Quran oxumayan, işsiz, qızını rəqsə qoymayan dindar haqqında

Quran oxumayan, işsiz, qızını rəqsə qoymayan dindar haqqında
11 oktyabr 2012
# 11:46
1901-ci il...

Hacı Zeynalabdin Tağıyevin 1895-ci ildə Nikolayın tacqoyma mərasimində çarın xanımı Aleksandra Fyodorovnaya çox bahalı hədiyyə bağışlaması öz nəticəsini verib.

Bakıda Tağıyev adına Qızlar Məktəbi açılıb.

Az sonra Axund Abuturab ağa iki qızını bu məktəbə yazdırır və mollalar onu namaz üstə öldürür.

Tağıyev Axund Abuturabın yanında dəfn olunmağını vəsiyyət etmişdi.

2012-ci il...

Dindarlar qızlarının məktəbə getməsi üçün dəyənəklə aksiyaya gəlir, polisin qanını tökürlər.

Doğrudanmı dindarlar öz xələflərinin yolundan imtina ediblər?

Dünyagörüşlərində, baxışlarında bu qədər dəyişiklik baş verib?

İnanmaq çətindir.

Böyük həqiqətləri adi detallardan anlamaq mümkündür.

Sadə bir misalla başlayaq.

Dindar bir qonşumuz var.

Televizora baxmamağa çalışır. Əksər hallarda dini filmlərə baxır, dini musiqilər dinləyir.

Toya getmir. Belə hesab edir ki, əylənmək, qol qaldırıb oynamaq haramdır.

Evdəki bütün fotoları yığışdırıb. Deyir ki, foto da haramdır. Halbuki, evi dini xadimlərin fotoları bəzəyir.

Onun kiçik yaşlı qızı çox enerjili idi. Həkim məsləhət görmüşdü ki, enerjinin boş yerə sərf olunmamağı üçün uşağı rəqsə qoymaq məsləhətdir. Dindar təbii ki, icazə vermədi. Dedi ki, haramdır.

Həyat yoldaşının örtünməsini istəyir, daha doğrusu onu buna məcbur edirdi. Ancaq qadının ailəsi buna çox ciddi müqavimət göstərdi, hicab məsələsi qapandı.

Həyat yoldaşını yad gözlərdən xilas etmək istəyən dindar işləmirdi. Arvadı alver etməklə uşaqlarının ac qalmamağı üçün əlləşirdi. Və bəzən o qədər yorulur, təzyiqi o qədər düşürdü ki, bayılırdı. Səbəbini bununla izah edirdi ki, işlədiyi yerlərdə gündə bir neçə dəfə namaz qılmasına imkan vermirlər.

Ənənəvi bəhanənizi gətirsəniz, bir adamın timsalında hamını ittiham etmək olmaz desəniz, verəcəyim cavab hazırdır: bu dindar bir cameəni təmsil edir, onun din qardaşları da belə davranırlar.

Ən qəribəsi: məndən ondan Quranı oxuyub-oxumadığını soruşanda “yox” cavabı aldım. Amma çoxlu hədis bilir, ondan-bundan eşidib.

Ümumiyyətlə namaz qılan bir xeyli adamdan Quranı oxuyub-oxumadıqlarını xəbər almışam və həmişə də mənfi cavab almışam.

Bu misallar göstərir ki, ötən əsrin əvvəllərindən bu yana dindarların yanaşmasında, baxışında heç nə dəyişməyib.

Başqa bir misal. Azərbaycanın cənub zonasında dindarların sayı daha çoxdur. Burada qızların məktəbə getməməyi, erkən nikah problemi var. Rəsmilər, deputatlar bununla bağlı dəfələrlə açıqlama veriblər. Yəqin ki, eşitmisiniz. Bakı kəndlərində də vəziyyət fərqli deyil. Bu yerlərə İranın təsir imkanlarını da unutmamaq lazım.

Ötən əsrin əvvəlləri ilə müqayisədə nə dəyişib ki?

Onlar yenə də maarifçilərin qanını axıdar, uf deməzlər. Rafiq Tağı taleyi bizə az şey deyir?

Narahatıq... Buna görə müqavimət göstərir, yazırıq. Amma əminəm:

Bu xalq hər zaman Babəki sevəcək.

Mirzə Fətəlini sevəcək.

Şeyx Nəsrullaha nifrət edəcək.

“Din tüccarlarına” rəğbət göstərməyəcək.

Azadlıq mütləq, amma mütləq qalib gələcək!!!


Ağa CƏFƏRLİ
# 2553 dəfə oxunub

Oxşar xəbərlər

"Belə mətnləri yazmaq sənətkarlıq tələb edir" - Hekayə müzakirəsi

"Belə mətnləri yazmaq sənətkarlıq tələb edir" - Hekayə müzakirəsi

14:00 15 aprel 2025
Labroides - Nahid Hacıyevin yeni hekayəsi

Labroides - Nahid Hacıyevin yeni hekayəsi

09:00 15 aprel 2025
"Mən də elə bildim, bu yazını yaşlı, təcrübəli adam yazıb" - Sabir Rüstəmxanlı

"Mən də elə bildim, bu yazını yaşlı, təcrübəli adam yazıb" - Sabir Rüstəmxanlı

12:00 13 aprel 2025
"Kişisən, oxuyandan sonra bacardığın kimi söy" - Arif Acaloğlunun məktubu

"Kişisən, oxuyandan sonra bacardığın kimi söy" - Arif Acaloğlunun məktubu

17:00 10 aprel 2025
AzDrama niyə bu gündədir? - Firuz Mustafa

AzDrama niyə bu gündədir? - Firuz Mustafa

12:00 10 aprel 2025
"Məhbuslar dənizdə batırılırdı, o vaxt Bakıda balıq ətindən kütləvi zəhərlənmə olmuşdu" - Ruhulla Axundovu niyə öldürmək istəyirdilər?

"Məhbuslar dənizdə batırılırdı, o vaxt Bakıda balıq ətindən kütləvi zəhərlənmə olmuşdu" - Ruhulla Axundovu niyə öldürmək istəyirdilər?

09:00 10 aprel 2025
# # #