“Nu poqodi!”ni yaradan kişi - Səbuhi Məmmədli yazır...

“Nu poqodi!”ni yaradan kişi - <span style="color:red;">Səbuhi Məmmədli yazır...
20 iyun 2017
# 12:47

Onun ilk seriyası 1969-cu il yanvarın 1-də nümayiş olundu. Əslində film elə bir seriya nəzərdə tutulmuşdu. Amma filmin nümayişindən heç bir gün keçməmiş studiyaya on minlərlə məktub gəlmişdi. Sovet insanı davamını, növbəti seriyaları tələb edirdi...

Bu filmi uşaqlar da sevirdi, böyüklər də. Amma sərt tənqidçiləri də vardı. Məsələn, qəhrəmanlardan birinin siqaret çəkməsi, küçəyə tüpürməsi, hətta mərkəzi mətbuatda belə ciddi müzakirə mövzusuydu.

Yeri gəlmişkən, qəhrəmanlardan birini Vladimir Vısotski səsləndirməliydi. Amma həmin vaxt Vısotsikyə qarşı sərt senzura vardı. Onu Anatoli Papanov əvəzləməli olmuşdu. Ən maraqlısı isə 16-cı seriyanın çəkilişindən sonra oldu. Papanov qəflətən vəfat etdi. Bundan sonra rejissor filmin çəkilişini tamamilə dayandırmaq qərarına gəldi. Amma kiçik bir təsadüf hamını xilas etdi. Sən demə, səs rejissorunda və operatorda Papanovun çəkilişlər vaxtı səsləndirdiyi lətifələr qalırdı. Məhz bu səslərdən istifadə edərək növbəti seriyaların çəkilişinə start verildi.

1988-ci ildə on milyonların sevimli qəhrəmanları ona SSRİ Dövlət Mükafatını gətirdi. Məhz həmin ildəcə filmin çəkilişi dayandı. Növbəti 18-ci seriyası isə 1992-ci ildə çəkildi.

Image result for Nu poqodi

Nəinki SSRİ və Rusiyanın, dünyanın bir çox şirkətləri bu filmin qəhrəmanlarının təsvirlərindən brend kimi istifadə etdi. Və onlar ölkəyə milyonlarla dollar gətirdi.

Bu filmin Azərbaycan incəsənətinə də haradasa bağlılığı var. Söhbət ondan gedir ki, filmdə Alla Puqaçova, Şik Buarke, Gerba Alperta, Rimski-Korsakov, Bill Xeyli, Ceyms Lasta, Edita Pyexa, Pol Moria, Frank Pursel, Erla Skraqqs, İqor Sklyarla yanaşı, Müslüm Maqomayev və Qəmbər Hüseynovun da mahnıları səsləndirilib.

Və bütün bu melodiyaların seçilməsində məhz onun israrlı qərarları rol oynayıb.

Uşaqdan böyüyə hamını güldürən bu filmə görə, ona “Gülüş ordeni” verilib. Və ondan sonra dünyada heç kimə bu orden təqdim edilməyib.

SSRİ-nin və Rusiyanın bir çox mükafatlarını aldı. 80-dən çox film çəkdi. 73 yaşında isə Moskvada vəfat etdi. Rusiya paytaxtında mədəniyyət və incəsənət xadimlərini dəfn edildiyi Vaqankovsk qəbiristanlığında alqışlar altında dəfn edildi. Soyuq və şaxtalı noyabr günündə dəfninə isə on minlərlə insan qatılmışdı.

Bu gün isə onun ad günüdür. 90 yaşı tamam olur: Vyaçeslav Kotyonoçknin. Milyonlarla insanın sevdiyi, böyüdüyü “Nu poqodi”nin yaradıcısının… /Lent.az/

# 1617 dəfə oxunub

Müəllifin son yazıları

# # #