Öpüşlə bağlı maraqlı faktlar

Öpüşlə bağlı maraqlı faktlar
7 may 2013
# 07:45

Kulis.az öpüşlə bağlı maraqlı faktları təqdim edir.

Hər üç cütlükdən ikisi öpüşərkən başını sağa doğru əyir.

Adi, ehtirassız bir öpüşmədə iki əzələ, ehtiraslı öpüşmədə isə üzündəki 34 əzələ işləyir.

Barmaq izi, ya da qar dənəsi kimi dünyada bir-birinə bənzəyən iki dodaq yoxdur.

Bir insan orta hesabla ömrünün 336 saatını öpüşməyə sərf edir.

Yəqin sizi başqalarının necə öpüşməyi maraqlandırıb. Hər kəsin öpüşməyi şəxsi xüsusiyyətlərini özündə daşıyır.

Öpüş beynimizdə paraşütdən tullanmaq, hündürlükdən atlanmaq və qaçmaqla eyni effekti yaradır.

Dünyadakı hər bir qadın evlənmədən qabaq orta hesabla 7-9 kişi ilə öpüşür.

Evdən çıxarkən sevgilisini öpən kişilərin gəliri öpməyənlərdən daha çoxdur.

Kino tarixindəki ən uzun öpüşmə 1941-ci ildə çəkilmiş “Sən indi əsgərlikdəsən” filmində Jane Wyman və Regis Tommey arasında olub: 3 dəqiqə 5 saniyə.

Öpüş zamanı bir şəxsdən digərinə 278 müxtəlif növ bakteriya keçir. Sevindirici hal odur ki, onların 95 faizi zərərsizdir.

Hər onuncu gənc əsl öpüşünə 10 yaşına çatmamış başlayır. 14 yaşında hər iki cinsdən olan gənclərin 50 faizi dodaq-dodağa öpüşməyin nə olduğunu bilir.

15-24 yaş arası qızların böyük əksəriyyəti etiraf edib ki, bir il kumirlərinin köynəklərini ütüləyərlər, təki onunla bircə dəfə öpüşə bilsinlər.

Yaponlar belə hesab edir ki, başqalarının yanında öpüşmək olmaz. Buna görə də yapon filmlərində çox vaxt öpüş səhnələrinə rast gəlmək olmur.

Eskimoslar dodaqları ilə öpüşmürlər. Burunlarını bir-birinə sürtürlər.

“Scientific American” jurnalını yazdığına görə Müqəddəs Valentin Günündə daha çox cütlük öpüşür.

# 11530 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #