Həqiqi sevgini duyan qəlb bir damcı suya da hörmətlə baxar - Mövlanədən hikmətli sözlər

Həqiqi sevgini duyan qəlb bir damcı suya da hörmətlə baxar - Mövlanədən hikmətli sözlər
2 avqust 2020
# 21:00

Kulis.az filosof, şair Mövlanə Cəlaləddin Ruminin hikmətli sözlərini təqdim edir:

Ədalət nədir? - Ağacları sulamaq; Zülm nədir? - Tikanlara su vermək.

Qənaətlə heç kim ölməyib, hərisliklə də heç kim padşah olmayıb.

Allahla olduqdan sonra ölüm də, ömür də xoşdur.

Bir şam digərini yandırmaqla işığından bir şey itirməz.

Canı Canana təslim etməyə hazır deyilsənsə, “Mən AŞİQəm” demə heç kimə.

Həqiqi sevgini duyan qəlb bir damcı suya da hörmətlə baxar.

Heç vaxt arzu tutmadım, həmişə dua elədim.

Qismətində varsa, qarışqadan da dərs götürərsən. Qismətində yoxdursa, bütün dünyanı qabağına sərsələr, sənə kar etməz.

Külə dönmüsənsə, yenidən gülə dönməyi gözlə. Və keçmişdə neçə dəfə külə döndüyünü deyil, neçə dəfə yenidən küllərin arasından çıxıb yeni bir gülə çevrildiyini xatırla.

Ey müsəlman, soruşursan ədəb nədir. Bil ki ədəb hər ədəbsizin ədəbsizliyinə qatlanmaqdır.

Dünya özünü yeni gəlin kimi göstərən iylənmiş bir qoca qarıdır.

Dedilər ki, gözdən iraq olan könüldən də iraq olar. Dedim ki, könülə girən gözdən iraq olsa nə olar ki.

Nəfsin əjdahadır. Elə bilmə ölüb, yuxuya gedib o. Dərddən əlinə fürsət düşmədiyinə görə yatır. Dərdin bitən kimi oyanar. Hünər dərdsiz olanda da nəfsi oyatmamaqdır.

Mən insanların ayıblarını görən gözlərimi kor eləmişəm. Sən də onlara mənim kimi yaxşı gözlə bax.

Qanad var, qızılquşu padşaha götürür. Qanad da var, quzğunu leşə.

Hamımız tək qanadlı mələklərik və biz ancaq bir-birimizi qucaqlayaraq uça bilərik.

Cahillə münaqişəyə girmə. Ya əsəbin çıxar tavana, ya da heyf olar ədəbinə.

Eşq vadisində heç bir nişanə, heç bir iz yoxdursa, üzülmə. Çünki haqqın lütfü ilə bəzən ümidsizlikdən də ümidlər doğular.

Ey könül, ümidsizliyə düşmə. Allahdan ümidini kəsmə. Bəzən can bağçasında söyüd ağacının budağında belə xurma bitər.

Cahil insan gülün gözəlliyini görməz, gedib tikanından şikayətlənər.

İlandan, əqrəbdən, aslandan qaçma, bədəndən qaynaqlanan nəfsi istəklərdən, həvəslərdən qaç. Çünki başımıza gələn bütün bəlalar, çəkdiyimiz bütün zəhmətlər, məşəqqətlər boş və baş tutmayacaq həvəslərdən meydana gəlir.

Ey sevgili. Biz səninlə bir salxımın iki aşiq üzümü ikən, başqa qədəhlərdə şərab olmuşuq, başqa xəyallarda xarab olmuşuq.

Sən çiçək olub ətrafına sevgi saçmağa söz ver. Torpaq olun səni başının üstündə daşıyan tapılar.

Bax! Bütün döyüşlərin, müharibələrin tək və ən güclü yaranma səbəbi sevgi əskikliyidir. Bunun ən düzgün çıxış yolu SEVGİni axtarmaq, yaşamaq və onu göstərməkdir.

Eşq acısı daşımayan ürək ya dəliyə aiddir, ya ölüyə.

Gözünün gördüyünü könlünün gördüyünə dəyişsən, “Eyvallah”. Könlünün gördüyünü gözünün gördüyünə dəyişsən, “Eyvah Eyvah”.

Mərhəmətdə günəş kimi, səxavətdə axar su kimi, təvazidə torpaq kimi, qüsurlar örtməkdə gecə kimi ol.

Bəzən halımıza mələklər paxıllıq edər, bəzən də halımızdan şeytan belə iyrənər. Sən yerdə olanlara mərhəmət göstər ki, göydə olanlar da sənə mərhəmət etsin.

Göz yaşının da vəzifəsi varmış. Ardından gələcək gülümsəmə üçün təmizlik görür.

Dilini tərbiyə etməmişdən əvvəl ürəyini tərbiyə elə. Çünki söz ürəkdən gəlib dildən çıxar.

Şərab küpü hara qoyulsa şərabdır. Gül zibillikdə bitməklə pis olmaz, şərab qızıl qədəhə tökülsə də, halal olmaz.

Nə qədər bilirsən bil, dediklərin qarşındakıların anlaya bildiyi qədərdir.

Eşqin hekayəsini dayanmadan fəryad edən bülbüldən deyil, səssiz sədasız can verən pərvanədən soruş.

Əllərimiz tikan yaraları ilə qan içində qalıbsa, demək gülə toxunmağımıza az qalıb.

İlan sancması səni ancaq canından edər. Amma pis dost səni həm candan, həm də imandan edər.

Elə bir yar sev ki övladım, əlində su tası ilə iftarı gözləyən oruclu kimi gözləsin səni.

Eşq dəlilikdir, biz dəlinin də dəlisiyik.

Qəlb bir bağ kimdir. Onda mütləq nəsə bitəcək. Ona görə çalış gözəl şeylər ək ki, gözəl şeylər bitsin.

# 15627 dəfə oxunub

Oxşar xəbərlər

"Mən indi bilirəm, İlahi..." - Sevinc Mürvətqızının essesi

"Mən indi bilirəm, İlahi..." - Sevinc Mürvətqızının essesi

17:00 1 oktyabr 2025
"Ağalar Qut ciddi fəlsəfi problemlərlə məşğul olsun" - Əsəd Cahangirdən SƏRT CAVAB

"Ağalar Qut ciddi fəlsəfi problemlərlə məşğul olsun" - Əsəd Cahangirdən SƏRT CAVAB

12:00 1 oktyabr 2025
Rembrandtla dostluq edən holland rəssam - Ona niyə  "kiçik xərçəng" deyirdilər?

Rembrandtla dostluq edən holland rəssam - Ona niyə "kiçik xərçəng" deyirdilər?

10:40 1 oktyabr 2025
“Bibliya" necə dəyişdirilib? – Tərcümənin gizli tarixi

“Bibliya" necə dəyişdirilib? – Tərcümənin gizli tarixi

17:00 30 sentyabr 2025
Bu sözü dilimizə Səməd Vurğun gətirməyib - İllər sonra üzə çıxan həqiqətin pərdəarxası

Bu sözü dilimizə Səməd Vurğun gətirməyib - İllər sonra üzə çıxan həqiqətin pərdəarxası

12:06 30 sentyabr 2025
İlya Repin  impressionizmdən niyə  imtina etmişdi?

İlya Repin impressionizmdən niyə imtina etmişdi?

14:15 29 sentyabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər