Marksı dahi edən "Kapital" əsərinin sirri nədir? - 10 vacib sitat

Marksı dahi edən "Kapital" əsərinin sirri nədir? - 10 vacib sitat
8 iyul 2021
# 16:28

Dünya iqtisadi-siyasi mənzərəsinə ən dərindən təsir etmiş şəxsiyyətlərdən biri olan Karl Marks insanlara daha çox “Kapital” əsəri ilə tanışdır. “Kapital”ın yalınız birinci hissəsi onun sağlığında nəşr edilib. Digər iki hissəsi isə onun sələfi olan Engelsin təşəbbüsü ilə işıq üzü görüb.
Azərbaycan dilinə isə bu kitabın yalnız bir cildi tərcümə edilib. Kulis.az dünya düzəninə dərindən təsir etmiş “Kapital” əsərindən 10 maraqlı sitatı təqdim edir.

1. “Cəmiyyəti xoşbəxt, xalqı isə hətta öz acınacaqlı vəziyyətindən də razı salmaq üçün gərək böyük əksəriyyət cahil və yoxsul olsun. Bilik bizim arzularımızı genişləndirib artırır, odur ki, insanların arzusu nə qədər azdırsa, onun tələbatı da bir o qədər asanlıqla təmin edilə bilər”.

2. Xalqın yaxşı yaşadığı millətlər yoxsul, xalqın adətən yoxsul olduğu millətlər varlıdırlar”

3. Pul forması birinci olaraq köçəri xalqlar içərisində inkişaf edir, çünki onların bütün əmlakı mütəhərrik formadadır, bilavasitə özgəninkiləşdirilən formadadır və onların həyat tərzi daim onları başqa icmalarla təmasa gətirir, bununla da mübadiləyə sövq edir.

4. Bir vaxtlar adamları əməyə məcbur edirdilər, çünki onlar başqalarının qulu idilər, indi də adamlar əməyə məcbur edilirlər, çünki onlar öz tələbatlarının quludurlar.

5. Mənfəət istehsalın yeganə məqsədidir.

6. Əgər iki oğru bir-birinin saçını yolsa, bunun həmişə xeyri olar.

7. Dində insanın öz beyninin məhsulu ona hakim olduğu kimi, kapitalist istehsalında da insanın öz əlinin məhsulu ona hakimdir.

8. Sənaye cəhətdən daha çox inkişaf etmiş ölkə, daha az inkişaf etmiş ölkəyə onun yalnız öz gələcəyinin mənzərəsini göstərir.

9. Məncə bir xalq üçün ən böyük bəla onun elə bir torpaqda yaşamasıdır ki, orada təbiət özü bolluca yaşayış vasitəsi və qida istehsal edir, iqlim isə insanı geyinmək və soyuqdan qorunmaq qayğısından demək olar ki, azad edir. Bunun tam əksi də mümkündür. Əmək sərf etmək vasitəsilə becərildikdə məhsul verə bilməyən torpaq da, heç bir əmək sərf edilmədən bol məhsul verən torpaq qədər pisdir”.

10. Zəmanəmizin diqqətəlayiq hadisələrini nə hökmdarların zərli libası, nə də ruhanilərin qara əbası gizlədə bilməz.

# 3529 dəfə oxunub

Oxşar xəbərlər

“Yoxsul ola bilərəm, amma zövqsüz yox...” - Teofil Qotye üçün əsl zənginlik nə idi?

“Yoxsul ola bilərəm, amma zövqsüz yox...” - Teofil Qotye üçün əsl zənginlik nə idi?

16:37 23 oktyabr 2025
Uşaqların sevimli yazıçısı  - Hansı mükafat ona dünya şöhrəti qazandırmışdı?

Uşaqların sevimli yazıçısı - Hansı mükafat ona dünya şöhrəti qazandırmışdı?

16:30 23 oktyabr 2025
İmpressionizmlə kubizm arasında... - Pikasso niyə  “Biz Sezanın uşaqlarıyıq” deyirdi?

İmpressionizmlə kubizm arasında... - Pikasso niyə “Biz Sezanın uşaqlarıyıq” deyirdi?

16:22 22 oktyabr 2025
Əsərləri diplomatik hədiyyə kimi verilən xalçaçı-rəssam

Əsərləri diplomatik hədiyyə kimi verilən xalçaçı-rəssam

13:30 22 oktyabr 2025
"Yazıçı özünün instituta çevrilməsinə yol verməməlidir..." - Sartr  Nobel mükafatından niyə imtina edib?

"Yazıçı özünün instituta çevrilməsinə yol verməməlidir..." - Sartr Nobel mükafatından niyə imtina edib?

11:30 22 oktyabr 2025
Ağaclarla danışan dahi - Onu niyə İslamı müdafiə etməkdə günahlandırırdılar?

Ağaclarla danışan dahi - Onu niyə İslamı müdafiə etməkdə günahlandırırdılar?

15:30 21 oktyabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər