Günün şeiri: Leş

Günün şeiri: Leş
9 aprel 2021
# 10:30

Bu gün dahi fransız şair Şarl Bodlerin doğum günüdür. Kulis.az bu münasibətlə Xeyrulla Xəyalın tərcüməsində onun məşhur “Leş” şeirini təqdim edir.

Canım, yadındadırmı, gözəl yay səhərində,
Gördüyümüz şey indi:
Cığırın döngəcində, çınqılın üzərində,
Müdhiş leş sərilibdir.

Sürüşkən qadın kimi göydədir ayaqları,
Öd damır hər yerindən,
Nə abrı, nə hayası, qarnı da açıq qalıb,
Qoxu baş hərləndirir.

Od saçır çürüntüyə günəş, yəqin istəyir elə
Dağılanacan bişə,
Təbiətə qaytara yüz qat artığı ilə,
Vəhdətdə yaranmışı.

Səma bu gözəl leşin tamaşasına durub,
Sanki gül çiçəkləyir.
Qoxu ağır, qorxdunuz itər birdən huşunuz,
Otun üstdəcə elə.

Çürük qarnı bürüyüb milçəklər vızıldaşır,
Qalxır qara taqımlar.
Qanlı tikə-parçaya ordu tək qurd daraşıb,
Cəmdəyi yağmalayır.

Bütün bunlar ucalır, enirdi bir dalğa tək,
Parlayıb axırdı ya.
Naməlum bir nəfəsdən sanki şişirdi cəmdək,
Yaşayırdı artaraq.

Qəribə musiqi də dinir burda elə bil,
Su axır, əsir külək,
Dənsovuran ritmlə dəni ya da tərpədir,
Qabı silkələyərək.

Forma pozulub gedir, qalan indi xülyadır,
Cizgilər yavaş düşür,
Unudulmuş kətana, yadda saxladığıyla,
Bitər rəssamın işi.

Narahat bir it durub baxır bizə acıqlı,
Daşların arxasından.
Skeletin üstündə tikəni qoyub qaçıb,
Aparmağa güdür an.

Və siz də dönərsiniz belə bir çürüntüyə,
Azar mənbəyinə həm.
Gözlərimin işığı, könül günəşim, göyüm,
Ehtirasım, mələyim!

Bəli, belə olacaq, gözəllik Məleykəsi,
Son ayinlər keçəndə,
Otun, çiçəyin altda sizi də basacaq kif,
Sümüklərin içində.

Onda, mənim gözəlim, sizi öpüşləriylə
Yeyən qurdlara deyin,
Saxlamışam ilahi ruhunu həmişəlik,
Mənim fəna eşqimin.

# 2920 dəfə oxunub

Oxşar xəbərlər

Fransa ədəbiyyatının ən oyunbaz yazıçısı - O, niyə içində "e" hərfi olmayan roman yazmışdl?

Fransa ədəbiyyatının ən oyunbaz yazıçısı - O, niyə içində "e" hərfi olmayan roman yazmışdl?

16:00 3 mart 2026
Fatmayı mənim səsimdir... - Şəhərin metafizikası harada başlayır?

Fatmayı mənim səsimdir... - Şəhərin metafizikası harada başlayır?

12:00 3 mart 2026
"Taxt oyunları", milyard dollarlıq sərvət, "Dəhşətlər kralı"... - Dünyanın ən varlı 10 yazıçısı

"Taxt oyunları", milyard dollarlıq sərvət, "Dəhşətlər kralı"... - Dünyanın ən varlı 10 yazıçısı

15:00 1 mart 2026
"Qadının üç vəzifəsi var: gözəl olmaq, yaxşı geyinmək və heç vaxt etiraz etməmək" - “Yazıçının qeyd dəftəri” kitabından seçmələr

"Qadının üç vəzifəsi var: gözəl olmaq, yaxşı geyinmək və heç vaxt etiraz etməmək" - “Yazıçının qeyd dəftəri” kitabından seçmələr

12:00 1 mart 2026
Ananın ölümü - Ənvər Məmmədxanlının hekayəsi

Ananın ölümü - Ənvər Məmmədxanlının hekayəsi

15:00 28 fevral 2026
Stalin dilemma qarşısında və Atatürkün sükutu - Azər Turan

Stalin dilemma qarşısında və Atatürkün sükutu - Azər Turan

12:00 28 fevral 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər