Akif Əlinin internet ünvanı yenilənib

Akif Əlinin internet ünvanı yenilənib
24 oktyabr 2012
# 15:43
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri Akif Əlinin www.akifali.de internet ünvanı yenilənib.

İnternet ünvanda Akif Əlinin hekayələri, felyetonları, pyesləri, etdiyi tərcümələr və müxtəlif illərdə mətbuata verdiyi müsahibələri toplanıb.

Akif Əli 1974-78 -ci illərdə “Azərbaycanfilm” kinostudiyasında rejissor assistenti, Azərbaycan Dövlət Teleradio Verilişləri Komitəsində müxtəlif vəzifələrdə çalışıb.

“Uzun müharibədə qısa görüşlər”, “Tütək səsi”, “Arxadan vurulan zərbə” və “Əgər biz bir yerdəyiksə” filmlərində baş rollarda çəkilib.

1990-93-cü illərdə ölkədə ilk müstəqil demokratik mətbu orqanlardan olan “Vətən səsi” və “Aypara” qəzetlərinin yaradılmasında bilavasitə iştirak edib, həmin qəzetlərin Baş redaktoru olub. 2-ci dərəcəli Dövlət müşaviridir. Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Qızıl qələm” mükafatı laureatıdır.

Fərid MİRZƏYEV
# 2382 dəfə oxunub

Oxşar xəbərlər

Sədaqətsizlik, özünə aid otaq, doğumdan sonrakı zorakılıq...  - Feminizm mövzusunda 10 məşhur əsər

Sədaqətsizlik, özünə aid otaq, doğumdan sonrakı zorakılıq... - Feminizm mövzusunda 10 məşhur əsər

14:00 27 sentyabr 2026
Zərifliyin impressionist təsviri - Edqar Deqanın "Balet məşqi"

Zərifliyin impressionist təsviri - Edqar Deqanın "Balet məşqi"

13:30 27 sentyabr 2026
Kəndlərdən saraylara - Dünyanı özünə valeh edən rəqs hansıdır?

Kəndlərdən saraylara - Dünyanı özünə valeh edən rəqs hansıdır?

18:40 25 sentyabr 2026
Saxtalıqdan uzaq səmimi şənlik  -  "Yoxsulların toyu" tablosu

Saxtalıqdan uzaq səmimi şənlik - "Yoxsulların toyu" tablosu

16:00 23 sentyabr 2026
Vizual elementlərlə musiqi polifoniyası  – “Günəşin sonatası” tablosu

Vizual elementlərlə musiqi polifoniyası – “Günəşin sonatası” tablosu

16:00 22 sentyabr 2026
Naməhrəm  - Alpay Azərin yeni hekayəsi

Naməhrəm - Alpay Azərin yeni hekayəsi

12:00 22 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər