Əbülfəs Qarayev yubileylərdən narazılıq etdi

Əbülfəs Qarayev yubileylərdən narazılıq etdi
28 iyun 2011
# 13:17
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev mədəniyyət xadimlərinin, eləcə də sənət ocaqlarının və müəssisələrinin yubileylərinin, ildönümlərinin tez-tez qeyd olunmasına narazılıq əlaməti olaraq əmr imzalayıb.

Kulis.az APA-ya istinadən verdiyi xəbərə görə, mədəniyyət və turizm naziri imzaladığı əmrdə bu tədbirlərin dövlət səviyyəsində qeyd olunmasına ardıcıllıq gətirilməsinin və onların keçirilməsinə nazirlik tərəfindən tənzimlənməsinin vacibliyini qeyd edib.

Nazir Azərbaycan mədəniyyəti tarixində olan müasir dövrdə inkişafı və təbliğində rolu olan yaradıcı şəxslərin və təşkilatların yubiley tarixlərinin başlanğıc ilini və yubileylər arasında 10 ildən az olmayaraq ara qoyulmasını qeyd edib. Əmrdə yaradıcı təşkilat və müəssisələr üçün – 10, 20, 30, 50 və daha sonrakı illər göstərilib.
Yaradıcı şəxslər üçün yubiley mərasimlərinin keçirilməsi isə 60-dan başlanması qeyd olunub. Eyni zamanda mədəniyyət və turizm naziri ayrı - ayrı görkəmli sənət xadimlərinin öz imkanları daxilində və ya sponsor vəsaiti hesabına fərdi qayda da yaradıcılıq fəaliyyətlərinin – 30-dan başlayaraq qeyd olunması üçün məhdudiyyət qoyulmadığı vurğulanıb. Bu əmr nazirin göstərişi ilə respublikada fəaliyyət göstərən bütün teatr və konsert müəssisələrinə göndərilib. Əmrin icrasına isə nəzarət nazir müavini Ədalət Vəliyevə həvalə olunub.
# 2340 dəfə oxunub

Oxşar xəbərlər

"Arxada qalan onilliklər artıq sənin deyil..." - Məşhur "Time" necə yarandı?

"Arxada qalan onilliklər artıq sənin deyil..." - Məşhur "Time" necə yarandı?

13:00 1 noyabr 2026
Darıxdırıcı axşamlarda purosunu tüstülədən taxta adamlar -  Tadeuş Makovskiyin məşhur əsəri

Darıxdırıcı axşamlarda purosunu tüstülədən taxta adamlar - Tadeuş Makovskiyin məşhur əsəri

12:00 1 noyabr 2026
Meşə adamı - Herman Hessenin hekayəsi

Meşə adamı - Herman Hessenin hekayəsi

14:00 31 oktyabr 2026
İnsanları döyüş maşınına çevirən sistem - Bir uşağı necə qatilə çevirmək olar?

İnsanları döyüş maşınına çevirən sistem - Bir uşağı necə qatilə çevirmək olar?

16:00 30 oktyabr 2026
"Kirpi" jurnalının hədəfi oldu, Ələkbər Tağıyev ona qadağa qoydu - Məmmədbağır Bağırzadə niyə həbs olunmuşdu?

"Kirpi" jurnalının hədəfi oldu, Ələkbər Tağıyev ona qadağa qoydu - Məmmədbağır Bağırzadə niyə həbs olunmuşdu?

13:00 30 oktyabr 2026
Kanoe - Vüsal Bağırlının essesi

Kanoe - Vüsal Bağırlının essesi

10:00 30 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər