Piafın velosipedçi ilə sevgisi qəzaya uğramışdı - MƏKTUBLAR

Piafın  velosipedçi ilə sevgisi qəzaya uğramışdı - MƏKTUBLAR
6 may 2011
# 08:00
Fransız musiqisinin əfsanəsi Edit Piafın velosipedçi sevgilisi Luis Cerardinə yazdığı sevgi məktubları Fransada çap olunub.

Kulis.az-ın “Guardian”a istinadən verdiyi xəbərə görə, Fransanın “sərçəciyi” Piafin mavi gözlü velosipedçi ilə münasibəti 1951-ci ilin noyabrından 1952-ci ilin sentyabr ayına qədər davam edib.

Piaf bu 11 ay ərzində “Toto” ləqəbli sevgilisinə 50-ə yaxın məktub yazıb.

1952-ci ilin əvvəllərində yazdığı bir məktubda deyilir: “Sən məni heç kimin məni sevə bilmədiyi qədər sevmisən, mənsə heç kimə qıymadığım bir şeyi vermişəm sənə - ÖZÜMÜ!”

Həmin ilin aprel ayında Piaf 39 yaşlı sevgilisinə yazıb: "Amerikaya getməmişdən bir arzum vardı: İçim o qədər sevgi ilə dolsun, mən bir neçə ay sənsiz yaşaya bilim və qayıtdıqdan sonra ancaq sənlə olum, sənin balaca, sevimli itin kimi”.

Piaf məktublarında Cerardinə uşaq bəxş etmək və hətta ona görə musiqi karyerasından da imtina etməyə hazır olduğunu yazıb. Məktubun davamında deyilir: “Bizim evimizin gözəl pərdələri və stol süfrəsi olacaq”.

Cerardin bu məktuba cavab olaraq yazıb: “48 saat Piafla olmaq Fransa turuna çıxmaqdan daha valehedicidir”.

Valideynləri tərəfindən tərk edilmiş, içki düşkünü olan nənənin yanında böyüyən Piaf Cerardinin alicənablığına vurulmuşdu: “Sənə yaraşan, sənə layiq biri olmaq istəyirəm. Sən mənə bu yolda kömək etməlisən. Sən mənim balaca müəllimim olacaqsan, əzizim. Mən də müəlliminə heyran olan tələbə kimi sənə kor-koranə qulaq asacağam”.

Nyu-Yorkdan göndərdiyi məktublarda müğənni evli Cerardinidən gah ailəsi ilə bütün əlaqələri kəsməyi, gah da arvadının yanına dönməyini tələb edirdi. Piafın sevgilisinə yazdığı son məktubu isə 18 Sentyabr 1952-ci ilə təsadüf edir: “Sən bu məktubu alanda mən artıq evli olacam”.

Piaf həmin vaxt Fransız müğənni Cek Pills ilə ailə həyatı qurur.

Piaf sevgi macəralarına yad deyildi. Onun Cerardinlə münasibətləri boksçu əri Marsel Cerdanın təyyarə qəzasında həlak olmasından iki il sonra başlayıb. Müğənninin boksçu həyat yoldaşı onu görmək üçün Fransadan Amerikaya uçanda təyyarəsi qəzaya uğrayıb.

Onun boksçu həyat yoldaşına olan sevgisi 2007-ci ildə çəkilən “Çəhrayı həyat” filmində əks olunub. Oskar və “Fransız Sezar”ı mükafatlarını alan filmdə Piafı Marion Kottilard canladırıb.

Ağrılı uşaqlıq yaşamış müğənninin Cerardinə olan məktublarının bir hissəsi 2009-cu ildə Kristi auksionunda 67 min evroya satılıb.

Həmin ilin martında məktublar müxtəlif düzəlişlərlə Bernart Qrassent tərəfindən “Mənim mavi sevgim” adı altında çap olunub.

Qeyd edək ki, Piaf 1963-cü ildə ağ ciyər xərçəngindən vəfat edib. Fransız müğənnisi Şarl Aznavurun 47 yaşlı Edit Piafin dəfn olunmasını belə xatırlayır: "Mən ikinci dünya müharibəsindən bəri Parisdə bu qədər adamın bir yerə toplaşdığını görməmişdim".


Günel ƏSGƏRZADƏ
# 1161 dəfə oxunub

Oxşar xəbərlər

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

17:00 19 noyabr 2024
"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

15:00 19 noyabr 2024
"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

10:10 18 noyabr 2024
Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

15:00 16 noyabr 2024
Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

12:00 16 noyabr 2024
"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

15:00 15 noyabr 2024
# # #