27 yaşın sirri nədir?

27 yaşın sirri nədir?
24 iyul 2011
# 02:19
Qabarıq qara saçları, qaradərili cazmenləri xatırladan səsi, sensasional həyatı, narkotik və alkoqolizmə qurşanması ilə gündəmdən düşməyən ingilis müğənni Amy Winehouse vəfat edib.

Amy Winehouseun musiqi şirkəti “Universal” belə açıqlama verib: “Bu qədər istedadlı bir musiqiçi və sənətçininin vəfatından dolayı çox kədərliyik. Onun ailəsinə, dostlarına və fanatlarına başsağlığı veririk”.

Amy Winehouse ötən gün evində ölü tapılıb. Onun cəmi 27 yaşı var idi. Ölümünün səbəbi isə hələ açıqlanmır. Ölüm xəbəri yayılan kimi heyranları Londondakı evinin qabağında yığılıb.

Amy Winehouse ilk albomu “Frank”ı 2003-cü ildə çıxarıb. 2006-cı ildə “Back to Black” albomu ilə bütün dünyada məşhurlaşan Amy Winehouse bu albomuna görə 5 Grammy mükafatı qazanmışdı. Muqiçinin bu albomu 10 milyondan çox satılıb. Amy Winehouse Grammy ilə yanaşı Brit, MTV kimi nüfuzlu musiqi mükafatlarına da layiq görülmüşdü.

İngiltərə mətbuatı tərəfindən “nəslinin ən istedadlı müğənnisi və bəstəkarı” olaraq xarakterizə edilən Winehouseun, içki və narkotika asılılığı, köhnə əri Blake Fielder-Civil ilə münasibəti və sensional həyatı ilə 2007-ci ildən bəri tez-tez dünya mətbuatında və gündəmində adı çəkilirdi.

Amy Winehouse 1983-cü il 14 sentyabrda Londonda anadan olub. Atası taksi şoferi anası isə əczaçı olub.

Bu yaxınlarda narkotik və alkoqol asılılığına görə Avropa turunu yarıda kəsmək məcburiyyətində qalmışdı. Ötən ayın 20-də İstanbulda verməyə hazırlaşdığı konsert də ləğv edilmişdi.

Bütün bunlara görə onun ölümü çox da təəccüblə qarşılanmayıb.
Onun ən məşhur mahnıları: “Rehab”, “You Know I'm No Good”, “Valerie”, “Back to Black”, “Love is a Loosing Game”.

Maraqlı bir fakt da odur ki, dünyada 27 yaşında vəfat edən 39 məşhur musiqiçi var. Onlardan bəzilərini təqdim edirik:

Brian Jones – “Rolling Stones” qrupunun üzvü olub. Qrupdan ayrıldıqdan 1 ay sonra hovuzunda ölü vəziyyətdə tapılıb. Ölümünün səbəbləri hələ də bəlli deyil.

Jimi Hendrix- Rok tarixinin idollarından biri. 2003-cü ildə “Rolling Stones” jurnalı tərəfindən bütün dövrlərin ən yaxşı gitaristi seçilib.

Janis Joplin – 1970-ci illərin ən yaxşı bluz ifaçılarından biri. İçki və narkotik qurbanı olub. Los- Ancelesdəki otellərdən birində eroyinin dozasının artıqlığından vəfat edib.

Jim Morrison- The Doors qrupunun yaradıcılarından biri olan məşhur roker...

Kurt Cobain- məşhur Nirvana qrupunun vokalisti. O, da 27 yaşında intihar edib. Amma ölümünün əsl səbəbənin başqa olması da deyilir. O da, narkotik asılılığından əzab çəkirdi.

Hazırladı: Elmin HƏSƏNLİ


# 1562 dəfə oxunub

Oxşar xəbərlər

İntellektual cəsarətin və mədəni polemikanın siması - Sontaqı niyə mübahisəli fiqur hesab edirdilər?

İntellektual cəsarətin və mədəni polemikanın siması - Sontaqı niyə mübahisəli fiqur hesab edirdilər?

17:00 16 yanvar 2026
Artıq olmayan şahzadəyə - Haruki Murakaminin hekayəsi

Artıq olmayan şahzadəyə - Haruki Murakaminin hekayəsi

16:00 12 yanvar 2026
Səbrin atası - Cavid Zeynallının hekayəsi

Səbrin atası - Cavid Zeynallının hekayəsi

12:00 12 yanvar 2026
Holokost, köləlik travması, şəhvət... - Ədəbiyyat üzrə Nobel mükafatı alan qadın laureatlar kimlərdir?

Holokost, köləlik travması, şəhvət... - Ədəbiyyat üzrə Nobel mükafatı alan qadın laureatlar kimlərdir?

15:00 11 yanvar 2026
Nə yaxşı ki, bütün qan qrupları torpağa düşür... - İntiqam Yaşarın yeni şeirləri

Nə yaxşı ki, bütün qan qrupları torpağa düşür... - İntiqam Yaşarın yeni şeirləri

12:00 11 yanvar 2026
Arxivdə tozlanan opera və yarımçıq qalmış ömür - Elza İbrahimovaya kimlər mane olurdu?

Arxivdə tozlanan opera və yarımçıq qalmış ömür - Elza İbrahimovaya kimlər mane olurdu?

12:00 10 yanvar 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər