Hüseyn Cavidin 130 illik yubileyi keçiriləcək

Hüseyn Cavidin 130 illik yubileyi keçiriləcək
23 oktyabr 2012
# 09:50
Azərbaycan ədəbiyyatında mənzum dram janrının banisi, böyük romantik şair və ictimai xadim Hüseyn Cavidin anadan olmasının 130 illiyinə həsr olunmuş təntənəli yubiley mərasimi keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, yubiley mərasimi oktyabrın 24-də Akademik Milli Dram Teatrında keçiriləcək.

Tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri, xalq yazıçısı Anar, filologiya elmləri doktoru Nizaməddin Şəmsizadə çıxış edəcəklər.

Yubileydə “İblis” faciəsindən Arifin monoloqu, Xalq çalğı alətləri Ansamblının çıxışı, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktyorlarının ifasında “Afət” pyesindən, “Şeyx Sənan” faciəsindən, Yusif Səmədoğlu “Qətl günü” romanından parçaların nümayişi nəzərdə tutulur. Həmin gün Fikrət Əmirovun “Şeyx Sənan” faciəsindən “Kor ərəbin mahnısı” xalq artisti Alim Qasımovun ifasında təqdim olunacaq.
# 2281 dəfə oxunub

Oxşar xəbərlər

Sədaqətsizlik, özünə aid otaq, doğumdan sonrakı zorakılıq...  - Feminizm mövzusunda 10 məşhur əsər

Sədaqətsizlik, özünə aid otaq, doğumdan sonrakı zorakılıq... - Feminizm mövzusunda 10 məşhur əsər

14:00 27 sentyabr 2026
Zərifliyin impressionist təsviri - Edqar Deqanın "Balet məşqi"

Zərifliyin impressionist təsviri - Edqar Deqanın "Balet məşqi"

13:30 27 sentyabr 2026
Kəndlərdən saraylara - Dünyanı özünə valeh edən rəqs hansıdır?

Kəndlərdən saraylara - Dünyanı özünə valeh edən rəqs hansıdır?

18:40 25 sentyabr 2026
Saxtalıqdan uzaq səmimi şənlik  -  "Yoxsulların toyu" tablosu

Saxtalıqdan uzaq səmimi şənlik - "Yoxsulların toyu" tablosu

16:00 23 sentyabr 2026
Vizual elementlərlə musiqi polifoniyası  – “Günəşin sonatası” tablosu

Vizual elementlərlə musiqi polifoniyası – “Günəşin sonatası” tablosu

16:00 22 sentyabr 2026
Naməhrəm  - Alpay Azərin yeni hekayəsi

Naməhrəm - Alpay Azərin yeni hekayəsi

12:00 22 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər