Belarusda azərbaycanlı milyonçu haqda film çəkilib

Belarusda azərbaycanlı milyonçu haqda film çəkilib
21 iyun 2013
# 10:18

Azərbaycanlı aktyor Kamran Ağabalayev Belarusda filmə çəkilib. Aktyorun Kulis.Az-a verdiyi xəbərə görə azərbaycanlı milyonçunun həyatından bəhs olunan “Babu” filmi Belarus Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə çəkilib: “Məni internet vasitəsilə seçib dəvət etdilər. Filmdə özünü yalnız pul qazanmağa, işinə həsr edən azərbaycanlı milyonçu İbrahimovun qızı Leylanı kriminal qruplaşma oğurlayır. Bu hadisədən sonra qəflət yuxusundan ayılan İbrahimov bütün qüvvəsini onun xilasına yönəldir. Leylanı oğurlayanlar onu belorusiyalı bir nənənin yanında saxlayırlar. Babuşka deyə bilməyən qız nənəyə babu deyir, filmin adı da elə bundan götürülüb”.

”Babu” filminin rejissoru Andrey Qrebenkindir. Filmin çəkilişləri Minsk və Bakı şəhərlərində aparılıb. Birinci hissəsi hazır olan “Babu” filmi sentyabrda ekranlara çıxacaq.

# 2987 dəfə oxunub

Müəllifin son yazıları

# # #