Heç kimin Mona Lizanı alacaq qədər sərvəti yoxdur - Məşhur tablonun tarixçəsi

Mona Liza

Mona Liza

27 fevral 2022
# 21:00

Kulis.az Mona Liza tablosunun sirli tarixçəsini təqdim edir.

Fransanın məşhur Luvr muzeyində 35 mindən çox rəsm əsəri var. Lakin, bunlardan yalnız biri gülləkeçirməz şüşənin arxasında qorunur. Rəsm əsəri muzeydəki digər əsərlərdən çox kiçik olduğuna görə, muzeyə böyük gözləntilərlə gələn insanlar onu gördükdə təəccüblənirlər. Rəsmdəki qadın olduqca adi görkəmə sahibdir. Şəffaf bir örtük və tünd rəngli paltar geyinib, nümayişkaranə zinət əşyaları yoxdur. Arxasında da bulanıq bir mənzərə var. Boyanmasından indiyə qədər keçən 500 ilin onu nə qədər yorduğu üzərindəki çatlardan bəllidir. Ancaq bu rəsm əsəri muzeydəki bütün əsərlərdən daha çox maraq doğurur. Onu nəinki almaq, hətta sığortalamaq belə 1 milyard dollara başa gəldi. Rəsm elə simvol halına gəlib ki, Fransa qanunlarına Mona Lizanın xalqa aid olduğu və heç vaxt satılmayacağını deyən maddə əlavə olunub.

Bəs bu adi görkəmli qadın necə bu qədər məşhur oldu? Onu oğurlamaq istəyənlərə görə? Yoxsa məşhur Da Vinçi şifrəsi onu bu qədər məşhurlaşdırdı?

Mona Lizanın bu qədər məşhur və əlçatmaz olmağının arxasında sirli bir keçmiş, oğurluq cəhdləri və tarixin ən tanınmış dahilərindən biri dayanıb. Leonardo Da Vinçi renessans dövründə İtaliyada yaşamış bir rəssam, mühəndis və alimdir. O, İtaliyanın Vinçi şəhərində dünyaya gəldiyi üçün “vinçili” mənasını verən Da Vinçi soyadını alıb. Leonardo, sənətkar şəxsiyyəti ilə bərabər fövqəladə mühəndislik istedadına da sahib idi.

Onun yaşadığı dövrdə Avropada elm və sənətlə məşğul olmaq kilsə tərəfindən qadağan edilmişdi. Şərq ölkələri elmi cəhətdən Avropadan daha irəlidə idilər. Da Vinçi bu təzyiqlərə baxmayaraq elm və sənət sahəsində böyük əsərlər ortaya qoymağı bacarmışdı. Leonardo quşları müşahidə edərək uçan mexanizmlərin dizaynını qurdu və bu mexanizmləri dəftərinə qeyd etdi. Qeydlərində helikopter, paraşüt, zirehli tank kimi modern maşınlar da var idi. Yaşadığı dövrdə bu maşınları hazırlayıb istifadə etmək mümkün olmasa da, özündən sonrakı alimlər üçün ilham qaynağı olmuşdu.

Da Vinçi insane bədəninin quruluşu ilə də maraqlanırdı. 30-a yaxın cəsədi izləyərək o günə qədər heç kimin cürət edib çəkə bilmədiyi anatomik rəsmlər çəkmişdi.

14 yaşında yanına şagird olaraq getdiyi artist Andrea Verokkodan rəssamlığa aid hər şeyi öyrənmişdi. Leonardo o qədər istedadlı rəssam idi ki, müəllimi o gələndən sonra bir də əlinə fırça almamışdı.

Leonardo, sənət həyatı boyunca bu gün məşhur olan bir çox rəsm çəkdi. Sonuncu axşam yeməyi, Vitruvius insanı və ya 450 milyon dollara satılan Salvador Mundi. Mona Lizadan daha az tanına bir əsər 450 milyon dollara satılıbsa, yəqin ki, dünyada heç kim Mona Lizanı alacaq qədər varlı deyil.

Da Vinçi bu tablonu 1503-cü ildə Florensiya şəhərində hazırlamağa başladı. İtalyan ipək taciri Fransisko Del Qiosonda Leonardodan arvadının rəsmini çəkməyini istədi. Liza Qiosonda Fransisko ilə 16 yaşında olarkən evlənmişdi. Əslində, Fransisko Lizanı atasından pulla almışdı. Bəlkə də qadının üzündəki solğun təbəssümün səbəbi budur.

O dövrün qeydlərinə görə rəsmin hazırlanma prosesi başlayanda Lizanın 25 yaşı var idi. Əsər 4 ilə hazırlansa da, Leonardo onu Fransiskoya heç vaxt təqdim etmədi.

Da Vinçi 1516-cı ildə Fransa kralı tərəfindən Fransaya dəvət edildi. O həyatını itirdikdən illər sonra da Mona Liza əsəri Napaleon kimi məşhur fransız liderlərinin yataq otağını bəzəməyə davam etdi. Napaleon əsəri o qədər sevirdi ki, hamamda da onun qarşısında çimirdi.

21 avqust 1911-də Mona Lizanın nümayiş edildiyi Luvr muzeyində divarın boş olduğunu gördülər. Muzey bu hadisədən sonra 1 həftəlik bağlandı və polislər araşdırmaya başladı. Oğrunun pul müqabilində fidyə istəyəcəyi zənn edilirdi, amma belə bir şey olmadı. Mona Lizanın oğurlandığını hamı eşitdi və sənət əsəri əsrarəngiz şöhrət qazandı. Məşhur rəssam Pablo Pikasso belə şübhəli qismində həbs olundu.
Əsər 3 il sonra Vinçenzo Peruqiya adlı şəxs tərəfindən İtaliyada bir muzeyə satılarkən ortaya çıxdı. O, əsəri İtaliyaya geri qazandırmaq istədiyini desə də, əsl məqsədi pul qazanmaq idi. Mona Liza 3 ildən sonra Luvr muzeyinə gətirilərkən fransız xalqı onu zəfər simvolu olaraq görməyə başladı.

İkinci Dünya Müharibəsində Almaniya Parisi işğal etdi. Mona Liza faşistlərin Fransadan almaq istədikləri əsərlərdən birincisi idi. Buna görə də Luvr muzeyinin müdiri Mona Liza və digər önəmli əsərləri muzeydən çıxarıb etibarlı yerlərdə gizlətdi. Əsərlərin vaciblik dərəcələri qutularında işarələnmiş qırmızı nöqtələrlə təyin olunurdu və sadəcə Mona Lizanın qutusunda 3 qırmızı nöqtə var idi.

Bu qədər məşhur əsərin düşmən qazanması da, təbii ki, qaçılmaz idi. 1956-cı ildə bir qadın Mona Lizaya daş ataraq zərər verdi. Restovrasiya edilməsinə baxmayaraq sol dirsəyinə yaxın qismdə daşın verdiyi zərəri açıq-aşkar görmək mümkündür. Daş hücumundan qısa müddət sonra başqa bir şəxs əsərə turşu atdı və Mona Lizanın aşağı hissəsinin zədələnməyinə səbəb oldu. Bu hücumlardan sonra Mona Liza digər əsərlərin yanından götürülərək gülləkeçirməz bir şüşənin arxasında nümayiş olunmağa başladı.

Bu qəribə hadisələr və inanılmaz təsadüflər, onsuz da hər cəhətdən analoqsuz Mona Lizanı dünyanın ən məşhur sənət əsərinə çevirdi.

# 3481 dəfə oxunub

Oxşar xəbərlər

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

14:00 10 dekabr 2024
Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
#
#
# # #