Türklərin maaşı amerikanların “semiçka” puludursa...

Türklərin maaşı amerikanların “semiçka” puludursa...
31 iyul 2012
# 05:00
Türkiyənin “Hürriyet” qəzetində məşhur teleseriallarda oynayan türk aktyorların və aktrisaların qazancı ilə bağlı maraqlı bir yazı işıq üzü görüb. Onların gəlirlərini xarici həmkarlarının gəlirləri ilə müqayisə edən müəllif bu qənaətə gəlir ki, türk akyorların və aktrisaların aldığı məbləğ əcnəbi həmkarlarının “semiçka pulu”dur.

Kulis.az həmin materialı dilimizə uyğunlaşdıraraq təqdim edir.

Türkiyədə ən çox qazanan aktyorlardan biri Kıvanç Tatlıtuğdur. Tatlıtuğ “Aşk-ı Memnu” teleserialının hər seriyasına görə 16 min dollar alırmış.
O, baş rolda oynadığı “Kuzey Güney” teleserialının hər seriyasından 24 min manat qazanır.

Tatlıtuğ ABŞ-da yaşasaydı bir serialın hər seriyasına görə 27 min dollar alacaqdı.

ABŞ-da tanınmış aktyorların qazandığı məbləğ baxanda adamın dodaqları uçuqlayır. Əlbəttə şətlər və bazar tam fərqlidir amma yenə də aradakı fərqi göz ardı etmək olmaz.

Çarli Şin ABŞ-ın serial bazarında ən çox qazanan aktyorlarından biridir.

Baş rollardan birini oynadığı “Two And A Half Men” serialından qovulana qədər hər seriyaya görə 1,2 milyon dollar alırdı.

Amma işindən ayırılandan sonra qazancı daha çox oldu.

Filmi ərsəyə gətirənlərə qarşı 125 milyon dollarlıq iddia qaldırdı. Sonda 25 milyon dollar alıb sakitləşdi.

O, köhnə seriyaların yayımlanacağı halda da müəllif haqqı alacaq.

“Two And A Half Men” serialında daha bir rekord var. Bu rekord serialda Con Krayer və Çarli Şinlə birlikdə rol alan Anqus Conesə məxsusdur.

Gənc aktyor iki il öncə prodüserlərlə dodaq uçuqladan bir müqavilə imzaladı. O, hər seriyaya görə 300 min dollar alacaqdı. Üstəlik müqavilə imzalanarkən 500 min dolları kassasına qoydu.

Çarli Şinin ayrılmasından sonra seriala gələn Eşton Kutçer də hər seriyaya görə fantastik məbləğ alır.

Kutçerin serialdan aldığı məbləğ 700 min dollardır.

Aktrisalara gəlincə… Beren Saat Türkiyənin ən çox gəlir əldə edən ulduzlarından biridir.

Saat “Aşk-ı memnu” serialında hər seriyaya görə 14 min 400 dollar alırdı.

“Fatmagülün suçu ne” serialında bu məbləğ 25 min dollara çatdı. Yəni o da ABŞ-da olsaydı, bir seriyaya görə 27.470 dollar qazanacaqdı.

Bu, ABŞ-ın serial bazarında baş rol oynayan aktrisa üçün gülünc məbləğdir.

Baxaq görək, ABŞ-ın bu il ən çox qazanan serial ulduzu kimdir və Saatdan nə qədər çox qazanır.

“Forbes” jurnalı ötən həftə ABŞ-ın ən çox qazanan ulduzlarının adını açıqlayıb. İlk yerdə “Modern family” serialı ilə zirvəyə yüksələn Sofiya Verqara vardı. Verqara oynadığı serialdan hər seriyaya görə 65 min dollar qazanır. Beren Saatın bir seriyadan aldığı pulun iki qatından daha çox. Verqara keçən il serial, reklam və müxtəlif kampaniyalardan 19 milyon dollar əldə etdi.

Başqa müqayisələr də edək, nəticəni isə özünüz çıxarın.

“Öyle Bir Geçer Zaman ki” serialının “Ali kaptan”ı kimi tanınan Erkan Petekkaya yeni mövsümdə “Dila hanım” serialında oynayacaq. Bu serialdan hər hissəyə görə 30 min dollar alacaq.

“Muhteşem yüzyıl”in “Qanuni”si Halit Ergənç hər seriyaya görə 23 min dollar alırdı. Amma maaşının 5 min dollar artmasına nail oldu.

Necat İşlər də televiziya bazarında yaxşı işləyənlərdəndir.
“Keşanlı Ali Destanı”ndan hər həftə 20 min dollar alır.

Məşhur aktrisalardan biri Hazal Kaya “Aşk-ı memnu” serialında hər hissəyə görə 9 min dollar qazanırdı. “Adını Feriha koydum” serialında isə bu məbləğ 15 min dollara qalxmışdı.

Serenay Sarıkaya “Lale devri” serialının ilk seriyalarında 8700 dollar alırdı. Sonra bu məbləğ 12 min dollara qədər qalxdı.

“Muhteşem yüzyıl”da parqalı İbrahim paşanı canlandıran Okan Yalabık 4100 dollar qazanırdı. Serialdan ayrılacağını söylədi və serial rəhbərliyi onun həftəlik gəlirini 7 min 600 dollara qaldırdı.

ABŞ-ın “Ümidsiz ev qadınları” serialı ilə parlayan Eva Lonqoriya da yaxşı qazanan ulduzlardandır. Lonqoriya artıq uzaqlaşdığı serialdan hər hissəyə görə 375 min dollar alırdı.

Tina Fey “30 Rock” serialının ulduzlarındandır.
Hər seriyaya görə 300 min dollar alır.

Aktrisa Marişka Xartiqey isə ildə 10 milyon dollar qazanır.
Xartiqey rol aldığı serialda hər hissəyə görə 500 min dollar alır.

ABŞ-ın “Ümidsiz ev qadınları”nın varlandırdığı məşhurlardan biri də Felisiti Xaffmandır.Xaffman serialdan bir seriyaya görə 144 min manat qazanırdı.

Aktrisa Ellen Pompeonun aldığı zəhmət haqqı da fantastik sayıla bilər.

Bir hissəyə görə 110 manat qazanıb.

Kate Valş da az qazanmır. Oynadığı “Private practice” 110 min manat əldə edir.

ABŞ-ın “Ümidsiz ev qadınları” aktoyr Teri Xetçer həyatının dönüş nöqtəsi oldu. Xetçer hər seriyaya görə 375 min dollar qazanırdı.

“Cougar Town” serialında baş rollardan birini oynayan Kortini Koks isə bir seriyaya görə 175 min dollar alır.

Uzun zamandır “Hollivud”un ən çox gəlir əldə edən ulduzlarından biridir.

Kulis.az seriallarda oynayan Azərbaycan aktyor və aktrisalarının nə qədər qazandığını da dəqiqləşdirməyə çalışıb. Doğrudur bu barədə heç kim açıq danışmaq istəmir, ancaq dəqiqləşdirə bildik ki, yerli seriallarda oynayan aktyor və aktrisaların aylıq gəliri 600-1000 manat arasınadır. Yəni türk aktyor və aktrisaların “semiçka pulu”ndan çox-çox az...

Rəşad
# 1683 dəfə oxunub

Oxşar xəbərlər

"Qarabağ haqqında son illərin ən yaxşı hekayəsidir..." - Hekayə müzakirəsi

"Qarabağ haqqında son illərin ən yaxşı hekayəsidir..." - Hekayə müzakirəsi

12:00 18 sentyabr 2024
Hekayələrini yaşayan adamla müsahibə - "Mən balaca bir hekayəçiyəm..."

Hekayələrini yaşayan adamla müsahibə - "Mən balaca bir hekayəçiyəm..."

15:37 17 sentyabr 2024
Taxma kirpiklər - Alpay Azərin hekayəsi

Taxma kirpiklər - Alpay Azərin hekayəsi

13:00 17 sentyabr 2024
Bir-birinə dırmaşa-dırmaşa qabağa gedənlər - Rahid Ulusel

Bir-birinə dırmaşa-dırmaşa qabağa gedənlər - Rahid Ulusel

11:00 17 sentyabr 2024
“Əlini tutsa sevgidir... buraxmasa taleyin” - Aqşin Evrənin yeni şeirləri

“Əlini tutsa sevgidir... buraxmasa taleyin” - Aqşin Evrənin yeni şeirləri

17:00 16 sentyabr 2024
Laçına hamıdan qabaq kim getmişdi? - Əsgər forması geyinən səslər

Laçına hamıdan qabaq kim getmişdi? - Əsgər forması geyinən səslər

12:00 16 sentyabr 2024
# # #