“Gözəl qadınların bəxti olmur” – Məşhurların Səfurə İbrahimova haqqında son sözləri

“Gözəl qadınların bəxti olmur” – Məşhurların Səfurə İbrahimova haqqında son sözləri
22 dekabr 2020
# 13:54

Məşhurlar dünən dünyasını dəyişən Xalq artisti Səfurə İbraimova haqqında xatirələrini bölüşüb. Kulis.az sənət yoldaşlarının Xalq artisti haqqında son sözlərini təqdim edir.

Əməkdar artist Məlahət Abbasova

“Böyük sənətkar. Yeri doldurulmayacaq əfsanəmiz Səfurə xanımım. “Balamı görməyə gələcəyəm”, deyə mənə söz vermişdiniz. Nə deyim ki? Nə yazım ki, bilmirəm. Kəlmələr acımın qarşısında yetərsizdir. Canım-gözüm, Səfurə xanım. Sizi tanımaq mənə Allahın bir lütfüdür. Yaxşı ki, həyatımda vardınız. Sizi qəlbimə, beynimə əbədi olaraq yazdım. Məkanınız cənnət olsun. Nur içində yatın. Bilirəm, Gülcahan xanımla, Tariyel Vəliyevlə bir-brinizə qovuşacaqsınız. Onlar üçün çox-çox darıxdığımı söyləyin. Sizi heç bir zaman unutmayacağam. Gözəl qəlblim, nur üzlüm! Siz gecə də, gündüz də həmişə mənimləsiniz. Mənimlə olcaqsınız. Sizin Nargiləniz, sizin Melişkanız”

Teleaparıcı Nailə İslamzadə

Səfurə xanım, ilk bahar qızımız. Son dəfə bir il əvvəl evində görüşdük, bir möcüzə idi onun "Ötən günlər"ə gəlməsi. Xeyli dərdləşmişdik. “Gözəl qadınların bəxti olmur”, deyirdi. İncik getdi həyatdan, teatrdan. Məkanı cənnət, ruhu şad olsun. Allah rəhmət eləsin”.

Teleaparıcı Rövşanə Ağasəfqızı

Səhnəni titrədirdilər zamanında. Gurultulu alqışlar, pərəstişkarlar, qucaq-qucaq gül dəstələri, hədiyyələr, məktublar, sevgilər... Dramaturq sevgilisi, rejissor sevimlisi, direktor gözaltısı... Gül ləcəkləri quruyan, tənha qocalığa aparan yolda alqışdan eşidilməyən addım səsləri… Cavanlığın başgicəlləndirən ehtirası... Gözəlliyin göztutan korluğu... Tənha, kimsəsiz can verdilər... Övladsız... Ya övlada həsrət... Biri kiminsə komasında, biri öz soyuq, tozlu, boz otağında... Ya yod iyi verən xəstəxana çarpayısında canını tapşırdı... Sarılacaq, toxunacaq kimsəsiz getdilər gözəlim həyatdan... Borc icində olanı da vardı, hələ cavan, gözəl olanların cüzi yardımına möhtac qalanı da, nimdaş paltarda, al qirmizi boyalı dodaqlarla pay-piyada dolaşıb, avtobusa minməyə para tapmayanı da... Təəssüf! Çox təəssüf… Gözəlliyin ağlı başdan alan tələsi olmayaydı.
Rəhmət sizə! Alqış sənətinizə! Bir də ki, sənətiniz, həm də yaşadıqlarınız dərs olar yenilərə. Necə deyirdi şair: “Gedər bir gün bu gözəllik, sənə də qalmaz... Yalqızam, yalqız".

Teleaparıcı Elgiz Əkbər

Allahım, itirə-itirə gedirik. Çox ağır xəbər oldu. Yerin cənnət olsun, böyük sənətkar.

Xalq artisti Firəngiz Mütəllimova

Xalq artisti, istedadlı sənətkar Səfura İbrahimova 81 yaşında dünyaya gözlərini əbədi yumdu. Allah sənə rəmət eləsin.

Əməkdar artist Aybəniz Haşımova

Mən onu belə xatırlayacam. İlk gördüyüm gün kimi. Bu günlərdə jurnalist Əli Novuzəliyev İnstagramda onunla birgə canlı yayım açmışdı. Məni də qoşdu onunla dialoqa. Düşündüm ki, bəlkə unudub məni. Amma yox, unutmamışdı. Elə gözəl danışırdı. Halbuki həmin gün əhvalı çox da yaxşı deyildi. Ancaq elə bil, yeni bir nəfəs gəlmişdi Səfurə xanıma. “Arşın mal alan” filminin çəkiliş dövründən, Göygöldən, məni xatırlamağından danışdı. Vəfasız dünya. Sən də qədər vəfasız olsan da, bəzi sakinlərin kimi səndən yenə də doymaq olmur. 81 yaş əslində hər birimizin baxışı ilə uzaq sahildir. Amma o yaşa özümüz də çatsaq, görəcəyik ki, ölümün yaşı olur, ömrün yox. Allah rəhmət eləsin sənətkarımıza. Ona bu gümlərində dayaq olan Əli Novruzəliyev başda olmaqla, hər kəsə minnətdaram. Allah savaba yazsın.

# 10786 dəfə oxunub

Oxşar xəbərlər

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

14:00 10 dekabr 2024
Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
# # #