“Əla qonaqlıq əla qonaq siyahısından başlayır”

“Əla qonaqlıq əla qonaq siyahısından başlayır”
14 iyul 2012
# 04:00
Kulis.az məşhur amerikan aktrisası Paris Hiltonun həyat qaydalarını təqdim edir:



Babamın ilk nəvəsi idim. Mən doğulanda hamı valeh olmuşdu, hamı şəklimi çəkirdi və “Qreys Kelli” adlandırırdılar. Uşaqlıqdan sarışın ikon olmaq istəyirdim.

Bilmirəm, niyə hamı məşhur olmaq istəyir. Yəqin düşünürlər ki, asan işdir məşhurluq.

Paltarı bircə dəfə geyinirəm. Sonra onları yığıb xeyriyyə auksionlarına verirəm. Mənim üçün çox dəyərli paltarları övladlarıma saxlayıram. Ümid edirəm, qızlarımın xoşuna gələcək.

Əgər paparazzi gələcəkdə uşaqlarımı bezdirsə, məsləhət görəcəm ki, onlara çox fikir verməsinlər və hərəkətlərində diqqətli olsunlar. Məsələn, paparazziyə orta barmaqlarını göstərsələr, çox pis görünəcəklər, fotoqraflar isə daha çox qazanacaqlar.

Paxıllıq etmirəm, edən insanları da anlamıram. İnsanlara yaxşılıq arzu etsən, karman daha yaxşı olar.

Çox istərdim Merlin Monro ilə görüşüm. Evdə hər yerə onun şəkillərini vurmuşam. Mənim həmişə danışdığım və danışacağım insanlardan biridir Monro.

İnanmıram 75 yaşım olanda kiməsə maraqlı olacam.

Həbsxanadakı qonşularım məni çox dəstəkləyirdilər. Biz kiçik pəncərədən söhbətləşə bilirdik.

Azadlıqda edə bildiyin ən yaxşı şey – ananı qucaqlamaqdır. Türmədə qucaqlanası heç kim yoxdur.

Evdə “gecə klubu” çox rahatdır. Heç yerə getmədən əylənirsən.

Əla qonaqlıq əla qonaq siyahısından başlayır.

Mən brendəm. Mənim işim kapitalın yüksəlməsi və bredimin daha çox tanınmasıdır.

Böhran mənim vecimə deyil. Əmanətlərim təhlükəsiz yerdədir.

Qəzet oxumuram, ancaq şəkillərinə baxıram. Keçən həftə nə geyindiyimi və necə göründüyümə hardansa baxmalıyam, ya yox?!

Kimsə mənə demişdi ki, seks adamın 30 yaşlarından sonra xoşuna gəlməyə başlayır. Yaşayarıq, görərik.

Ən dəhşətli günah – darıxdırıcı olmaqdır. Bir də başqalarının sənə nə etməyini diktə etməsi.

Hər gününü ad günün kimi keçirməlisən.

Uşaqlıqda veterinar olmaq istəyirdim. Sonra başa düşdüm ki, veterinar bəzən heyvanları öldürməyə də məcbur olur. Fikirləşdim, ən yaxşısı elə bütün heyvanları alıb evimdə saxlayım.

Mən də Cesika Simpson kimi özümü axmaq kimi göstərirəm. Amma biz ikimiz də nə etdiyimizi yaxşı bilirik. Ağıllı sarışınlarıq biz.

Mən kimə səs verdiyimi demək istəmirəm. Yeganə verəcəyim ipucu budur: o afroamerikandır.

Mənə plastik əməliyyat lazım deyil, heç vaxt da müraciət etmərəm. Çünki gözə çox dəyir. Əslində, çox iti burnum olsaydı, bilmirəm nə edərdim. Böyük burun adamın bütün həyatını məhv edə bilər. Əgər qadın burnundan razı deyilsə, etdirsələr yaxşı olar. Düşünürəm, mənə lazım deyil.

Axirətdə də mənim 25 yaşım olacaq və istədiyim kimi əylənəcəm. Ən azı buna ümid edirəm. Nəyə inanırsansa, o mütləq yerinə yetir.
# 1449 dəfə oxunub

Oxşar xəbərlər

Etoliyalı - Eyvind Yonsonun hekayəsi

Etoliyalı - Eyvind Yonsonun hekayəsi

15:00 24 noyabr 2024
Evində timsah saxlayan şair - O niyə milçəyinin dəfninə milyon dollar xərcləmişdi?

Evində timsah saxlayan şair - O niyə milçəyinin dəfninə milyon dollar xərcləmişdi?

17:00 23 noyabr 2024
Gertruda Komorovskaya - Həmid Piriyevin yeni hekayəsi

Gertruda Komorovskaya - Həmid Piriyevin yeni hekayəsi

15:00 22 noyabr 2024
"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

12:26 22 noyabr 2024
Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

17:00 19 noyabr 2024
"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

15:00 19 noyabr 2024
# # #