Ürək dərdə bazardı,
Qüssə gəlir, qəm gedir.
Dərd bizə ayıq gəlir,
Qayıdanda dəm gedir.
Niyə belə olur axı,
Biz kimə neylədik, neylədik ?
Qəm yapışdı yaxamızdan,
Biz qəmə neylədik, neylədik ?
Bir az tütünün çəkdik,
Arağın içdik dünyanın.
Bilmədik əsrarı nədi,
Yanından keçdik dünyanın.
Qismət: Biz qəmə neylədik, neylədik ?
20 noyabr 2012
00:46
2947 dəfə oxunub