Şarl de Qoll pis adam idi

Şarl de Qoll pis adam idi
15 sentyabr 2011
# 14:54
ABŞ-ın keçmiş prezidenti Con Kennedinin arvadı Jaklin Kennedinin Ağ Evin sözçülərindən olan tarixçi Artur Şlezinger ilə müsahibəsinin səsyazması ABŞ və Fransada yayımlanıb.

Jaklin Kennedi müsahibəsində: “Con ilə evlənəndə qəhrəmanım Şarl de Qoll idi. Ancaq 1961-ci ildə getdiyimiz Fransa səfərindən sonra de Qollun əslində çox pis adam olduğunu anladım”, - bildirib.

20 yaşında Sarbon Universitetində bir il oxuyan və fransızca əla bilən Jaklin Kennedi müsahibədə fransızlara nifrət etdiyini, kübar olmadıqlarını və ancaq özlərini düşündüklərini deyib.

Hindistana səfərindən sonra isə İndira Qandi haqqında: “Tərs, qorxunc və xasiyyətcə çox pis qadın idi”, - deyə şikayətlənib.

Hüquq müdafiəçisi Martin Lüter King haqqında “bidon” deyən xanım Kennedi ondan həmişə şübhə etdiyini vurğulayıb.

Müsahibədə maraqlı məqamlardan biri də prezident Kennedinin suiqəsdi hiss etməsi ilə bağlı məqamlar olub. Kennedi 1962-ci ildə Kubadakı raket böhranı ilə əlaqəli müqavilədən sonra: “Əgər birinin mənə suiqəsd etmək fikri varsa, əsl vaxtdır”,- deyə zarafat edibmiş.

65 yaşında vəfat edən Jaklin Kennedi ərinə qarşı suiqəsddən dörd ay sonra 1964-cü ildə tarixçi Şlezingerə səkkiz saatlıq müsahibə verib.

Günel ƏSGƏRZADƏ
# 2793 dəfə oxunub

Oxşar xəbərlər

"Arxada qalan onilliklər artıq sənin deyil..." - Məşhur "Time" necə yarandı?

"Arxada qalan onilliklər artıq sənin deyil..." - Məşhur "Time" necə yarandı?

13:00 1 noyabr 2026
Darıxdırıcı axşamlarda purosunu tüstülədən taxta adamlar -  Tadeuş Makovskiyin məşhur əsəri

Darıxdırıcı axşamlarda purosunu tüstülədən taxta adamlar - Tadeuş Makovskiyin məşhur əsəri

12:00 1 noyabr 2026
Meşə adamı - Herman Hessenin hekayəsi

Meşə adamı - Herman Hessenin hekayəsi

14:00 31 oktyabr 2026
İnsanları döyüş maşınına çevirən sistem - Bir uşağı necə qatilə çevirmək olar?

İnsanları döyüş maşınına çevirən sistem - Bir uşağı necə qatilə çevirmək olar?

16:00 30 oktyabr 2026
"Kirpi" jurnalının hədəfi oldu, Ələkbər Tağıyev ona qadağa qoydu - Məmmədbağır Bağırzadə niyə həbs olunmuşdu?

"Kirpi" jurnalının hədəfi oldu, Ələkbər Tağıyev ona qadağa qoydu - Məmmədbağır Bağırzadə niyə həbs olunmuşdu?

13:00 30 oktyabr 2026
Kanoe - Vüsal Bağırlının essesi

Kanoe - Vüsal Bağırlının essesi

10:00 30 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər