Mәn bu axşam unudulmuş bir kәsәm - Günün şeiri

Sabir Rüstəmxanlı, Xalq şairi

Sabir Rüstəmxanlı, Xalq şairi

20 may 2022
# 10:06

Bu gün Xalq şairi Sabir Rüstəmxanlının doğum günüdür. Kulis.az bu münasibətlə şairin dillər əzbəri olan şeirini təqdim edir.

Mәni atdın, atıb getdin əzizim,
Mәn bu axşam unudulmuş bir kәsәm.
Dost itirmәk hәr ağrıdan ağırdı,
Bir gecәdә qara saçım ağardı.

Әldә bir qәdәh şarab
Sәni әvәz elәmir,
Hәsrәtli xatirәlәr
Sәni әvәz elәmir,
Şәkildәn baxışın
Sәni әvәz edәmir,
Yastığımda göz yaşım
Sәni әvәz elәmir…

İlk bahardı, son bahardı-unutdum
Dan yerini kipriyimlә qanatdım.
Niyә mәnә qismәt oldu intizar?
Ürәyimә niyә yağdı yağşlar?

# 2489 dəfə oxunub

Müəllifin son yazıları

# # #