Yeni poeziya almanaxı çap ediləcək - Əsər qəbulu başladı

Yeni poeziya almanaxı çap ediləcək - Əsər qəbulu başladı
22 sentyabr 2021
# 14:25

“Mücrü” Nəşriyyatı 44 günlük Vətən müharibəsində rəşadətli Azərbaycan ordusunun qələbəsi münasibətilə “Səngər” adlı poeziya almanaxı nəşr etməyi planlaşdırır.

Layihənin əsas məqsədi çağdaş Azərbaycan ədəbiyyatında qələbə ruhlu şeirlərin yazılmasına və nəşrinə, eyni zamanda qələbəmizin təbliğatına dəstək, Qarabağ zəfərinə yaradıcı müstəvidə münasibəti üzə çıxarmaqdır.

- Yalnız Azərbaycan dilində olan şeirlərin qəbul olunacağı layihədə iştirak etmək üçün heç bir yaş məhdudiyyəti yoxdur.

- Əsərlər şanlı Azərbaycan Ordusunun zəfərini, müharibənin ağrı-acısını, qələbədən sonrakı qalib ovqatı əks etdirməlidir.

- Bir müəllif layihəyə maksimum 3 şeir göndərə bilər.

- Müəlliflər şeirlərini [email protected] ünvanına göndərməlidir. Mövzu hissəsində ad və təxəllüsünü, əlaqə nömrəsini, həmçinin şeirin adını qeyd etməli, eyni zamanda müəllif fotosunu əlavə etməlidirlər.

Şərtlərə uyğun olmayan şeirlər layihəyə qəbul edilməyəcək.

- Şeir qəbulu 27 sentyabr tarixində başlayacaq, 1 noyabr 2021-ci ilə (saat 12:00-a) qədər davam edəcək.

- Layihənin informasiya dəstəyi “Mücrü ART” (www.mucru.art) portalıdır.

# 3251 dəfə oxunub

Oxşar xəbərlər

Frans Şubert kimi özünə ruhani müəllim  hesab edirdi?

Frans Şubert kimi özünə ruhani müəllim hesab edirdi?

18:10 19 noyabr 2025
Sevdiyi rəssamın adını təxəllüs götürən alman kommunist yazıçı - O, Hitlerə necə yanaşırdı?

Sevdiyi rəssamın adını təxəllüs götürən alman kommunist yazıçı - O, Hitlerə necə yanaşırdı?

17:10 19 noyabr 2025
"Onun varlığı digər yazıçılara meydan oxuyur..." - Prustu niyə bu mükafata layiq bilmirdilər?

"Onun varlığı digər yazıçılara meydan oxuyur..." - Prustu niyə bu mükafata layiq bilmirdilər?

18:45 18 noyabr 2025
Hüqonun çılpaq heykəlini yaradan, sevgilisi ilə 53 il sonra evlənən Ogüst Roden

Hüqonun çılpaq heykəlini yaradan, sevgilisi ilə 53 il sonra evlənən Ogüst Roden

17:53 17 noyabr 2025
Avstraliyanın bestseller yazıçısı Mark Rid - Populyar mədəniyyət ikonu, yoxsa  qatı cinayətkar?

Avstraliyanın bestseller yazıçısı Mark Rid - Populyar mədəniyyət ikonu, yoxsa qatı cinayətkar?

15:00 17 noyabr 2025
Azərbaycan xalçaçılıq tarixinin Lətif Kərimov səhifəsi

Azərbaycan xalçaçılıq tarixinin Lətif Kərimov səhifəsi

10:40 17 noyabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər