Ağalar aydırır: “Hər gün minbir yerdə dindarlar Axundovu söyürlər. Cınqırını da çıxaran yoxdur. Ancaq Cavidə dillənmək olmaz”. Demək, Axundov söyülürsə, Cavidi də söymək olar? Biz burda tin davası aparırıq, məgər? Siz Axundovu söyürsünüz, biz də Cavidi söyəcəyik? Məgər biz söyüşmək üçün yazı yazırıq?
Ağalar Kamal Abdullaya qarşı təhqirləri göyə sovurur. Mənə qarşı etikadan kənar sözlər deyir. Axı biz burda dil müzakirəsi aparırdıq. Aç, oxu, gör o müsahibədə sənin haqqında bircə dənə də olsun təhqir varmı? Axı elmi müzakirə belə aparılmır. Savadın varsa, buyur ər meydanına. Məhz başının balaca, ağlının az olmağın səbəbindən sən Hüseyn Cavidi “Qız məktəbində” şeirinə görə vəhhabi adlandırırsan. Qızın da günahı birinci Allahın adını çəkməyi imiş. “Bütün insanların sevən” bir qızcığazı İŞİD militanı hesab etmək... Sənin mətn duyumun doğrudan bu səviyyədədir?
Və sənin Kamal Abdulla haqda bütün təhqirlərinin bircə səbəbi var: O da sənin, “mənim Tanrım gözəllikdir, sevgidir” sözlərini yazan Cavidi “vəhhabi” adlandıran qanmazlığındır. Və “Qız məktəbi” şeirini vəhhabi mətn sayan adamın da Kamal Abdullaya bu qədər atavistik nifrətlə yanaşması da Sədinin sözünü yadımıza salır: “Alimin cahilə nifrəti birdirsə, cahilin alimə nifrəti mindir”
Ağalar aydırır: “Cavid xalqını saya salmayıb, onun üçün yazmayıbmış”. Bəs Cavidin premyeralarındakı anşlaqı kimin ayağına yazaq? Məgər onlar İstanbuldanmı gəlmişdi? Fakt öz yerində, məgər xalq üçün yazmaq vacib şərtdirmi? Cavid özü yazırdı ki, “Mən fəqət hüsnü-xüda şairiyəm; Yerə enməm də, səma şairiyəm”. Onun öz istədiyi kimi yazmaq hüququ yoxdurmu?
Cavidə verilən bu ittiham repressiya ittihamına çox bənzəyir, çünki eyni şeyi siyasətçi Səməd Vurğun da deyirdi: “Nədən şeirimizin baş qəhrəmanı. Gah Turandan gəlir, gah da İrandan. Bəs mənim ölkəmin varlığı hanı?” Kimisə nəyə məcbur etməyin adı totalitarizm deyilmi? Şair Səməd Vurğun isə Hüseyn Cavidə şeir həsr edirdi.
Ağalar aydırdı: “Vaxtında repressiya edilməsəydi”. Amma sonra aydırdı ki, bəs qələt düşüb, barmaq boyda cümləyə üç abzasda izah buyurur. Qardaş, sən hər “yarımcümlə” adlandırdığın bu ifadə zatən çox açıqdır, Azərbaycan dilinə bu qədər bələd olmağının müqabilində sən hələ də dil dərsi verirsən. Fikir ver: “Vaxtında repressiya edilməsəydi”. Necə yəni vaxtında? Nəyin vaxtında? Məgər hər yazıçının bir repressiya zamanı olur? Yəni Cavid vaxtından əvvəl də repressiya oluna bilərdi, vaxtından sonra da? Mirzə Cəlil vaxtında repressiya olunmadı, tez öldü, Əhməd Cavadın vaxtı keçdi, gec repressiya oldu, Səməd Vurğunun vaxtı gəldi, amma repressiya olmadı.
Ağalar bu cümləni belə izah edir: ”Vaxtında” – o vaxt, həmin vaxt, vaxtı-zamanında deməkdir. Beləliklə, “Vaxtında repressiya edilməsəydi, dilimizi daha da zibilləyəcəkdi”: O vaxtı repressiya nəticəsində ölməmiş olsaydı, yəni vaxtı-zamanında bu proses dayan(dırıl)mamış olsaydı, dilimizi zibilləməyə davam edəcəkdi.
Vaxtında, yəni o vaxt. Çox gözəl izahdır! Vaxtı-zamanında. Bəlkə zaman vaxtında? Yəni ki, həmin vaxt.
Kamal Abdullaya gəlincə. Sən girən meşə deyil. Çaşıb qalarsan. Öz işində ol.
1977-ci ilin yanvar ayı. Moskva. Həmin vaxtda Kamal Abdulla Dədə Qorqud dili əsasında “Sintaktik paralelizm” dissertasiyan müdafiə eləmişdi. Vaxtında sən o kitabı oxusaydın, indi belə aydırmazdın.