Adamyeyən ağac – İNANILMAZ HƏQİQƏTLƏR
12 sentyabr 2011
07:00
1880-ci ildə Amerika mətbuatı bir qeyri-adi ağac haqqında yazılar dərc edirdi. Bu ağac adam yeyirdi!!!
Amerika mediası ağacı belə təsvir edirdi: “Onun başında altı qamçısı, səkkiz iri yarpağı var. Canlı adamla yanaşı, fil də daxil olmaqla digər canlıları da uda bilir”.
Təbiətin ekozit bitkiləri arasında “adamyeyən ağac”ın olub-olmaması barədə müxtəlif fikirlər səslənməsi ilə yanaşı, bunun illüziya, uydurma, xalq əfsanəsi olduğunu qeyd edənlər də var.
Amma “adamyeyən” olmasa da, digər canlılarla qidalanan ağacların olduğunu artıq elm sübut edib.
Həşərat yeyən bitkilər
Alimlərin araşdırması nəticəsində bəlli olub ki, bəzi bitkilər həşəratlarla qidalanırlar. Bu bitkilərin 500-ə qədər növu var. Bu bitkilər şikarını cəlbedici parlaq rəngi, gözəl ətri və dadlı nektarı ilə “özünə çəkir”.
Canlılarla qidalanan bitkilərin məskəni əsasən qida çatışmayan, minerallarla bol olmayan torpaqlardır. Yaxınlığından uçusan həşəratı gövdəsi və yarpağı ilə “özünə çəkən” bitki üçün həşəratın tərkibindəki hazır üzvi maddə hazır qida mənbəyidir.
Belə bitkilər təkcə quruda deyil, həm də suda olur. Məsələn, su altında bitən qovuqca yarpağını su üstünə çıxarmaqla ona “tuş gələn” kiçik balııqları və digər suda yaşayan canlıları qovuqları ilə “tora” salır və udur.
Aldadan gül
Asiyanın tropik meşələrində yetişən Asiya gülünün qida mənbəyi isə milçəklərdir. Milçəkləri xoş ətri ilə “aldadan” gülün nektarına çatmaq istəyən milçək küpənin divarı ilə aşağı düşür. Elə bu vaxt küpənin qapağı bağlanır, həşərat içəridə qalır. Nəfəs yolları çiçəyin şirəsi ilə dolan milçək ölur. Onun daxili orqanları ilə qidalanan bitki artığını külək vasitəsilə özündən xaric edir.
Tükü tükdən seçən çiçək
İynəyarpaqlı meşələrin rütubətli yerlərində “məskən salan” şehçiçəyi bitkisi də canlılarla qidalanır. Şehçiçəyinin iynəciklərinin üstündəki şirə həşəratı cəlb edir. Yarpaqları şirəli olan şehçiçəyi həm də çox həssasdır. Yarpaqdakı iynəciklər o qədər həssasdır ki, hətta uzunluğu 0,2 mm, çəkisi 0,000822 mq olan tük də bu bitkiyə toxunanda hiss edə bilir.
Pendirdən meymuna qədər hər şey
Yırtıcı bitkilər ət, pendir, metal, sümük kimi maddələri də asanlıqla həzm edə bilir. Əsasən Asiyanın tropik meşələrində yaşayan bu qeyri-adi canlılar parazit həyat tərzi keçirir. Təbiətin nadir bitkiləri o qədər də hundur boylu olmurlar. Boyları təqribən 30-35 sm-i keçmir.
Fransız alimi Bayron isə Cənubi Meksikada quşları və digər heyvanları yeyən “vampir ağacı” öz gözləri ilə gördüyünü yazıb. O, buna sübut kimi sevimli itini ağacın udduğunu qeyd edir.
Elmi ədəbiyyatda 1970-ci ildə isə Mariano–de Silvada meymunları yeyən ağaca rast gəlindiyi yazılıb. Ağac özündən xüsusi iy buraxmaqla özünə cəlb etdiyi şikarını udur.
2007-ci ildə isə alman və ingilis alimləri Filippində yırtıcı bitki aşkarlayıblar. Su bardağına oxşayan bu bitki quşlar və siçanlarla qidalanır. Viktoriya dağının 1600 metr hündürlüyündə yaşayan bitkiyə başqa yerdə rast olunmur.
Avstraliyanın sıx meşəliklərində də siçanlarla qidalanan yırtıcı bitki var.
“Adamyeyəın ağac əfsanəsi”
Bu qeyri-adilikləri oxuyandan sonra adam bitkinin “adam yeməsinə” də inanmasın, neyləsin?
Alman alimi Karl Lik Madaqaskar adasına səyahəti zaman aborigenlərin ”adamyeyən ağac” haqqında dedikləri barədə məktublarında yazıb. Yerli əhalinin təsvirlərinə görə, həmin ağac 2,5 m hündürlüyündə olub. Ağacın yuxarısında 4-5 m uzunluqda yarpaqlar varmış. Yarpaqların ortasında kənarı bıçaq kimi iti iynəli kasaşəkilli iri ”qab” olub. Naturalistlərin dediyinə görə, aborigenlər qurbanvermə mərasimində əvvəlcə dualar oxuyur, sonra gənc qızları döyə-döyə ağacın yanına gətirirlər. Qadın Madaqaskar palmasına oxşayan bu ağacın budağına qalxıb şirəsindən içirmiş. Şirəni içən qadın huşunu itirirmiş.
Ağac iynəşəkilli tikanlarını qadına batır, qadın 3-4 dəqiqədən sonra ölürmüş. Yavaş-yavaş qan içində olan qadının bədəni ağacın kasaşəkilli hissəsində yox olurmuş. On gün sonra isə ağacın dibindən “həzm edə bilmədiyi” sümüklər tapılırmış.
Uzun əsrlər adanın sakinləri bu ağacı “adamyeyən ağac” adlandırıblar. Bu müəmmalı bitki alimləri çox maraqlandırıb. Alimlər 19-cu əsrdə bu ağaca rast gəlindiyini iddia ediblər, 20-ci yüzillikdə isə ağacı görən olmayıb.
Alimlərin fikrincə, cəngəlliklərin sürətlə insanlar tərəfindən məhv edilməsi bu ağacların kökünü kəsib. Digər fərziyyələrə görə, indi də keçilməz cəngəlliklədə itən insanları ”adamyeyən ağaclar” udur...

3482 dəfə oxunub
Oxşar xəbərlər
Etoliyalı - Eyvind Yonsonun hekayəsi
15:00
24 noyabr 2024
Evində timsah saxlayan şair - O niyə milçəyinin dəfninə milyon dollar xərcləmişdi?
17:00
23 noyabr 2024
Mirzə Cəlil Sabirin heykəlinin açılışını niyə tənqid etmişdi? - TARİX
11:51
21 noyabr 2024
Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın
17:00
19 noyabr 2024
"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi
15:00
19 noyabr 2024
"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?
10:10
18 noyabr 2024