Ən dəhşətli sənət əsərləri – Bunlara baxmaq ürək istəyir

Ən dəhşətli sənət əsərləri – Bunlara baxmaq ürək istəyir
10 oktyabr 2022
# 17:14

Sənət tarixi boyu ortaya çıxan bəzi əsərlər dəhşətli dərəcədə qorxuncdur. Kulis.az məşhur rəssamların çəkdikləri ən qorxunc on rəsmi təqdim edir.

Pulsuz versələr də, almaq istəməyəcəyiniz bəzi tablolar:

1. Paul Cezane – “Kəllə piramidası” (1901)

Modern sənətin ustalarından sayılan Paul Cezaninin yaratdığı bu tabloda bir yığın insan kəlləsi təsvir edilib. Əsasən, natürmortlarıyla tanınan rəssamın bu tablosu başdan-ayağa uğursuzluqdur.

2. Fransisko Qoyya – “Oğlunu yeyən Saturn” (1819-1823)

Bu tablo ispan rəssam Fransisko Qoyyanın 1819-1823-cü illər arasında işlədiyi 14 parçadan ibarət “Qara Tablolar”-ın içində ən məşhurudur.

Roma mifologiyasından ilhamlanan Qoyya bu tabloda uşağını yeyən bir atanın ürküdücü portretini yaradıb.

Qeyd edək ki, rəssam bu tablonu sifarişlə yox, qonaq otağının divarını bəzəmək məqsədilə çəkib.

3. Artemisiya Gentileshi – “Judith Holofernesi qətlə yetirərkən” (1614-1620)

Barok tərzinin bu məşhur rəssamı əsərlərində ümumi olaraq dərin rəng paleti, usta işıqlandırılma, kölgədən istifadə etsə də, tablolarında ən qabarıq ünsür müəllifin intiqam alan qadın fiqurlarına fokuslanmasıdır.

4. Endi Uorxol – “Böyük elektrik stulu” (1967)

Rəssamın karyerasında, əsasən, məşhur insanlar və məişət əşyalarının rəsmi yer alsa da, 1962-ci ildə yaratdığı “Ölüm və fəlakətlər” seriyası ilə karyerasında qaranlıq bir səyahətə çıxdı.

Dəhşətli avtomobil qəzalarından ton balığı zəhərlənmələrinə qədər hər şeyi rəsmlərinin mövzusuna çevirən rəssam Culius və Ethel Rozenburqun edam edildiyi elektrik stulu ilə bu seriyanın ən məşhur əsərini yaratdı.

5. Frida Kahlo – “Ölüm maskalı qız” (1938)

Meksikalı rəssam Frida Kahlo 55 avtoportretdən ibarət kolleksiyası ilə tanınır.

“Ölüm maskalı qız” tablosunda isə rəssam özünü uşaq kimi təsvir edib. Bütün tabloları kimi bu əsər də təcrid və tənhalıq hisslərindən ilham alıb.

6. Utaqava Kuniyoshi – “Cadugər Takiyaşa və skelet kabusu” (1844)

Bu dəhşətli tablo Miladdan sonra 939-cu ildə Yaponiyada baş verən bir hadisəyə istinad edir. Hekayəyə görə, samuray döyüş ağası Tayra No Masakado Kantodakı evindən uzaqlaşır və ordusunu Kyotadakı mərkəzi hökumətə qarşı ayağa qaldırır. Sonda Simoza əyalətində məhkəmə qurmaq istəyən samuray burda məğlub olur və başı kəsilir. Onun qızı şahzadə Takiyaşa cadugərliyə başlayır və atasının intiqamını almaq məqsədilə qara cadu edir. Tabloda məhz həmin cadu anı təsvir edilib.

7. Odilon Redon – “Gülən hörümçək” (1887)

Fransız simvolika ustası Odilon Redon 1887-ci ildə on ayaqlı, qeyri-adi bir buğumayaqlının litoqrafiyası olan “Gülən hörümçək” tablosunu yaratdı. Kənardan baxanda adi görünə bilər, amma hörümçəyin qorxunc təbəssümü bu tablonu qeyri-adi edir.

8.Edvard Munch – “Çığırtı” (1891)

Qaranlıq və tutqun tabloları ilə məşhur olan ekspresyonist rəssamın ən məşhur əsəri “Çığırtı”dır. Rəssam 4 əsərdən ibarət seriyanın ən məşhur tablosu olan “Çığırtı”nı 17 il boyunca pastel boya, tempera və yağlı pastellə yenidən işlədi.

9. Henry Fuseli – “Kabus” (1781)

Bu məşhur tablosunda Fuseli şüuraltının qorxunc tərəflərini araşdırır. Bu qorxunc tabloda üzərində inkubus oturmuş yatan bir qadın təsvir edilib. Qırmızı məxmər pərdənin arxasında xəyalət kimi görünən bir at var.

Tənqidçilərin çoxu “Kabus”un alman xalq nağıllarından ilhamlandığı fikrindədir.

10. Mikelancelo Merisi de Karavacco “Meduza” (1597)

Rəssam bu tabloda Antik Yunan mifindən istifadə edib. Əfsanəyə görə, uzun müddət ona baxanlar daşa dönürdü.

Karavacco “Meduza” tablosunun birini 1596-cı ildə, digərini isə 1597-ci ildə çəkib. Rəssam bu tabloda güzgüdən istifadə etməklə, Meduzanın əvəzinə öz üzünü boyayıb.

# 4266 dəfə oxunub

Oxşar xəbərlər

"Biz onu ifşa etdik..." - Hüseyn Cavidin günahı nə idi?

"Biz onu ifşa etdik..." - Hüseyn Cavidin günahı nə idi?

09:00 16 yanvar 2025
Həm savaşdım, həm sevişdim bu qızla - Həmid Herisçi

Həm savaşdım, həm sevişdim bu qızla - Həmid Herisçi

17:00 14 yanvar 2025
Əli bəy Hüseynzadə sovet təhlükəsini rənglərlə necə ifadə etmişdi? - Tanrıverdi Əliyev

Əli bəy Hüseynzadə sovet təhlükəsini rənglərlə necə ifadə etmişdi? - Tanrıverdi Əliyev

15:00 14 yanvar 2025
Qayıdış - Şərif Ağayarın yeni hekayəsi

Qayıdış - Şərif Ağayarın yeni hekayəsi

09:00 14 yanvar 2025
Adadan əsirləri oğurlayan Sona xanım kim idi? - Nargindən reportaj

Adadan əsirləri oğurlayan Sona xanım kim idi? - Nargindən reportaj

09:00 10 yanvar 2025
Milyonçu yazıçımız - Heydər Əliyev onun kitabı haqqında nə demişdi?

Milyonçu yazıçımız - Heydər Əliyev onun kitabı haqqında nə demişdi?

09:00 8 yanvar 2025
# # #