"Güclə oxudum, bu mətni ona yaraşdırmadım" - Hekayə müzakirəsi

"Güclə oxudum, bu mətni ona yaraşdırmadım" - Hekayə müzakirəsi
21 sentyabr 2023
# 11:24

Kulis.az "Hekayə müzakirəsi" layihəsi çərçivəsində Elçin Aslangilin "Maralın güzgüsü" hekayəsi haqqında yazarların fikirlərini təqdim edir.

Xudavi - Rəvan Cavid

Rəvan Cavid:

"Səbrimi basıb güclə oxudum. Belə hekayələrə mən toxam. Çox köhnədir. Yeni heç nə yoxdur. Heç bir cümlədə məni təəccübləndirmədi. Bu mətni Elçin Aslangilin yaradıcılığına yaraşdırmadım. Ümid edirəm, müəllif nə yazdığının fərqindədir".

Qırmızı ayaqqabılar - Orxan Həsəni

Orxan Həsəni:

"Müəllifin Elçin Astangil olduğunu bilməsəydim, hekayəni hansısa Sovet-Azərbaycanı yazıçısının yazdığına inanacaqdım. Təssüf ki, müasir Azərbaycan hekayələrinin əksəriyyəti dövrlə adekvat deyil, onların çoxundan bu gününü nəfəsi gəlmir, hələ də artıq istifadə müddətini bitirmiş dil, ifadə vasitələri və mövzuların ətrafında gəzişirlər. Yaxşı nəsr, yaxşı şeir odur ki, yeni dövrü özü ilə sürüyüb gətirir, öz dövrü yaradır, biz isə bu hekayədə gələcəyin gəlməsini yox, bizi basıb keçmişin əsarətinə salan gizli niyyət duyuruq. Bu ümumən bizdə tendensiyaya çevrilib. Hekayəni birmənalı olaraq bəyənmədim".

Aqşin Evrən: “Onlar peyğəmbərə vəkillik eləyirlər” – Müsahibə

Aqşin Evrən:

“Maralın güzgüsü” hekayəsi məndə “Malena”vari kinematoqrafik, “Əsli və Kərəm”vari dastan məzmunlu göndərmələri ilə mətnlərarası transfer effekti yaratdı. Ola bilər, müəllif bu tip pastişlərə, ümumiyyətlə, cəhd etməyib, amma oxucu olaraq mən bu “səyahətdə” yer aldım. Hekayədə diqqətimi çəkən digər detal obyektlərlə subyektlərin kontrastı, qarşılıqlı əlaqəsi və nəticəsi idi.
Düşünürəm ki, hekayəni daha yığcam yazmaq olardı. Bu mənada bəzi yerlərdə söz bolluğu nəzərə çarpdı.
Ümumilikdə hekayəni maraqla oxudum, bəyəndim. Xüsusən riskli struktur gedişləri məni yaxşı mənada təəccübləndirdi. Çünki hekayəni oxuyarkən forma və məzmun dilemmasında qalmadım".

Bu, sosial müdafiə yox, sosial hücumdur - Gənc yazıçıdan etiraz

Təvəkkül Boysunar:

"Hekayənin müsbət cəhəti odur ki, məncə, Elçin Aslangilin şeirlərindən daha uğurlu alınıb. Başqa bir müsbət cəhət odur ki, dili pis deyil, mətn ölü və ruhsuz deyil, hiss-duyğular və poetiklik müəyyən miqdarda hiss edilir. Sonda oxucuya çatdırmaq istədiyi "Maralın bəzənmək dərdi" də maraqlıydı. Hərçənd inandırıcılıq və təsiredicilik dozasının o qədər yüksək olduğunu da demək tam doğru olmaz.

Mənfi cəhət isə odur ki, Sovet dövrünün həyatı, adlarına ayamalar qoşulmuş kənd camaatının obrazı və başqa bir çox məqamlar artıq olduqca təkrarlanmış və şablonlaşmış olduğundan bu hekayənin 21-ci əsrin 20 ci illərində yazıldığına kimisə inandırmaq elə də asan olmazdı. Bu isə o deməkdir ki, müəllifin zaman aparatı digər bir çox yazıçılarımız kimi o qədər də sərrast işləmir. Yəni müəllifdə "update", "yenilənmə", "güncəllənmə" çox da uğurla getməyib. Mətndəki dil, poetiklik və ab-havada isə bu "update"-in müəyyən qədər "loading" olduğunu demək olar. Onu da demək olar ki, hekayədəki köhnəlik məhz bu kimi bir sıra müsbət məqamlara görə çox da incidici, yorucu və bezidirici deyildi.

Müəllifə uğurlar arzulayıram".

# 2991 dəfə oxunub

Oxşar xəbərlər

Frans Şubert kimi özünə ruhani müəllim  hesab edirdi?

Frans Şubert kimi özünə ruhani müəllim hesab edirdi?

18:10 19 noyabr 2025
Sevdiyi rəssamın adını təxəllüs götürən alman kommunist yazıçı - O, Hitlerə necə yanaşırdı?

Sevdiyi rəssamın adını təxəllüs götürən alman kommunist yazıçı - O, Hitlerə necə yanaşırdı?

17:10 19 noyabr 2025
"Onun varlığı digər yazıçılara meydan oxuyur..." - Prustu niyə bu mükafata layiq bilmirdilər?

"Onun varlığı digər yazıçılara meydan oxuyur..." - Prustu niyə bu mükafata layiq bilmirdilər?

18:45 18 noyabr 2025
Hüqonun çılpaq heykəlini yaradan, sevgilisi ilə 53 il sonra evlənən Ogüst Roden

Hüqonun çılpaq heykəlini yaradan, sevgilisi ilə 53 il sonra evlənən Ogüst Roden

17:53 17 noyabr 2025
Avstraliyanın bestseller yazıçısı Mark Rid - Populyar mədəniyyət ikonu, yoxsa  qatı cinayətkar?

Avstraliyanın bestseller yazıçısı Mark Rid - Populyar mədəniyyət ikonu, yoxsa qatı cinayətkar?

15:00 17 noyabr 2025
Azərbaycan xalçaçılıq tarixinin Lətif Kərimov səhifəsi

Azərbaycan xalçaçılıq tarixinin Lətif Kərimov səhifəsi

10:40 17 noyabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər