Hacı İlqar İbrahimoğlunun “Yeni Müsavat”da çap edilmiş yazısını oxudum.
Müəllif yazır: “İllər öncə bir kinoya baxmışdım. Orada bir islam kimlikli personajın dilindən nurani bir cümlə səslənmişdi: “Bizim tüstümüz yoxdur, yanğımız var”. İlk öncə tam anlamamışdım.
Necə yəni “tüstümüz yoxdur, yanğımız var”?! Tüstüsüz yanğımı olar, əcəba?! İllər keçdi, bu ibrətli dürr buyuruşun anlamı bəndeyi-həqiri çox düşündürürdü”
Düzü, bu cümlələri oxuyub xeyli heyrətləndim.
Çünki film replikasında istifadə edilən “tüstüsüz atəş” ifadəsi ssenaristin yaradıcılığına aid edilə bilməz.
Bu ifadəni Quranda oxumuşdum, yerini də dəqiqləşdirdim, Rəhman surəsinin 15-ci ayəsidir.
Mən Quranı türk dilində oxumuşam.
Məşhur tərcüməçilərdən olan Ali Bulaç bu ayəni belə çevirib: Cinleri de yalın, dumansız bir ateşten yarattı.
Ziya Bünyadovla Vasim Məmmədəliyevin tərcüməsi isə bu cürdür:
“(Cinlərin əcdadı) cannı da tüstüsüz (təmiz) oddan O xəlq etdi”.
Bir din adamı Qurandan olan ifadəni filmdənmi eşidər?
Solçuların Marks oxumadığı, millətçilərin Azərbaycan dilini dürüst bilmədiyi ölkədə hər şey mümkün...
Hacı İlqarın filmi
1 noyabr 2012
10:41
2057 dəfə oxunub