Azərbaycanda kafe mədəniyyəti niyə yoxdur?

Azərbaycanda kafe mədəniyyəti niyə yoxdur?
27 iyun 2011
# 11:54
Keçənlərdə bir iqtisadçı telekanallardan birində dedi ki, Euroviziona gələcək əcnəbiləri razı salmaq üçün Bakıda onlara seçim təklif edən çoxlu sayda kafe olmalıdır.

Daha vacib olanı isə kafelərin xudmanilyi, qiymətlərin münasibliyidir.

Həyatlarının yarıdan çoxu kafelərdə keçən əcnəbilər üçün belə məkanlar hər şeydən əvvəl söhbətləşmək, dincəlmək üçündür.

Kafeləri mən də xoşlayıram. Amma qlamursuz-filansız, sadəcə rahat, ev atmosferi aşılayan xudamani kafeləri sevirəm.

Bakıda belə kafe tapmaq çətindir. Ya çox təmtaraqlıdır, şadlıq saraylarına bənzəyir, ya da son dərəcə boz, zövqszüdür.

Yəni özümü rahat hiss edə, dincələ, qəzet və ya kitab oxuya biləcəyim kafe yoxdur. Hər halda mən beləsini tanımıram.
Və bunu kafe mədəniyyətimizin zəifliyinə bağlıyıram.

....Avropa ölkələrində kafe bolluğu var.

Parisi sevməsəm də, onun yan-yana düzülmüş xırda kafelərini, söhbətləşən adamlarını seyr etmək mənə xoş gəlirdi.

Və ya Amsterdamda Konqo mətbəxindən tutmuş Surinam mətbəxinə qədər kiçik kafelər nə qədər desən. Qiymətlər də normal.


Ankaradakı kafeləri də sevirəm.

Şəhərin müxtəlif yerlərində yan-yana düzülmüş kafelər çoxdur.

Bakıda kafelər şəhərin mərkəzində toplaşıb.

Ankaranın isə bütün yerlərində zövqünə uyğun kafe tapa bilərsən.

Əsasən orta təbəqə üçün nəzərdə tutulumuş kafelər çoxluq təşkil edir.

Məşhur Tunalı hilmi caddəsində yerləşən yan-yana düzülmüş irili-xırdalı açıq və qapalı kafelər Avropanı xatrladır.

Kafelərə başı bağlı, evdar qadınlar da çox gəlir. Güclü cinsin nümayəndəsinin müşayiəti olmadan.
Bir anlıq təsəvvür edin ki, Qaraçuxurda yaşayan Məsmə xala alış-verişdən sonra çay içmək və ya yemək üçün kafeyə baş çəkir. Bizə bu absurd gələrdi.

Amma Ankarada kafe insanların gündəlik həyatının sıradan bir detalıdır.

Rahatca otutur, çay və ya qəhvə içir, qəlayanlatı, şam edir, söhbətləşir, qəzet oxuyur, sadəcə ətrafı seyr edirlər.


Avropa ölkələrinin əksər kafelərində müştərilər üçün qəzet qoyulur.
Ankarada bu ənənə geniş yayılmasa da, insanlar xüsusən istirahət günləri kafelərdə özləri ilə qəzet gətirib oxuyurlar.

Bütün normal ölkələrdə olduğu kimi burda da insanların çoxu istirahət günləri kafelərdə qəlyanaltı etməyə üştünlük verir.

Bizim kimi televizorun qarşısında vaxt keçirmirlər.

Əlbəttə ki, buna onların həm təbiəti, həm uyğun yerlərdə tikilmiş kafelər, həm cibi, həm də münasib qiymətlər imkan verir.

Elə kafelər var ki, bir adamlıq qəlyanaltı 4-5 lirəyə başa gəlir. Yəni qəlyanaltının pulunu seçdiyin çeşid-çeşid yeməklərin kilosuna uyğun olaraq ödəyirsən.

Mərkəzi küçələrin kənarındakı açıq kafelərdə də rahatca yemək mümkündür.
O mənada ki, maşınların hərəkəti Bakıdakı kimi səsli-külü deyil, qara tüstü buraxıb adamı peşiman etmirlər.

Əgər kimsə işdən gec gəlib, şam yeməyi hazırlamağa vaxtı çatmayibsa, bunu nəzərə alan kafelər də var. Salat, şorba və əsas yemək 5-6 lirəyə başa gəlir. Belə kafelər adətən yaşayış binalarının yanında yerləşir.

Bazar günü Ankaranın Ayaş rayonunda hər il keçirilən tut festivalında oldum.

Təpələrin əhatəsində yerləşən Ayaşın mərkəzindəki ikimərtəbəli güllü-çiçəkli qədimi evləri, dar, səliqəli küçələri mənə filmlərdə gördüyüm, İtaliyanın cənub şəhərciklərini xatırlatdı.

Ayaşda belə hər kəsin özünü rahat hiss edə biləcəyi xırda kafelər var.
# 1599 dəfə oxunub

Oxşar xəbərlər

Əsəri ilə Parisdə səs-küy yaradan sənətkar - Onu niyə sərgilərə buraxmırdılar?

Əsəri ilə Parisdə səs-küy yaradan sənətkar - Onu niyə sərgilərə buraxmırdılar?

16:15 3 dekabr 2025
Tablosu ABŞ dollarında əks olunan məşhur portret ustası

Tablosu ABŞ dollarında əks olunan məşhur portret ustası

15:32 3 dekabr 2025
İngiltərə sahillərindən olan polyak dahisi - O, niyə dənizçiliyi seçmişdi?

İngiltərə sahillərindən olan polyak dahisi - O, niyə dənizçiliyi seçmişdi?

13:30 3 dekabr 2025
Puantilist rəssamın ən məşhur əsərləri - Onun hansı tablosu 149 milyon dollara satılmışdı?

Puantilist rəssamın ən məşhur əsərləri - Onun hansı tablosu 149 milyon dollara satılmışdı?

12:30 2 dekabr 2025
"İstədiyini et – bütün qanun bundan ibarətdir..." - Dünyanın ən qalmaqallı okkultist yazıçısı

"İstədiyini et – bütün qanun bundan ibarətdir..." - Dünyanın ən qalmaqallı okkultist yazıçısı

14:35 1 dekabr 2025
Hiperrealist mum heykəllər məkanı  - Məşhur Madam Tüsso muzeyi necə yarandı?

Hiperrealist mum heykəllər məkanı - Məşhur Madam Tüsso muzeyi necə yarandı?

12:39 1 dekabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər