Azad fotoqraflar narahatdır

Azad fotoqraflar narahatdır
1 iyul 2011
# 14:47
Azad Fotoreportyorlar Birliyi bəyanat yayıb. Kulis.az saytının məlumatına görə, bəyanatda deyilir: “Azərbaycanda qəzetlər, internet saytları yerli və xarici fotojurnalistlərin çəkdiyi fotoları istinadsız çap edir. Bir neçə müstəqil fotoqraf və fotoreportyorun cəmləşdiyi Azad Fotoreportyorlar Birliyi olaraq fotoların istinadsız çapını yolverilməz sayırıq.

Biz Azərbaycan mətbuatının necə çətin vəziyyətdə olduğunu və hansı problemləri geridə qoyduğunu nəzərə alırıq. Hər zaman təqib və təzyiqlə üz-üzə qalan jurnalist, reportyor həmkarlarımızın yanında olduğumuzu, baş verən hadisələri yerli və xarici mətbuatlarda öz fotolarımızla mütəmadi işıqlandırdığımızı xatırladaraq Qərb dəyərlərinə söykənən azad media normalarına əməl etməyi tələb edirik.

Dəfələrlə jurnalistlərdən, redaktorlardan istifadə etdikləri foto məhsullarını istinadla çap etməyi xahiş etmişik. Amma bu xahişlər heç bir nəticə vermir. İstinadsız çap edilən foto məhkəmə predmeti ola bilər.

Jurnalist və reportyor həmkarlarımızı fotoların istinad məsələsində bir daha diqqətli olmağa çağırırıq. Düşünürük ki, özlərini peşəkar kimi hiss edən media funksionerləri müasir media qaydalarına riayət edəcək və hər bir fotonu öz müəllifinə istinad və onun icazəsi ilə çap edəcəklər”.

Azad Fotoreportyorlar Birliyi 2011-ci ilin fevralında yaradılıb.


Günel ƏSGƏRZADƏ
# 2015 dəfə oxunub

Oxşar xəbərlər

Sındırılmış qəlblərin himni - "Hallelujah" mahnısının unudulmaz tarixi

Sındırılmış qəlblərin himni - "Hallelujah" mahnısının unudulmaz tarixi

15:30 14 iyul 2026
Fransada doğulan görkəmli Azərbaycan rəssamı - Onu başqalarından nə fərqləndirirdi?

Fransada doğulan görkəmli Azərbaycan rəssamı - Onu başqalarından nə fərqləndirirdi?

12:00 13 iyul 2026
Anasının portreti ilə dünyanı fəth edən dahi - Ceyms Vistler kimdir?

Anasının portreti ilə dünyanı fəth edən dahi - Ceyms Vistler kimdir?

13:20 11 iyul 2026
Pelenin göz yaşları və xuliqanların qaranlıq dünyası - Ən yaxşı 5 futbol filmi

Pelenin göz yaşları və xuliqanların qaranlıq dünyası - Ən yaxşı 5 futbol filmi

15:00 10 iyul 2026
Gözləri tutulandan sonra ən məşhur tablolarını yaratdı - Dahilərin müəllimi haqqında

Gözləri tutulandan sonra ən məşhur tablolarını yaratdı - Dahilərin müəllimi haqqında

11:30 10 iyul 2026
100 il əvvəl yazılanlar... - Nəcəf bəy Vəzirovun əsərləri bu gün aktualdırmı?

100 il əvvəl yazılanlar... - Nəcəf bəy Vəzirovun əsərləri bu gün aktualdırmı?

10:00 9 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər