#

Niyə qadın dirijor yoxdur?

Niyə qadın dirijor yoxdur?
18 avqust 2012
# 06:00
Təkcə çinlilərin deyil, yaponların da, Orta və Cənubi Asiyada yaşayanların, hətta eskimosların da gözləri qıyıqdır. Əslində, “qıyıq gözlü” demək tamamilə səhvdir. Göz quruluşu bütün dünya əhalisində eynidir, fərq isə göz qapaqlarındadır.

Sadəcə, qıyıq gözlü dediyimiz insanların göz qapaqlarının quruluşu göz üstünə daha çox əyilib. O qədər enib ki, göz bu halda daha dar görünür. Bəs niyə belədir?

Nəzəriyyəyə görə, göz qapağının üzərində qatlaq duran ikinci təbəqə bu insanların gözlərini möhkəm qar təbəqəsinin gözqamaşdıran işığından qorumaq üçün bir növ qar eynəyi halını alıb.

Yuxarıda sadaladığımız ölkələr nə qədər qarsız, yağışsız olsalar da, sakinləri – yəni qıyıq gözlülərin atalarının son buz dövründə Sibirdə yaşadıqlarını, sonra Asiyanın mərkəzinə doğru köç etdikləri ehtimal olunur. Bu qədər soyuq iqlimdə yaşayanların bədənlərinin iqlimə uyğunlaşmaqdan başqa çarələri yox idi. Sadəcə, gözlər deyil, burun da dəyişib; burun dəlikləri də soyuq havanın ciyərə gedənə qədər isinməsi üçün balacalaşıb. Dəriləri də soyuğa görə yağlıdır. Göz qapaqları daha yağlı olduğundan daha sallaq olur və soyuq gözün iç qatlarını qara və buza qarşı qoruyur.

Yəni əslində onlar “qıyıq” deyil, “sallaq” gözlüdürlər.

Niyə tarixdə məşhur rəssam və ya bəstəkar qadın yoxdur?

Tarix boyu kişi işi deyəndə fiziki güc tələb edən peşələr ağla gələrdi. Ancaq rəsm, musiqi, elm, ədəbiyyat kimi hiss tələb edən sahələrdə də kişi hegemonluğu vardı. Yaxşı əsərlər yaradan qadınlar da olub yəqin, baxmayaraq ki, heç bir muzeydə onlara rast gəlmirik. Yaxşı, deyək ki, Rembrant, Rafael kimi rəssamların dövründə rəsm çəkən qadınlara pis baxırdılar. Bəs Dali və Pikassonun dövrü necə? O dövr xeyli sərbəst dövr idi axı. Demək, bunun başqa səbəbi var.

Yüzlərlə uğurlu qadın müğənni sadalaya biləcəyimiz bu dövrdə niyə hələ də qadın dirijora rast gəlinmir? Bəlkə orkestrin kişi musiqiçiləri qadın dirijora itaətsizlikmi edərlər?

Təkcə bu sahələrdə yox, mühəndis və memarlıqda da kişilər irəlidədirlər. Hətta qadınların əsas məşğuliyyəti hesab olunan mətbəxdə belə ən yaxşı aşpazlar kişilərdir. Niyə?

Bu mövzuda beyin tədqiqatçıları və psixoloqların fikri ortaqdır. Səbəb beynin sağ və sol yarımkürələridir. Hər iki yarımkürə müəyyən funksiyaları yerinə yetirir, cinsiyyətə görə kişilərdə sağ, qadınlarda sol yarımkürə daha işləkdir.

Əslində, yeni doğulmuş uşaqda hər iki yarımkürə “sağ” olur. İki yaşına yaxın bu yarımkürələrdən biri “sol” olur və danışıq mərkəzi yaranır. Oğlan uşaqlarında 6, qız uşaqlarında isə 13 yaşında bu asimetriya tamamlanır. İnsanlar qocaldıqca kürələr arasında yerinə yetirdikləri funksiya fərqi azalır.

Qadınların daha çox işlətdikləri sol yarımkürədə danışıq və rabitə mərkəzləri yerləşir. Ona görə də, hər yaş qrupu üzrə aparılan araşdırmalarda qızların oğlanlara nisbətən daha erkən yaşda danışdıqları, məktəbdə, bağçada, digər sosial yerlərdə daha ünsiyyətcil olduqları ortaya çıxıb.

Kişilərin istifadə etdikləri sağ yarımkürədə isə analiz, sintez və hadisələrə müxtəlif rakurslardan baxma funksiyaları var. Başqa sözlə, bir-birinə bənzəyən bu iki yarımkürənin “sol”unda hissiyyat, “sağ”ında isə analiz gücü hökmrandır. Sol beyin hadisələri deduksiya yolu – bütündən fərdə, sağ beyin isə induksiya yolu ilə – fərddən bütünə, qəbul edir.

Elə bu səbəbdəndir ki, sağ beyin funksiyalarının lazım olduğu işlərdə kişilər daha bacarıqlıdır. Amma şübhəsiz ki, bu ümumiləşdirilmiş məlumatlardır. Qadınların arasında da böyük şahmatçılar, elm adamları, musiqiçilər var. Ən yaxşı nümunələrdən biri də iki dəfə Nobel Mükafatını almış Mariya Küridir. Ancaq yenə də bütün sahələrdə kişi hegemonluğu danılmazdır.

Hazırladı: Rena Nevzat
# 2324 dəfə oxunub

Oxşar xəbərlər

Milli qəhrəman - Aslan Quliyevin hekayəsi

Milli qəhrəman - Aslan Quliyevin hekayəsi

17:00 26 sentyabr 2024
"İsa Məsihin qanından hazırlanan ecazkar tort" - Homoseksual rejissorun qadın sevgisi

"İsa Məsihin qanından hazırlanan ecazkar tort" - Homoseksual rejissorun qadın sevgisi

15:00 25 sentyabr 2024
"Bu hekayədə hər şey sünidir..." - Müzakirə

"Bu hekayədə hər şey sünidir..." - Müzakirə

09:00 25 sentyabr 2024
"Hər yerindən zərbə almış insan..." - Cavanşir Yusifli

"Hər yerindən zərbə almış insan..." - Cavanşir Yusifli

17:00 24 sentyabr 2024
Divan - Saday Budaqlının yeni hekayəsi

Divan - Saday Budaqlının yeni hekayəsi

09:00 24 sentyabr 2024
Hamı qol saatıynan aldadır yetim uşağı... - Ruzbeh Məmmədin yeni şeirləri

Hamı qol saatıynan aldadır yetim uşağı... - Ruzbeh Məmmədin yeni şeirləri

17:00 23 sentyabr 2024
# # #