Üzeyir Hacibəyli Beynəlxalq Musiqi Festivalında keçiriləcək tədbirlər

Üzeyir Hacibəyli Beynəlxalq Musiqi Festivalında keçiriləcək tədbirlər
14 sentyabr 2021
# 18:45

Azərbaycan Bəstəkarlar İttifaqı (ABİ) XIII Üzeyir Hacibəyli Beynəlxalq Musiqi Festivalı zamanı keçirəcəyi tədbirləri açıqlayıb.

ABİ-dən APA-ya verilən məlumata görə, tədbirlər sentyabrın 22-i və 24-də gerçəkləşəcək.

Sentyabrın 22-də Üzeyir Hacibəyli XIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində ABİ-nin Üzeyir Hacıbəyli adına Konsert Salonunda “Üzeyir Hacıbəyli və Müslüm Maqomayev” mövzusunda Elmi konfrans və konsert, sentyabrın 24-də isə görkəmli musiqişünas-alim, akademik, Əməkdar incəsənət xadimi və Əməkdar elm xadimi, professor Zemfira Səfərovanın yeni kitablarının təqdimatı keçiriləcək.

Elmi konfransda respublikanın tanınmış musiqişünasları Üzeyir Hacıbəyli və onun məsləkdaşı görkəmli bəstəkar Müslüm Maqomayevin yaradıcılığına dair məruzələri təqdim edəcəklər. ABİ-nın məsul katibi, sənətşünaslıq elmləri doktoru, professor Cəmilə Həsənovanın “Üzeyir Hacıbəylinin və Müslüm Maqomayevin Azərbaycan etnomusiqişünaslığında rolu”, Əməkdar incəsənət xadimi, sənətşünaslıq elmləri doktoru, professor İmruz Əfəndiyevanın “Məmməd Sadıq Əfəndiyevin Üzeyir Hacıbəylinin “Koroğlu” operası haqqında ilk elmi-tədqiqat məqaləsinə dair fikirlər”, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Güllü İsmailovanın “Üzeyir Hacıbəylinin yaradıcılığında milli məfkurə və türkçülük ideyalarının təcəssümü”, Əməkdar mədəniyyət işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Alla Bayramovanın “Müslüm Maqomayevin arxiv materialları Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində”, Bakı Musiqi Kollecinin və Bülbül adına Orta-İxtisas Musiqi Məktəbinin müəllimi Raya Abbasovanın “Üzeyir Hacıbəyli ənənələri Əşrəf Abbasovun yaradıcılığında və rəhbərlik fəaliyyətində” mövzularında məruzələri konfrans iştirakçılarının diqqətinə çatdırılacaq.

Elmi konfransda həmçinin, Nizami Gəncəvinin anadan olmasının 880 illiyi münasibətilə, Üzeyir Hacıbəylinin “Sənsiz” və “Sevgili canan” əsərləri ilə təməlini qoyduğu qəzəl-romans janrının ənənələrinin davam və inkişaf etdirilməsi məqsədilə, ABİ tərəfindən keçirilmiş “Nizami Gəncəvi ili”nə həsr olunmuş Qəzəl-Romans müsabiqəsi laureatlarının əsərləri – o cümlədən, Lalə Cəfərovanın “Səbr et” (solist - Əməkdar artist Fərid Əliyev) və Azər Dadaşovun “Sevqi qanaddır” (solist - Nigar Cəlilova) Qəzəl-romansları ifa olunacaq.

Sentyabrın 24-də ABİ-nin, Mədəniyyət Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyasının birgə təşkilatçılığı ilə keçirəcək tədbirdə akademik Zemfira Səfərovanın yeni kitabları – o cümlədən, layihənin rəhbəri və elmi redaktoru, bir çox oçerklərin, ön söz və şərhlərin müəllifi olduğu “Azərbaycan musiqi tarixi” çoxcildliyinin V cildi, “Şuşa Azərbaycanın musiqi qalasıdır” (azərbaycan və rus dillərində), habelə, “Türk Dünyasının Müzik Yıldızı – Üzeyir Hacıbeyli” kitabları musiqi ictimaiyyətinə təqdim ediləcək.

Respublikanın tanınmış elm və mədəniyyət xadimlərinin iştirak edəcəyi təqdimat mərasimində Qədim Musiqi Alətləri Dövlət Ansamblı (Bədii rəhbər - Xalq artisti Munis Şərifov), Xalq artisti Gülnaz İsmayılova (soprano) və Beynəlxalq müsabiqələr laureatı Fəqan Həsənli (piano) Azərbaycanın klassik bəstəkarlarının əsərlərini ifa edəcəklər.

# 2474 dəfə oxunub

Oxşar xəbərlər

Dövlət işi naminə dinini dəyişdi, Parisdə siyasi mühacir həyatı yaşadı... - O, mirasını hansı şərtlə arvadına vəsiyyət etmişdi?

Dövlət işi naminə dinini dəyişdi, Parisdə siyasi mühacir həyatı yaşadı... - O, mirasını hansı şərtlə arvadına vəsiyyət etmişdi?

15:00 17 fevral 2026
"Özümüzü xoşbəxt olduğumuza inandırmağa çalışırıq..." - Duş qəbul etmək üçün nələri qurban verərdiniz?

"Özümüzü xoşbəxt olduğumuza inandırmağa çalışırıq..." - Duş qəbul etmək üçün nələri qurban verərdiniz?

10:00 17 fevral 2026
"Məcnun"ların ustadı - Nəriman Nərimanov onun həyatını necə dəyişdi?

"Məcnun"ların ustadı - Nəriman Nərimanov onun həyatını necə dəyişdi?

10:00 16 fevral 2026
Razin siçanları - Vüsal Bağırlının hekayəsi

Razin siçanları - Vüsal Bağırlının hekayəsi

15:00 15 fevral 2026
Arvadının gözü qarşısında xəyanət, bitməyən orgiyalar – Tarixin ən azğın yazıçısı haqqında

Arvadının gözü qarşısında xəyanət, bitməyən orgiyalar – Tarixin ən azğın yazıçısı haqqında

12:00 13 fevral 2026
Sıxır məni şəhərdəki günlərim... - “Səksənincilər" layihəsindən Qoca Xalidin şeirləri

Sıxır məni şəhərdəki günlərim... - “Səksənincilər" layihəsindən Qoca Xalidin şeirləri

10:00 13 fevral 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər