İnsanlar nə üçün porno izləyir?

İnsanlar nə üçün porno izləyir?
31 iyul 2013
# 07:15

Porno sözünü eşidən əksər insanlar “nə danışırsınız, mən heç vaxt elə şeylərə baxmıram, ehtiyacım da yoxdur” deyə, üzlərinə ikrah və çaşqınlıq qarışıq bir ifadə verirlər. Lakin danmaq olmaz ki, hər bir kəs ömründə bircə dəfə də olsa porno izləyib.

Hazırda pornonun geniş yayılmasına və əlçatan (internetdə axtarış saytlarında “porno” kəlməsini yazmaq kifayətdir) olmasına rəğmən, hələ də onu erotika ilə qarışdıranlar, hətta eyniləşdirənlər var. Əvvəlcə pornonun nə olduğunu aydınlaşdıraq.

Pornoqrafiya (latınca “porni” - fahişə, ”qrafo” - yazıram) – ilkin mənasında fahişələrin gündəlik fəaliyyətini işıqlandıran yazı, müasir anlamda isə auditoriyanı ehtiraslandırmaq məqsədilə cinsi əlaqənin fizioloji xırdalıqlarının nümayişidir. Pornoda proses heç bir məhdudiyyət qoyulmadan, tam şəkildə təqdim edilir və izləyici bundan bəhrələnərək öz seksual ehtiyaclarını ödəyə, yaxud da sadəcə baxıb həzz ala, maariflənə bilir. Erotikadan fərqli olaraq, pornonun əsas qayəsi cinsi əlaqə zamanı hislərin və emosiyaların yox, məhz fizioloji prosesin ön plana çəkilməsidir. Porno insanlarda yalnız şəhvət oyatdığı halda, erotika daha çox seksual münasibətlərin bədii təsviridir. Erotikada tərəflər arasındakı sevgini, romantik bağlılığı sezmək olur.

Əsrlər boyu pornoya münasibət istər dövlət, istərsə də dini qurumlar tərəfindən birmənalı şəkildə mənfi olub. Zəmanəmizdə isə pornoya neqativ, neytral və pozitiv yanaşmalar mövcuddur. Neqativ yanaşma antipornoqrafik hərəkatın timsalında özünü daha qabarıq göstərir. Hərəkat üzvləri arasında dindarlar, feministlər, psixoloqlar və hətta keçmiş porno aktyorlar üstünlük təşkil edirlər ki, onların fikrincə pornoya aludə olanların, xüsusilə də yeniyetmələrin əksəriyyəti aqressiyaya, zorakılığa, pedofiliyaya daha çox meyllidirlər.

Neytral mövqe tutanlar hesab edirlər ki, cinsəl və yaş baxımından yetkinliyə çatmış istənilən şəxs pornoya baxa bilər. Artıq formalaşmış psixologiyaya porno heç bir mənfi təsir göstərə bilməz.

Bəs insanlar nə üçün pornoya baxır? Onları cəlb edən nədir? Üstəlik, seksual partnyoru olan bir şəxsin pornoya marağını normal qarşılamaq olarmı?

Pornoya olan maraq hər bir şəxs üçün individual səbəblərə söykənir. Əsas səbəbləri əldə rəhbər tutaraq bölgü apardıqda, aşağıdakı nəticələrə gəlmək olar:

- pornoya təcrübə toplamaq, maariflənmək məqsədilə baxanlar; seksopatoloqların fikrincə, bu, fahişə xidmətlərindən istifadə etməkdən daha yaxşıdır. Çünki əxlaqsızlığın səviyyəsini və insanın müxtəlif yoluxucu dəri-zöhrəvi xəstəliklərə tutulma riskini xeyli azaldır.

- anadangəlmə çəkingənlik hissindən və müxtəlif seksual komplekslərdən azad olmaq məqsədilə porno izləyənlər; bu tip insanlar yataqda çox utancaq olur və özlərinə məhdudiyyətlər qoyurlar. Onların arasında evli insanlar da var ki, öz partnyorundan arzuladığını ala bilmir, eyni zamanda xəyanət də etmək istəmir və itirdiklərini porno vasitəsilə kompensasiya etməyə çalışır.

- seksual ehtiyaclarını ödəmək məqsədilə pornoya baxanlar; burada hər şey aydındır. Tələbat var, partnyor yoxdur. Ən yaxşı çıxış yolu pornodur.

- sadəcə maraq üçün baxanlar; bir çoxlarını pornoya baxmağa vadar edən məhz budur.

Yuxarıda sadaladıqlarımız, pornoya müsbət tərəfdən göstərilən maraqları əks etdirən bir bölgüdür. Hər şey qədərində və təyinatına görə istifadə olunan zaman yaxşı olur. Arada-sırada gözucu pornoya da baxmaq olar, təki onun aludəçisinə çevrilməyəsiniz!

# 7275 dəfə oxunub

Müəllifin son yazıları

# # #