsullara hər atır, müxtəlif yazı istiqamətlərini sınaqdan çıxarır. Hər dəfə ortaya yeni, qeyri-adi (konspiroloji, futuristik, yarım fantastik) nəsə qoyur.

Müəllifin hər hekayəsi, əvvəlkindən kəskin şəkildə fərqlənir. Qafara axtarışlarında uğurlar arzulayıram”.

Literaz.com | Rəqsanə Süleyman. Onların həyatı. r e s e n z i y a

Rəqsanə Süleyman:

"Çoxlu məntiq xətaları, çox uğursuz ilk cümlə, çərən-pərən başlıqlar. İlk paraqraflardan hekayə son nəfəsini verirdi, mənim oxuyacağım bir hekayə deyil. Müəllif gərək öz mövzularını, bu da alınmırsa işləyə biləcəyi, heç olmasa bir ucundan tutub söhbətdən çıxacağı mövzulardan yazsın. Bu hekayədən isə ümumiyyətlə, baş çıxarmaq olmur".

# 3307 dəfə oxunub

Oxşar xəbərlər

Səsin rəngi, dadı və dərdi - Səməndər Rzayevi bizə doğma edən nə idi?

Səsin rəngi, dadı və dərdi - Səməndər Rzayevi bizə doğma edən nə idi?

12:00 27 mart 2026
"Arvadının köməyi olmadan hətta özünü güllələyə də bilmirsən!" - İtaliyalı Nobel mükafatçısından sitatlar

"Arvadının köməyi olmadan hətta özünü güllələyə də bilmirsən!" - İtaliyalı Nobel mükafatçısından sitatlar

13:00 26 mart 2026
Mircəfər Bağırovun onu həbs edəcəyi qorxusu ilə yaşayan böyük sənətkar

Mircəfər Bağırovun onu həbs edəcəyi qorxusu ilə yaşayan böyük sənətkar

10:10 26 mart 2026
Şərq estetik düşüncəsi Qərb avanqard ənənəsi ilə vəhdətdə - Aydan Salahovanın qadın obrazları nəyi simvolizə edir?

Şərq estetik düşüncəsi Qərb avanqard ənənəsi ilə vəhdətdə - Aydan Salahovanın qadın obrazları nəyi simvolizə edir?

15:00 25 mart 2026
Sina səhrasında qətl - Mehdi Dostəlizadənin yeni hekayəsi

Sina səhrasında qətl - Mehdi Dostəlizadənin yeni hekayəsi

10:00 25 mart 2026
Başdaşına öz adının yazılmasını istəməyən dahi - Onu niyə bəyənmirdilər?

Başdaşına öz adının yazılmasını istəməyən dahi - Onu niyə bəyənmirdilər?

10:00 23 mart 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər