İkinci Dünya Müharibəsi haqda ən yaxşı 10 film

İkinci Dünya Müharibəsi haqda ən yaxşı 10 film
9 may 2023
# 12:00

Kulis.az İkinci Dünya Müharibəsi haqda ən yaxşı 10 filmi təqdim edir.

1. Şindlerin siyahısı (1993)

Rejissor: Stiven Spilber

Rollarda: Liam Neeson, Ben Kingsley, Ralph Fiennes, Caroline Goodall

Spilberqin şah əsəri olan bu film alman nasisti Oskar Şindlerin 1200 yəhudini konsentrasiya düşərgələrinə aparılmaqdan və ölümdən xilas etməsi haqda bəhs edir. Üç saatdan çox davam edən və tamamilə ağ-qara rəngdə çəkilmiş (bir önəmli fraqmenti çıxmaqla) “Şindlerin siyahısı” filmi çətin anlaşılan və məhz bu səbəbdən inanılmaz dərəcədə vacib olan kino əsəridir. Film Holokostun Hollivudda təsvir tərzini dəyişib və “Zolaqlı Pijamalı Oğlan” və “Həyat Gözəldir” kimi bir sıra hekayə tipli filmlərin çəkilişinə ilham verib.

Şindlerin siyahısı» filmindəki qırmızı paltolu qız kimdir? | Bildirchin.az

2. İncə Qırmızı Xətt (1998)

Rejissor: Terrence Malick

Rollarda: Sean Penn, Adrien Brody, Jim Caviezel, Ben Chaplin

Bu, İkinci Dünya Müharibəsi zamanı bir qrup əsgərin stresli anlarından, müharibə zamanı və müharibədən sonrakı təcrübələrindən bəhs edən dramatik döyüş filmidir. Film yayımlanarkən yaxşı rəylər alıb. 7 Akademiya Mükafatına namizəd olan film, Ən Yaxşı Film Oscarına da namizəd olub.

İTİRİLMİŞ CƏNNƏT Əsgərlər təpəni tuturlar.

3. Gəl və Bax (1985)

Rejissor: Elem Klimov
Rollarda: Aleksei Kravçenko, Olqa Mironova

Ales Adamovic-in "Ketinin hekayəsi" kitabından uyğunlaşdırılan film İkinci Dünya Müharibəsi zamanı alman işğalı altında Sovet Belarusunda partizanlara qoşulan gəncin hekayəsi ətrafında nasist işğalının törətdiyi maddi və mənəvi dağıntılardan bəhs edir. Müharibə əleyhinə çəkilmiş ən mühüm filmlərdən biridir.

There's No Other War Movie as Horrifying, or Vital, as Come and See |  Vanity Fair

4. Das Boot (1981)

Rejissor: Volfqanq Petersen
Rollarda: Jürgen Prochnow, Herbert Grönemeyer, Klaus Wennemann

Filmdə İkinci Dünya Müharibəsində xidmət edən U-96 tipli bir Alman sualtı qayığı Atlantik okeanında normal patrul dövriyyəsinə çıxır. Gəmidəki ekipaja əlavə olaraq bir zabit də sualtı qayıqda baş verənləri qeyd etmək üçün ekspedisiyada iştirak edir.

Gəmi normal gedişində olduğu zaman, destroyerlərin mühafizəsi olmadan okeanda üzən 5 gəmidən ibarət bir donanma ilə qarşılaşır. Bir az tərəddüd etdikdən sonra kapitan hücum əmri verir. Ancaq o anda hücumdan əvvəl görə bilmədikləri bir destroyerin onlara hücum etdiyini görürlər. Okeanın dibinə dalaraq xilas olmağa çalışsalar da, destroyer onları buraxmır. Müxbir məmur hər şeyin bitdiyini və xilas üçün yerlərinin olmadığını düşünərək yuxuya gedir. Oyandıqda hər şeyin normala döndüyünü və destroyerdən xilas olduqlarını görür. Bu hadisədən sonra qərargah tərəfindən, əsas bazaları olan La Rochelle əvəzinə Cəbəllütariqdən keçərək İtaliyanın La Spezia limanına qayıtmaq əmri alırlar. Daha əvvəl İkinci dünya müharibəsində bitərəf olan İspaniyada tədarük üçün Alman gəmiləri ilə görüşəcəkdilər. Ancaq Cəbəllütariq Boğazı daimi olaraq İngilis gəmiləri və təyyarələri tərəfindən nəzarət altındadır və bu boğazdan keçmək əslində sualtı qayıq üçün intihar deməkdir. Həm kapitan, həm də ekipaj bunu bilir.

Boğazdan keçərkən U-96 İngilis təyyarələri və gəmiləri tərəfindən görülür. Kapitan sürətlə hərəkət edib qaçmağa çalışarkən sualtı qayıq vurulur və batmağa başlayır. Gəmi dibə oturur və çox ziyan görür. Ekipaj gəmini təmir edir və yenidən üzməyə başlayırlar. Və dibdən xilas olurlar.

Nəhayət, onların əsas bazası olan La Rochelle geri dönməyə qərar verirlər və qarşılama mərasiminin başlanğıcında İngilislərin hava hücumlarına məruz qalır. Hücum bitdikdən sonra müxbir U-96 ekipajının çoxunun öldüyünü görür. Kapitan son dəfə batan gəmisinə baxır və o da ölür.

Das Boot (1981) - IMDb

5. Dunkirk (2017)

Rejissor: Kristofer Nolan
Rollarda: Tom Hardy, Mark Rylance, Barry Keoghan, Fionn Whitehead

Film Dunkirk əməliyyatı hadisələrinə — 1940-cı ildə Dunkirk döyüşündən sonra alman qoşunları tərəfindən Dunkirk şəhəri tərəfindən bloklanan İngilis, Fransız və Belçika birliklərinin dəniz yolu ilə boşaldılmasına əsaslanır. Film, ən yaxşı film və rejissorluq da daxil olmaqla 8 Oskar mükafatına namizəd göstərilib və nəticədə onlardan üçünü ən yaxşı montaj, ən yaxşı səs və ən yaxşı nominasiyaları qazanıb.

Gün yaxşı keçdi?

6. Durnalar uçur(1957)

Rejissor: Mixail Kalatozov
Rollarda: Tatyana Samojlova, Aleksey Batalov, Vasili Merkuryev

Filmdəki hadisələr Böyük Vətən müharibəsinə qədər olan dövrdə Boris (Aleksey Batalov) və Veronikanın (Tatyana Samoylova) məhəbbəti fonunda baş verir. Film rejissor Mixail Kalatozovun ən uğurlu kinoda işidir və məhşurlaşdıran da məhz bu film olmuşdur. Film Viktor Rozovun "Həmişə sağam" pyesinin motivləri əsasında çəkilib.1958-ci ildə Kann Beynəlxalq kinofestivalında "Qızıl palma budağı" mükafatına layiq görülüb.

Turnalar uçur (1957)

7. Roma, açıq şəhər(1945)

Rejissor: Roberto Rossellini
Rollarda: Aldo Fabrizi, Anna Magnani, Marcello Pagliero

Film İkinci dünya müharibəsinin sonlarına yaxın, 1944-cü ildə Nasist Almaniyası hakimiyyəti altında Roma şəhərində yaşayan bir qrup insanların həyatından bəhs edir. Gestapo Nasist Almanlara qarşı hərəkatın başçısı Corcio Manfredi olur. Bu səbəbdən hərəkatı yatırtmaq üçün Gestapo Corcionun axtarışına çıxır.Yaxın dostları olan Françesko, Françeskonun dul nişanlısı Pina və onları evləndirməyə hazırlaşan rahib Don Pietro onun Roma şəhərindən qaçması üçün köməklik göstərirlər.Lakin bu plan baş tutmur. Gestapo artıq onları tutmağa hazırlaşır. Corcio Manfredi və Françesko Corcionun sevgilisi Marinanın binasından qalırlar.Marina isə narkotik əvəzində onları Gestapoya təslim edir. Corcio və onun dostları həbsə düşür. Gestapo Corcioya çox ağır cəzalar verməyə başlayır. Corcio cəzalara dözməyərək ölür. Rahib Don Petro isə uşaqlarının qabağında güllələnir.

Roma - açıq şəhər (film, 1945) — Vikipediya

8. İvanın uşaqlığı (1962)

Rejissor: Andrey Tarkovski
Rollarda: Nikolay Burlyayev, Valentin Zubkov, Yevgeni Jarikov

“İvanın uşaqlığı” 1962-ci ildə çəkilmiş ağ-qara klassik filmdir... Bu, Sovet İttifaqının çiçəklənən dövrünün demək olar ki, əksidir. Film İkinci Dünya Müharibəsi zamanı faşist faşistləri tərəfindən kəndi dağıdılan on iki yaşlı İvanın əsir düşərgəsindən qaçmağı bacarmasından sonra cərəyan edən hadisələrdən bəhs edir. Kapitan Xolin və Sovet ordusunun digər zabitləri bu isti oğlana qayğı göstərir. Bu balaca oğlan isə düşmən xəttinin arxasına sızmağa və casusluq etməyə başlayır. Film Venesiyada Qızıl Aslan mükafatına layiq görülüb.

Pera Müzesi | İvan'ın Çocukluğu

9. Əsgər Rayanı xilas etmək(1998)

Rejissor: Stiven Spilberq
Rollarda: Tom Henks, Tom Saymore, Mett Deymon, Ceremi Devis

Saving Private Ryan (İngilis: Saving Private Ryan), rejissor Stiven Spilberq və ssenari müəllifi Robert Rodat, İkinci Dünya Müharibəsindən bəhs edən epik döyüş filmidir.

Film kapitan Con H. Miller (Tom Henks) və onun üç qardaşı (Tom Saymor, Edvard Börns, Barri Pepper, Vin Dizel, Covanni Ribisi və Adam Qoldberq) haqqındadır ki, onların digər üç qardaşı müharibə zamanı müxtəlif cəbhələrdə həlak olub. Söhbət Ceyms Frensis Rayan adlı əsgəri tapmaq istəyərkən yaşadıqlarından bəhs edir.

10. Əsgər haqqında ballada (film, 1959)

Rejissor: Qriqori Çuxray

Rollarda: Vladimir İvaşov,Janna Proxorenko, Antonina Maksimova, Nikolay Kryuçkov

Böyük Vətən müharibəsində gənc əsgər Alyoşa Skvorsov cəbhə bölgəsində qəhrəmanlıq göstərir. O, düşmənin iki tankını məhv edir. Komandanlıq onu ordenə təqdim etmək barədə qərar qəbul edir, lakin Alyoşa xahiş edir ki, ordenin yerinə ona anası ilə görüşmək üçün məzuniyyət verilsin. Evə aparan yol isə çox uzun və çətinliklərlə dolu olur. Yol o qədər uzun olur ki, Alyoşanın evdə olmağa vaxtı qalmır. O, sadəcə olaraq anası ilə görüşür və təzədən cəbhəyə qayıdır. Yola çıxarkən o, anasına təkcə bu sözləri deyir: "Mən qayıdacağam, ana!"

Əsgər Haqqında Ballada ( Баллада о Солдате 1959 ) yüksək keyfiyyətlə onlayn  izlə

# 3036 dəfə oxunub

Oxşar xəbərlər

"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

18:00 15 aprel 2024
Boynumda üşüyən öpüş yerləri - Fəridənin şeirləri

Boynumda üşüyən öpüş yerləri - Fəridənin şeirləri

12:00 14 aprel 2024
Qaranquş səsli sevgili  - Zahid Sarıtorpağın povesti - Dördüncü hissə

Qaranquş səsli sevgili - Zahid Sarıtorpağın povesti - Dördüncü hissə

10:00 13 aprel 2024
Evləndi, boşandı, yenə evləndi – Çağdaş İsrail hekayəsi

Evləndi, boşandı, yenə evləndi – Çağdaş İsrail hekayəsi

15:00 12 aprel 2024
Qəzetçilər Üzeyir bəyi necə lağa qoyurdular? - İlham Rəhimli

Qəzetçilər Üzeyir bəyi necə lağa qoyurdular? - İlham Rəhimli

10:00 12 aprel 2024
Bədənin erotik nəsnəyə çevrilməsi - Qadına söyüş söymək niyə yaraşmır?

Bədənin erotik nəsnəyə çevrilməsi - Qadına söyüş söymək niyə yaraşmır?

15:00 11 aprel 2024
# # #