“iPad mini” çıxdı

“iPad mini” çıxdı
24 oktyabr 2012
# 10:11
«Apple Inc» şirkəti Amazon.com-un daha kiçik elektron planşetləri ilə rəqabəti genişləndirmək üçün bu cümə günü iPad-in 20 santimetrlik yeni versiyasının satışına başlayır.

«Reuters» agentliyi xəbər verir ki, yeni planşetlərini qiyməti gözlənildiyindən xeyli baha – 329 dollar olacaq.

Agentlik bildirir ki, belə qiymət tələbatı azalda bilər.

«Apple» ümid edir ki, bu addımı ilə, necə deyərlər, öz halal bazarı hesab etdiyi istehlakçı elektron malları bazarına müdaxilələrin qabağını ala biləcək.

Halbuki, şirkətin daha böyük ölçülü planşetlərini ilə hətta çox qüdrətli «Samsung Electronics» də rəqabət apara bilmir.

«Apple» şirkətinin rəhbərləri bu həftə tam-ölçülü iPad-in əksər funksiyalarına malik, lakin ondan ölçücə kiçik olan yeni cihazın təqdimatını keçiriblər.

Bununla belə, ekspertlər xəbərdarlıq edirlər ki, «iPad mini» alıcını şirkətin əsas məhsulu olan 499 dollarlıq və 25, 4 santimetr ölçülü iPad-dən qaçıra bilər və üstəlik, yeni məhsul Amazon-un «Kindle» və Google-un «Nexus 7»si ilə rəqabətə tab gətirməyə bilər.

Maraqlıdır ki, «iPad mini»nin təqdimatında onu konkret rəqib məhsulla – Google-un populyar «Nexus 7» kitabçası ilə müqayisə ediblər. «Apple» adətən özünü heç bir şirkətlə müqayisə etmir.

Bundan əlavə, «Apple» şirkətinin tam ölçülü iPad-lərin 4-cü nəslinin istehsalına başlayacağı barədə xəbər də gözlənilməz olub.

Belə ki, üçüncü nəslə aid kitabçalar satışa cəmi altı ay bundan əvvəl buraxılmışdı.

«Reuters» agentliyi yazır ki, «Apple» iPad-i 2010-cu ildən dövriyyəyə buraxıb və o vaxtdan bəri mobil kompüterləşdirməni özünün «apps» əsaslı modeli ilə təkmilləşdirərək kompüter bazarının böyük bir hissəsini zəbt edib.

Amazon-un «Kindle» və Google-a məxsus «Nexus 7» planşetləri daha kiçik payla kifayətlənməli olublar.

İndi kiçik ölçülü iPad-in istehsalı ilə «Apple» o kiçik bazara da şərik çıxmaq niyyətindədir.
Amazon-un məhsulları təxminən 200 dollara olmaqla, xüsusən bayram hədiyyəsi kimi çox yaxşı satılır.

Amazon ötən dekabrın bir həftəsi ərzində milyon ədəd «Kindle» satıb.

Şirkət həmçinin özünün yeni, ikinci nəsil «Kindle Fire HD» planşetlərini satışa çıxaracağı barədə elan verib.

Beləliklə, «Apple», Amazon və Google xristian dünyasında ən hörmətli bayram olan Milad ərəfəsində Amerikanın və Avropanın mağazalarında əsl rəqabətə çıxacaqlar.

Bu mənada, «Apple» şirkətinin yeni, kiçik ölçülü, lakin bahalı məhsulu problemlər yaşaya bilər.

ABŞ-dakı istehlakçı qrupları bildiriblər ki, «iPad mini» üçün ən münasib qiymət 250 dollar olmalı idi.

Azadliq.org
# 1359 dəfə oxunub

Oxşar xəbərlər

Orxanın hekayəsini kim danışır? - Mətanət Vahid

Orxanın hekayəsini kim danışır? - Mətanət Vahid

14:38 5 avqust 2025
"Getdiyin yolun bitməyini istəyirsənsə..." - İnsan niyə Tanrıdan asılı deyil?

"Getdiyin yolun bitməyini istəyirsənsə..." - İnsan niyə Tanrıdan asılı deyil?

09:00 30 iyul 2025
Bəxtiyar Vahabzadənin o şeirindən sonra... - Vaqif Səmədoğlunun kitabı niyə qadağan olundu?

Bəxtiyar Vahabzadənin o şeirindən sonra... - Vaqif Səmədoğlunun kitabı niyə qadağan olundu?

09:00 29 iyul 2025
Sevgili cin - Kamal Abdullanın hekayəsi

Sevgili cin - Kamal Abdullanın hekayəsi

14:05 28 iyul 2025
Bir biləydim, məni kim unutdurur... - Xəyalə Sevilin şeirləri

Bir biləydim, məni kim unutdurur... - Xəyalə Sevilin şeirləri

17:00 27 iyul 2025
"ABŞ bu uşaqlardan can qurtarmaq üçün arxa qapı yaratmışdı..." - Valeria Luiselli

"ABŞ bu uşaqlardan can qurtarmaq üçün arxa qapı yaratmışdı..." - Valeria Luiselli

10:00 27 iyul 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər