Mədəniyyət Nazirliyi yanında İctimai Şuraya seçkilər keçirilir

Mədəniyyət Nazirliyi yanında İctimai Şuraya seçkilər keçirilir
13 iyul 2021
# 12:30

İyulun 13-də Beynəlxalq Muğam Mərkəzində Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın fəaliyyətinin təmin edilməsi ilə əlaqədar yaradılmış Seçki Komissiyası tərəfindən İctimai Şuraya seçkilər başlayıb.

Mədəniyyət Nazirliyi yanında İctimai Şura üzvlərinin sayı 9 nəfər müəyyən edilib.

Mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva bildirib ki, nazirliyin yanında ilk dəfə yaranacaq şuranın fəaliyyəti mədəniyyət sisteminə nəzarəti gücləndirəcək, eyni zamanda nazirlik və onun tabeçiliyində olan qurumlarla Qeyri Hökumət Təşkilatları və ictimai qurumlar arasında səmərəli əməkdaşlığın qurulmasına yardımçı olacaq.

Seçkilərə böyük marağın olduğunu deyən Mədəniyyət Nazirliyinin Aparat rəhbəri Vasif Eyvazzadə bildirib ki, 49 namizəd 9 yer uğrunda mübarizə aparır. Nəticəsindən asılı olaraq seçkilərin ikinci mərhələsi də elan edilə bilər. Çünki nəticələr gün ərzində tam aydın olmasa iyulun 16-da növbəti mərhələ keçiriləcək.

“Mədəniyyət nazirliyi çox böyük bir sistemdir. Bu, ölkənin bütün insanlarını maraqlandıran sahədir. İnanırıq ki, namizədlər gələcəkdə nazirliklə İctimai Şura arasında, eyni zamanda digər QHT və ictimai təşkilatlarla münasibətlərin səmərəli qurulmasına öz töhfəsini verəcək və bu sahədə həm şəffaflığın təmin edilməsi, həm də keyfiyyətin artmasına yardımçı olacaqlar”, - deyə V.Eyvazov vurğulayıb.

Sonra İctimai Şuraya seçki prosesi başlayıb.

Qeyd edək ki, İctimai Şuraya səsvermə prosesində iştirak etmək istəyən vətəndaş cəmiyyəti institutu təmsilçilərinin qeydiyyatı seçki gününə on gün qalanadək davam edib.

Təqdim olunan sənədlər qiymətləndirilib və siyahıda adları göstərilən seçicilərin müraciətləri müəyyən edilmiş qaydalara uyğun olaraq qeydə alınıb. /azertag.az/

# 2540 dəfə oxunub

Oxşar xəbərlər

Bibliyadakı Nuh tufanından sonrakı ilk anın təsviri - Apokaliptik tablo nəyi anladır?

Bibliyadakı Nuh tufanından sonrakı ilk anın təsviri - Apokaliptik tablo nəyi anladır?

18:17 1 iyul 2026
"Bu hekayəni ikinci edən münsiflərin zövqünə "2" verirəm!" - Müzakirə

"Bu hekayəni ikinci edən münsiflərin zövqünə "2" verirəm!" - Müzakirə

12:10 1 iyul 2026
Adamyeyən köpəkbalığı, saraydan qaçan şahzadə... - Ən yaddaqalan 10 yay filmi

Adamyeyən köpəkbalığı, saraydan qaçan şahzadə... - Ən yaddaqalan 10 yay filmi

10:00 1 iyul 2026
Dərin gölün vampirləri - Vüsal Bağırlının  hekayəsi

Dərin gölün vampirləri - Vüsal Bağırlının hekayəsi

10:00 30 iyun 2026
Uçuşdan geri qayıtmayan yazıçı - Antuan de Sent-Ekzüperini kim öldürmüşdü?

Uçuşdan geri qayıtmayan yazıçı - Antuan de Sent-Ekzüperini kim öldürmüşdü?

17:00 29 iyun 2026
Menqsin şah əsərlərindən biri - "Çobanların sitayişi" nəyi izah edir?

Menqsin şah əsərlərindən biri - "Çobanların sitayişi" nəyi izah edir?

15:00 29 iyun 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər