Paviçin “Xəzər sözlüyü” Azərbaycan dilində çıxdı

Paviçin “Xəzər sözlüyü” Azərbaycan dilində çıxdı
22 aprel 2011
# 16:52
Məşhur serb yazıçısı Milorad Paviçin “Xəzər sözlüyü” romanı Azərbaycan dilində çapdan çıxıb.
Bu barədə Kulis.az “Qanun” nəşriyyatına istinadən xəbər verir.
160 səhifəlik romanın qiyməti 5 manatdır.
Roman 500 tirajla çap edilib.
Nəşriyyat kitabı belə təqdim edir:

“Xəzər sözlüyü” Milorad Paviçə çox böyük uğur və dünya şöhrəti gətirmiş romandır. Bu kitabı Xəzər xaqanlığı ilə bağlı tarixi araşdırma kimi də qəbul etmək olar. Bu araşdırma biri-birilə tez-tez əvəz edilən roman-tik rəvayətlər və tarixi süjetlərlə ifadə olunub. Möhtəşəm dili Paviçin romanına epos bənzərliyi verir (elə əslində də bu bir eposdur).

Hadisələr yuxu ilə gerçəkliyin sərhədində dövr edir və bu da kitabın süjetinə, onun qəhrəmanlarına və onları əhatə eləyən dekorasiyalara müəyyən mənada sürreal məna verir. Bu kitab haqda əsrarəngiz süjetə malikdir demək də, ümumiyyətlə heç bir süjeti yoxdur, demək də olar.

Onu da demək yerinə düşər ki, kitabın iki – həm kişilər, həm də zərif cins üçün yazılmış versiyası var. Versiyalar arasında fərq nəzərə çarpmayacaq dərəcədədi.

“Sözlük” qırmızı, yaşıl, sarı olmaqla üç kitabdan ibarətdir. Hər kitab Xəzər xaqanlığı tarixinin müstəqil versiyasıdı. Kitabın süjetinin əsasında xəzərlərin dini mənsubiyyət məsələsi durur və oxucuya da bu məsləyə xristian, müsəlman və iudazim baxış acısından boylanmaq təklif edilir.

Bu cür fəndgir yanaşma heç də kitabın başlıca məziyyəti deyil. “Xəzər sözlüyü” müəllifin öz oxucuları ilə apardığı çox parlaq intellektual oyundur.

Bir sıra nəzəriyyəçilər bu kitabı postmodern qılafla örtülmüş anti-postmodern hesab eləyirlər”.


Günel Əsgərzadə
# 2495 dəfə oxunub

Oxşar xəbərlər

Rəng deyil mavi - Aytac Sahədin yeni hekayəsi

Rəng deyil mavi - Aytac Sahədin yeni hekayəsi

12:00 13 may 2026
Əriyən pendir, dünyəvi vəsvəsələr, arvadını sancan arı... - Salvador Dalinin ən məşhur əsərləri

Əriyən pendir, dünyəvi vəsvəsələr, arvadını sancan arı... - Salvador Dalinin ən məşhur əsərləri

15:00 11 may 2026
"Hələ siz sonra görəcəksiz analar necə oğullar doğub..." - "Kərgədan buynuzu" povestindən bir hissə

"Hələ siz sonra görəcəksiz analar necə oğullar doğub..." - "Kərgədan buynuzu" povestindən bir hissə

12:00 11 may 2026
"Qadın cinsi ilə rəftar eləməyi bacarmayan..." - Şillerin "Məkr və məhəbbət"indən bir hissə

"Qadın cinsi ilə rəftar eləməyi bacarmayan..." - Şillerin "Məkr və məhəbbət"indən bir hissə

10:00 9 may 2026
Moskvadan gələn tabut, hava limanındakı məmurlar və ağlayan "Nəsimi" – Rasim Balayevlə baş tutmayan görüşün pərdəarxası

Moskvadan gələn tabut, hava limanındakı məmurlar və ağlayan "Nəsimi" – Rasim Balayevlə baş tutmayan görüşün pərdəarxası

15:00 8 may 2026
"Qınadığım şeylərə qarşı məndə maraq oyatmağa haqqınız yoxdur..." - Floberin "Hisslərin tərbiyəsi" romanından sitatlar

"Qınadığım şeylərə qarşı məndə maraq oyatmağa haqqınız yoxdur..." - Floberin "Hisslərin tərbiyəsi" romanından sitatlar

10:00 8 may 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər