Səlim Babullaoğlunun Türkiyədə kitabı çap olunub

Səlim Babullaoğlunun Türkiyədə kitabı çap olunub
5 noyabr 2025
# 12:22

Şair Səlim Babullaoğlunun “Maskalı adamların himni. İlyas Göçmənin şəkil dəftəri” şeirlər kitabı İstanbulda, “Ketebe” nəşriyyatında işıq üzü görüb.

Kulis.az xəbər verir ki, kitaba daxil edilən 40 şeir türk fotoqraf İlyas Göçmənin 40 fotosuna yazılıb. Şeirləri türk dilinə Ömər Küçükməhmətoğlu tərcümə edib. Kitabın redaktoru və giriş yazısının müəllifi Əli Oturaklı, seriya redaktoru Aykut Ərtoğruldur. Kitab üzərində Harun Tan, Əray Sarıçam, Nilgün Sönməz çalışıblar.

Səlim Babullaoğlu öz sosial şəbəkə hesabında kitabdakı şeirlərlə bağlı fikirlərini bölüşüb:

"Bu kitabı, daha doğrusu, kitabdakı 40 şeiri mən 2007-2009-cu illərdə yazmışam. Ümumiyyətlə, kitabın ideyası, necə oldu ki, bu şeirləri yazdım, bütün bunlar haqqında kitabın sonundakı qeydlər bölümündə ətraflı məlumat var.

Kitabların, müəlliflərdən ayrı, müstəqil taleyi var. 18 il əvvəl yazılmağa başlayıb bu şeirlər. Ana dilimizdə 2 nəşri olub. “Mütərcim” nəşriyyatında, sonra isə “Parlaq imzalar”da. Zamanında maraqla qarşılanıb. İranda ayrıca çap olunub. Bu silsiləyə aid olan şeirlərin bir qismi İngiltərədə, Gürcüstanda, Rumıniyada, Ukraynada, Rusiyada və s. ölkələrdə həm ədəbi nəşrlərdə, həm də həmin ölkələrdə işıq üzü görmüş kitablarımda yer alıb. İranda ana dilimizdə ayrıca nəşr olunub".

Şair kitabın çapı ilə bağlı Türkiyənin 4 böyük nəşriyyatı ilə danışıqlar apardığını qeyd edib:

"Bu kitabın çapı ilə bağlı Türkiyənin 4 böyük nəşriyyatı ilə danışığım olmuşdu. İkisi nəşrə razılıq vermişdi. Mən “Ketebe”ni seçdim. Çünki, “Ketebe”nin poeziya ilə bağlı nəşrlərinin daha çox bəyənirdim.
Ümid edirəm, oxucusunu tapacaq...”

Kitabın redaktoru Əli Oturaqlı qeyd edib ki, Babullaoğlunun şeirində, həyatın adi halı sehrli bir şey olaraq ortaya çıxır. Bir simitçinin xəyalları, bir qazinin müharibədən sonrakı səssizliyi, “arxa küçə uşaqları”nın əzbəri pozan coşğusu, bir alma satıcısının torpağa olan sadiqliyi, hamısı bu şeirlərin qəhrəmanlarıdır".

Qeyd edək ki, bu, Səlim Babullaoğlunun Türkiyədə nəşr olunan ikinci şeir kitabıdır.


# 792 dəfə oxunub

Oxşar xəbərlər

“Onların hamısı deyil. Müharibə qaçqınlarının portretləri” nümayiş etdirilir

“Onların hamısı deyil. Müharibə qaçqınlarının portretləri” nümayiş etdirilir

17:15 9 aprel 2026
"Cəhənnəmdən sonrakı cənnət" - Cəfər Rəmzi Zeynalabdin Tağıyev haqqında nə yazırdı?

"Cəhənnəmdən sonrakı cənnət" - Cəfər Rəmzi Zeynalabdin Tağıyev haqqında nə yazırdı?

16:40 9 aprel 2026
Tanınmış müğənni Yusuf Güney saxlanıldı

Tanınmış müğənni Yusuf Güney saxlanıldı

15:55 9 aprel 2026
"Ailələrin psixoloqa müraciətini orta-aşağı qiymətləndirmək mümkündür..." - Araşdırma

"Ailələrin psixoloqa müraciətini orta-aşağı qiymətləndirmək mümkündür..." - Araşdırma

14:20 9 aprel 2026
Pikassonun məşhur tablosu siyasi gərginlik yaratdı

Pikassonun məşhur tablosu siyasi gərginlik yaratdı

13:30 9 aprel 2026
Hindistanın ən bahalı sənət əsəri - Rekord məbləğ

Hindistanın ən bahalı sənət əsəri - Rekord məbləğ

13:00 9 aprel 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər