Sevinc Həsənovanın “Unudulmayan izlər” kitabı nəşr olunub

Sevinc Həsənovanın “Unudulmayan izlər”  kitabı nəşr olunub
19 noyabr 2025
# 14:19

Azərbaycan Yazıçılar Birliyinin (AYB) aybKitab layihəsi çərçivəsində AYB-nin və İLESAM–Türkiyə Elm və Ədəbiyyat Əsəri Sahibləri Məslək Birliyinin üzvü, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Sevinc Həsənovanın “Unudulmayan izlər” adlı kitabı işıq üzü görüb.

Kulis.az xəbər verir ki, kitab “Elm və təhsil” nəşriyyatı tərəfindən çap olunub. Kitabın redaktoru şair və jurnalist, AYB Mətbuat Xidmətinin rəhbəri Xəyal Rzadır. Toplu görkəmli metodist-alim, pedaqoji elmlər doktoru, professor Məhəmməd Həsənovun anadan olmasının 95 illiyinə ithaf edilib.

“Unudulmayan izlər” müəllifin publisistik fəaliyyəti boyunca qələmə aldığı ədəbi-tənqidi məqalələri bir araya gətirir. Kitabda müasir ədəbi proses, tanınmış yazıçı və şairlərin yaradıcılığı, eləcə də milli ədəbi irsin müxtəlif istiqamətləri ilə bağlı materiallar yer alır. Nəşrdə “Kitabi-Dədə Qorqud” eposunun bədii-estetik qaynaqları, atalar sözləri və məsəllərin müasir dəyəri, həmçinin Hüseyn Cavid, İlyas Əfəndiyev, Nizami Gəncəvi, Aşıq Ələsgər və Şeyda Əzizin yaradıcılıq xüsusiyyətləri əhatə olunub.

Kitabın son bölmələri ana dili, azərbaycançılıq, ekoloji dayanıqlıq, Qarabağ və Qərbi Azərbaycan mövzularına həsr edilib. Məqalələr həm elmi yanaşma, həm də bədii duyumla seçilir və vətənə, millətə və ana dilinə sevgi ilə yazılıb.

Topluda yer alan “Müqəddəs arzuların cəfakeş yolçusu” məqaləsi müəllifin atası – görkəmli alim, professor Məhəmməd Həsənovla bağlı xatirələrə əsaslanır və onun həyat yolu ilə elmi-pedaqoji fəaliyyətinə ehtiramı ifadə edir. Bu yazı kitabın mənəvi istiqamətini müəyyənləşdirən əsas mətnlərdən biri kimi təqdim olunur.

Qeyd edək ki, “Unudulmayan izlər” tədqiqatçılar, müəllim və tələbələr, eləcə də ədəbiyyatsevərlər üçün dəyərli bir mənbə kimi qiymətləndirilir.

# 932 dəfə oxunub

Oxşar xəbərlər

“Onların hamısı deyil. Müharibə qaçqınlarının portretləri” nümayiş etdirilir

“Onların hamısı deyil. Müharibə qaçqınlarının portretləri” nümayiş etdirilir

17:15 9 aprel 2026
"Cəhənnəmdən sonrakı cənnət" - Cəfər Rəmzi Zeynalabdin Tağıyev haqqında nə yazırdı?

"Cəhənnəmdən sonrakı cənnət" - Cəfər Rəmzi Zeynalabdin Tağıyev haqqında nə yazırdı?

16:40 9 aprel 2026
Tanınmış müğənni Yusuf Güney saxlanıldı

Tanınmış müğənni Yusuf Güney saxlanıldı

15:55 9 aprel 2026
"Ailələrin psixoloqa müraciətini orta-aşağı qiymətləndirmək mümkündür..." - Araşdırma

"Ailələrin psixoloqa müraciətini orta-aşağı qiymətləndirmək mümkündür..." - Araşdırma

14:20 9 aprel 2026
Pikassonun məşhur tablosu siyasi gərginlik yaratdı

Pikassonun məşhur tablosu siyasi gərginlik yaratdı

13:30 9 aprel 2026
Hindistanın ən bahalı sənət əsəri - Rekord məbləğ

Hindistanın ən bahalı sənət əsəri - Rekord məbləğ

13:00 9 aprel 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər