Müxalif sənətçinin 2 milyon borcu var

Müxalif sənətçinin  2 milyon borcu var
30 iyun 2011
# 13:16
Bu yaxınlarda azadlığa çıxan Çinin müxalif sənətçisi, rəssam Ai Veiveinin “cəzası” bəlli olub. Vergidən yayınma səbəbi ilə tutulan sənətçiyə iki milyon dollara yaxın cəza kəsilib.
Sənətçini dəstəkləyənlər pulun ödənməsi üçün bir kompaniya başlayıblar. Vergi cəzasını ödəmək haqda Ai-yə xəbərdarlıq edilib və üç gün müddətində möhlət verilib.
Müxalif fikirləri ilə tanınan sənətçi aprel ayının əvvəllərində həbs olunub. Pekin Hava limanında saxlanıldıqdan sonra ondan xəbər almaq mümkün olmayıb. Bir neçə gün sonra isə onun “şübhəli iqtisadi cinayətlər” müddəası ilə həbs olunduğu bildirilib. Bu hadisə ilə bağlı Almaniya, Fransa, Avstraliya və digər ölkələrin baş nazirləri Çin hökümətinə müraciət edib. Sənətçi yaxın günlərdə azadlığa qovuşub.
Onun tutulmasına əsl səbəb kimi sənətçinin hökumətə qarşı səsləndirdiyi fikirləri olub.

Günel ƏSGƏRZADƏ
# 1972 dəfə oxunub

Oxşar xəbərlər

Botaniklərin istinad etdiyi rus rəssam - Onu niyə  "meşə pəhləvanı" adlandırırdılar?

Botaniklərin istinad etdiyi rus rəssam - Onu niyə "meşə pəhləvanı" adlandırırdılar?

12:30 20 aprel 2026
"Cavid Ramazanov düşük türk seriallarının qızğın pərəstişkarıdır" - Böyüməyən yazıçının infantil romanı

"Cavid Ramazanov düşük türk seriallarının qızğın pərəstişkarıdır" - Böyüməyən yazıçının infantil romanı

11:35 20 aprel 2026
"Rollarının üzərində “Nəsibə Zeynalovanın istehsalı” möhürü var..." - Avropanın məşhur aktrisası ona nə demişdi?

"Rollarının üzərində “Nəsibə Zeynalovanın istehsalı” möhürü var..." - Avropanın məşhur aktrisası ona nə demişdi?

10:00 20 aprel 2026
"Mənim yaşımda sevgidən ölən olmayıb hələ..." - Camal sözün başına nə oyunlar qaldı açmamış?!

"Mənim yaşımda sevgidən ölən olmayıb hələ..." - Camal sözün başına nə oyunlar qaldı açmamış?!

15:00 19 aprel 2026
"Romandakı bu cümlələr Seymur Baycanı xatırladır" - "Qəvvas"ın qaranlıq məqamları

"Romandakı bu cümlələr Seymur Baycanı xatırladır" - "Qəvvas"ın qaranlıq məqamları

12:00 18 aprel 2026
«Vətən - ən gözəl uydurmadır, anacan!» - "Patriarxın payızı"ndan bir hissə

«Vətən - ən gözəl uydurmadır, anacan!» - "Patriarxın payızı"ndan bir hissə

15:00 17 aprel 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər