Xalq artisti Yaşar Nurinin məzarı ziyarət olundu - Foto

Xalq artisti Yaşar Nurinin məzarı ziyarət olundu - Foto
6 sentyabr 2021
# 14:05

Xalq artisti Yaşar Nurinin 70 illik yubileyi münasibətlə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının kollektivi, aktyorun ailəsi və teatrsevərlər məzarını ziyarət ediblər.


APA-nın məlumatına görə, mərasimi giriş sözü ilə açan Xalq artisti Hacı İsmayılov Yaşar Nurinin Azərbaycan mədəniyyətində tutduğu yerdən bəhs edib.

“Bu gün biz görkəmli sima, xalqın sevimlisi Yaşar Nurinin məzarı önündəyik. İlin əvvəlində biz teatr olaraq qərara gəldik ki, Yaşar Nurinin yubileyini teatrda keçirək. Ancaq mövcud şəraitlə əlaqədar olaraq planımız alınmadı. Biz Yaşarla çox səmimi dost olmuşuq. Düzü, onunla dost olmamaq mümkün də deyildi. Allah ona rəhmət eləsin” – deyə, o bildirib.

Xalq artisti Rafiq Əzimov da aktyorla bağlı xatirələrini bölüşüb: “Əziz teatrsevərlər, çox təəssüflər olsun ki, biz onun 70 illik yubileyini bu gün onun məzarı önündə qeyd edirik. Yaşar Nuri Azərbaycan mədəniyyətində bir nömrəli aktyor kimi özünü nümayiş etdirib. Yaşar Nuri təkcə komediya rollarında çıxış etməyib. O, həm də faciə rollarını yüksək səviyyədə oynayıb. Yaşar Nuri, biz səni çox sevirik”.

Qeyd edək ki, Yaşar Nuri 1951-ci il sentyabr ayının 3-də Bakıda tanınmış aktyor Məmmədsadıq Nuriyevin ailəsində dünyaya gəlib. 10 yaşından Azərbaycan televiziyasında uşaq verilişlərində çəkilən və teatr səhnələrində uşaq rollarını ifa edən aktyor 1968-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olub. 1974-cü ildə Akademik Milli Dram Teatrının baş rejissoru Tofiq Kazımovun dəvətilə bu kollektivin aktyor truppasına qəbul olunub.

Teatrda və kinoda komik, psixoloji və dramatik rolların məharətli ifaçısı kimi tanınan Xalq artisti uzun sürən xəstəlikdən sonra 2012-ci ildə vəfat edib.

# 3009 dəfə oxunub

Oxşar xəbərlər

Bibliyadakı Nuh tufanından sonrakı ilk anın təsviri - Apokaliptik tablo nəyi anladır?

Bibliyadakı Nuh tufanından sonrakı ilk anın təsviri - Apokaliptik tablo nəyi anladır?

18:17 1 iyul 2026
"Bu hekayəni ikinci edən münsiflərin zövqünə "2" verirəm!" - Müzakirə

"Bu hekayəni ikinci edən münsiflərin zövqünə "2" verirəm!" - Müzakirə

12:10 1 iyul 2026
Adamyeyən köpəkbalığı, saraydan qaçan şahzadə... - Ən yaddaqalan 10 yay filmi

Adamyeyən köpəkbalığı, saraydan qaçan şahzadə... - Ən yaddaqalan 10 yay filmi

10:00 1 iyul 2026
Dərin gölün vampirləri - Vüsal Bağırlının  hekayəsi

Dərin gölün vampirləri - Vüsal Bağırlının hekayəsi

10:00 30 iyun 2026
Uçuşdan geri qayıtmayan yazıçı - Antuan de Sent-Ekzüperini kim öldürmüşdü?

Uçuşdan geri qayıtmayan yazıçı - Antuan de Sent-Ekzüperini kim öldürmüşdü?

17:00 29 iyun 2026
Menqsin şah əsərlərindən biri - "Çobanların sitayişi" nəyi izah edir?

Menqsin şah əsərlərindən biri - "Çobanların sitayişi" nəyi izah edir?

15:00 29 iyun 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər