“Valideynlərə çox baş qoşma”

“Valideynlərə çox baş qoşma”
17 avqust 2012
# 06:00
Kulis.az amerikan yazıçı F. Skott Fitsceraldın 1933-cü ildə 11 yaşlı qızı Skotiyə yazdığı məktublardan birini “Məşhurların məktubları” silsələsindən təqdim edir.

Qızına bolluca məsləhət verən yazıçının bu məktubu “F. Skott Fitzcerald: Məktublarla keçən ömür” adlı kitabından götürülüb.

“Sevimli qızım,


Mən çox ciddi nəzarət edəcəyəm ki, sən boynuna düşən vəzifələri yerinə yetirəsən. Xahiş edirəm, mənə fransızca nə oxuduğun barədə geniş məlumat verəsən. Sənin xoşbəxt olduğunu eşidəndə sevindim, amma bilirsən ki, mən xoşbəxtliyə o qədər də inanmıram. Elə bədbəxtliyə də. Hər ikisi ancaq tamaşalarda, kinolarda, kitablarda olur, həyatda isə bunlar heç vaxt başımıza gəlmir.

İnandığım bircə şey var; həyat ləyaqətə görə mükafatlardan, vəzifə və borclarını yerinə yetirməməyinə görə əvəzini ikiqat ödəyəcəyin cəzalardan ibarətdir. Düşərgədə kitabxana varsa, xanım Taysondan xahiş elə, sənə Şekspirin içində bu cümlə olan sonetini oxusun: “İrin qoxan zanbaqlardansa, alaq otları yaxşıdır”.

Oturub düşünməyə vaxtım olmayıb heç, səhərdən axşama qədər “Saturday Evening Post” üçün hekayə yazmaqla məşğulam. Tez-tez səni xatırlayıram və hər dəfə içimə sevinc dolur; amma sən bir də mənə “Pappy” desən, oyuncaqlar olan qutudan ağ pişiyini çıxarıb sənin hər pis sözünə görə ona 6 sillə vuracam. Yaxşı başa düşdünmü dediklərimi?

Düşərgənin xərcini hesablasınlar, ödəyəcəm.

Hə, qoy indi də axmaq atan sənə bir az məsləhət versin:

Həyatda daim qorumalısan:
Cəsarətini;
Dəqiqliyini;
Çalışqanlığını;
At sürmə bacarığını;

Bunlara aludə olma:
İnsanların nə düşündüyünə aludə olma;
Oyuncaq gəlinciklərə baş qoşma;
Keçmişə aludə olma;
Gələcək üçün narahat olma;
Böyüməyə aludə olma;
Kiminsə səni ötüb keçməyini vecinə alma;
Qalibiyyətə aludə olma;
Sənin səhvin ucbatından deyilsə, uğursuzluğu vecinə alma;
Milçəklərə fikir vermə;
Ağcaqanadlara da fikir vermə;
Ümumiyyətlə, həşəratlara fikir vermə;
Valideynlərə çox baş qoşma;
Kişiləri vecinə alma;
Həzzə aludə olma;
Razı qalmağa çalışma.

Bunları düşünməlisən:

Məqsədim nədir?
Yaşıdlarımla müqayisədə hansı sahələrdə daha yaxşıyam?
(a) Elm-mədəniyyət
(b) İnsanları başa düşüb, dil tapa bilirəmmi?
(c) Bədənimi idarə etməyi tam bacarırammı?

Səni sevirəm,
Atan.


P.S: Əgər mənə yenə “Pappy” desən, mən də sənə “Protoplazma” deyəcəm. Çünki sən həyatın ən primitiv mərhələsindəsən, əgər istəsəm, səni su vedrəsinə ata da bilərəm. Yox, ən yaxşısı hamıya deyərəm ki, sən Protoplazmasan. Xoşuna gələrmi Protoplazma Fitscerald, ya Plazma, Marazma, ya da ona oxşar bir şey? Bir dəfə də belə çağır məni, gör sənə nə edəcəm. Bütün qalan həyatında qoyduğum ləqəb səni izləyəcək. Necə bilirsən, bəlkə heç lazım deyil?
Yaxşı, nə olur-olsun, öpürəm səni!

İngiliscədən tərcümə etdi: G.Əsgərzadə
# 2455 dəfə oxunub

Oxşar xəbərlər

Fırıldaqçını inandırıb öz filminə çəkən iranlı rejissor - Abbas Kiyarostaminin filmlərinə niyə baxmalısınız?

Fırıldaqçını inandırıb öz filminə çəkən iranlı rejissor - Abbas Kiyarostaminin filmlərinə niyə baxmalısınız?

10:00 4 iyul 2026
"Biz düşünməyə yox, inanmağa məcbur edilmişdik..." - Amerikalı  feminist yazıçıdan sitatlar

"Biz düşünməyə yox, inanmağa məcbur edilmişdik..." - Amerikalı feminist yazıçıdan sitatlar

15:00 3 iyul 2026
"Bizim yadlaşmağımızda sənin zərrə qədər də günahın yoxdur..." - Kafkanın "Atama məktub" əsərindən bir hissə

"Bizim yadlaşmağımızda sənin zərrə qədər də günahın yoxdur..." - Kafkanın "Atama məktub" əsərindən bir hissə

10:00 3 iyul 2026
Rüstəm Kamalın ədəbiyyat dili - Elnarə Akimova

Rüstəm Kamalın ədəbiyyat dili - Elnarə Akimova

17:50 2 iyul 2026
5 övladını yetimxanaya verdi,  nifrət etdiyi Volterin yanında dəfn olundu... - Jan-Jak Russo haqqında maraqlı faktlar

5 övladını yetimxanaya verdi, nifrət etdiyi Volterin yanında dəfn olundu... - Jan-Jak Russo haqqında maraqlı faktlar

15:00 2 iyul 2026
Musiqili Teatrda böyük iddia, cavabsız suallar... - Elvis Presli haqqında tamaşada nə çatışmırdı?

Musiqili Teatrda böyük iddia, cavabsız suallar... - Elvis Presli haqqında tamaşada nə çatışmırdı?

12:00 2 iyul 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər