“Ziyalıyaoxşarlar”ın natamamlıq kompleksi

“Ziyalıyaoxşarlar”ın natamamlıq kompleksi
27 iyun 2020
# 10:33

Son vaxtlar ziyalıyaoxşarlar, "demək olar ki" ziyalılar arasında müxtəlif vasitələrlə (biri qılınca-qalxana qurşanır, o birisi əlinə qələm götürür) xalqı aşağılamaq yaman dəbə düşüb: natamamlıq komplekslərini dəf etmək üçün əyilə-əyilə gəzənlər xalqa sürünmək psixikası təlqin etməyə çalışırlar.

Xalqa yuxarıdan-aşağı baxmaq vərdişi ("İntelligentik, gəzərik naz ilə!") get-gedə açıq ikraha çevrilir. Bu, artıq ayrı-ayrı adamların münasibəti kimi yox, "ziyalı" təbəqənin mövqeyi kimi təqdim olunur. Bu məqamda bir labüd sual meydana çıxır: görəsən, xalqı tənqid etmək olar? Əlbəttə ki! Lakin buna gərək mənəvi haqqın, Mirzə Cəlilin, Sabirin ürəyi boyda ürəyin ola! Xanımlar və cənablar, güzgünü qoyun qabağınıza və vücudunuza qiymət verin.

# 4678 dəfə oxunub

Müəllifin son yazıları

# # #