"Əjdaha" karvansarası açdı, dostunun tablosunu özü tamamladı - Renessansın unudulmuş rəssamı kim idi?

"Əjdaha" karvansarası açdı, dostunun tablosunu özü tamamladı -  Renessansın unudulmuş rəssamı kim idi?
5 noyabr 2025
# 14:30

5 noyabr Renessasn dövrünün məşhur rəssamı Mariotto Albertinellinin anım günüdür.

Kulis.az bu münasibətlə xarici mediaya istinadən sənətkarın həyatı və yaradıcılığı haqqında diqqətçəkən faktları təqdim edir.

Mariotto Albertinellin İtaliyanın Yüksək Renessans dövrünün görkəmli, lakin çox vaxt kölgədə qalmış rəssamlarından biridir.

O, Florensiya məktəbinin nümayəndəsi kimi dövrünün bədii idealını – harmoniya, dərinlik və insan duyğularının təbiiliyi prinsipini öz əsərlərində ustalıqla ifadə edib.

Albertinelli Florensiyada doğulmuşdu. Cəmi on iki yaşında ikən dövrünün məşhur ustalarından biri, Yüksək Renessansın əsas yaradıcılarından sayılan Kozimo Rossellinin emalatxanasına şagird kimi daxil olmuşdu.

Burada o, Rossellinin digər yetirməsi olan Fra Bartolomeo ilə yaxın dostluq münasibətləri qurub.

Ustaları Romaya gedəndən sonra iki gənc rəssam Florensiyada öz emalatxanalarını açaraq on ilə yaxın bir müddət bu şəhərdə Renessans üslubunun ruhunu yaşatdılar.

Albertinelli və Bartolomeo bir çox əsərləri birlikdə yaradıb, onların üslubları o qədər bir-birinə bənzəmişdi ki, məşhur sənət tarixçisi Corco Vasari öz “Rəssamların həyatı” adlı kitabında bu iki sənətkarın hansı əsərin müəllifi olduğunu bəzən ayırd etməyin mümkün olmadığını yazırdı.

XVI əsrin əvvəllərində Florensiyada keşiş Cirolemo Savonarolanın rəhbərliyi ilə başlayan dini islahat hərəkatı şəhərin bədii həyatına da təsirsiz ötüşmədi.

1500-cü ildə Bartolomeo Dominikan rahibi oldu və bir müddət peşəsini tərk etdi. Albertinelli də bu dövrdə rahib olmağı düşünürdü, lakin onlar birlikdə başladığı, bu gün Fra Bartolomeoya aid edilən “Son mühakimə” əsərini təkbaşına tamamladı.

Əsər böyük maraq doğurdu və bununla da Mariotto Albertinelli rahibliyi bir kənara qoyaraq müstəqil rəssam kimi fəaliyyətini davam etdirməyə qərar verdi.

Onun təkbaşına yaradıcılıq dövrünün zirvəsi sayılan əsəri 1509-cu ildə çəkdiyi “Məryəmin Yelizaveti ziyarəti” adlı tablo oldu. Bu əsərdə o, Raffael Santidən ilham almış, həmçinin Raffaelin müəllimi Perucinonun perspektiv və məkan dərinliyi anlayışlarını öz kompozisiyalarında tətbiq etmişdi.

Albertinelli eyni zamanda holland rəssamı Hans Memlinqin mənzərə quruluşundan və Leonardo da Vinçinin “sfumato” adlandırılan yumşaq keçid texnikasından da bəhrələnmişdi. Onun fiqurlarında sərhədlər xəttlə deyil, işıq və kölgənin incə fırça vuruşları ilə əridilmiş formada təsvir olunurdu.

Bununla belə, rəssam bir müddət sonra tək işləməkdən yoruldu və sənətdən uzaqlaşaraq Florensiyada “Əjdaha” adlı karvansara açdı. O, bir müddət bu işlə məşğul olsa da, çox keçmədən bu həyatdan da bezərək müəssisəsini bağladı və yenidən fırçasına sarıldı.

Albertinellinin bir çox əsərləri bu gün Florensiyadakı Uffitsi Qalereyasında saxlanılır. Onun üslubunda Fra Bartolomeoya yaxın olan bir nizamlılıq və təmkinli anıtsallıq hiss olunur.

Lakin gülümsəyən fiqurlarının zərifliyi, kompozisiyalarının istiliyi və işıq–kölgə oyunundakı güclü kontrastlar Leonardo da Vinçinin təsirini açıq şəkildə göstərir.

Mariotto Albertinelli həm də gələcək Florensiya sənət məktəbinin formalaşmasına təsir etmiş ustalardandır.

Yakob da Pontormo, Fransiabigio və Culiano Buççardini kimi rəssamlar onun emalatxanasında yetişmiş və sonradan İtaliyanın tanınmış sənətkarları sırasına qoşulmuşdular.

Rəssamın yaradıcılığı bu gün Yüksək Renessans dövrünün estetik ruhunu yaşadan, lakin öz sadəliyi və insani istiliyi ilə seçilən bir sənət mirası kimi qiymətləndirilir.

Albertinelli bir çox həmkarları kimi şöhrət arxasınca qaçmayan, lakin sənətin əsl mahiyyətinə sadiq qalan sənətkar idi.

# 124 dəfə oxunub

Oxşar xəbərlər

Erotik əsərlərlə tanınan polyak şair - Onun şeirlərinin tərcüməsi niyə mümkünsüz sayılırdı?

Erotik əsərlərlə tanınan polyak şair - Onun şeirlərinin tərcüməsi niyə mümkünsüz sayılırdı?

13:00 5 noyabr 2025
Barokko klassisizminin ustası - O, niyə qadınlardan qorxurdu?

Barokko klassisizminin ustası - O, niyə qadınlardan qorxurdu?

13:20 4 noyabr 2025
Kitabları yandırılan, seansda xəstələrindən soyunmalarını tələb edən   psixiatr

Kitabları yandırılan, seansda xəstələrindən soyunmalarını tələb edən psixiatr

18:00 3 noyabr 2025
"Mən Adəmin babasıyam..." - “Səksənincilər" layihəsindən Şaiq Vəlinin şeirləri

"Mən Adəmin babasıyam..." - “Səksənincilər" layihəsindən Şaiq Vəlinin şeirləri

10:00 31 oktyabr 2025
Sənət əsərlərinin orijinal versiyalarına baxmağın immunitetə təsiri  — Araşdırma

Sənət əsərlərinin orijinal versiyalarına baxmağın immunitetə təsiri — Araşdırma

11:18 29 oktyabr 2025
Erotik tabloları məhv edilən rəssam - O, niyə narkotik vasitələrin təsiri altında işləyirdi?

Erotik tabloları məhv edilən rəssam - O, niyə narkotik vasitələrin təsiri altında işləyirdi?

16:15 28 oktyabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər