Yalnız bir nəfərə ata dedim – Səlim Babullaoğludan yeni şeir

Yalnız bir nəfərə ata dedim – Səlim Babullaoğludan yeni şeir
10 dekabr 2021
# 21:00

Bu gün tanınmış şair Səlim Babullaoğlunun doğum gündür. Kulis.az şairi təbrik edir və bu münasibətlə onun "Əvvəlinci ayın şeiri" adlı yeni şeirini oxucuların diqqətinə çatdırır.

Fraqment

Əvvəllər qapını üzümə sevgilim açardı,
ətəyindən, böyür-başından bir cüt göz parlardı.
İndi iki cüt sevincək göz açır qapını üzümə:
bir az yuxarıdan baxırlar;
az sonra arxalarından sevgilim boylanır -
arın-arxayın, təbəssümlə.

O gün evə gec qayıtmışdım.
Qapı üzümə açıldı, duruxdum:
mən bu gün onları düşünməmişdim;
lap pisi buydu ki,
uşaqların üzünü unutmuşdum, utandım.

Sonra sual etdim öz-özümə:
"oğul, ya qız fikirləşsəydin özünə,
onların sifəti necə olardı?".
Oğlumun və qızımın çöhrəsindən başqa,
xəyalıma heç nə gəlmədi,
Bunun üçün çox sağ ol!
Şükr olsun Sənə!

***

Yalnız bir nəfərə "ata" dedim.
Yalnız bir nəfəri "ana" deyə çağırdım.
Bir bacım, bir qardaşım oldu,
və bir oğlum, bir qızım.
İki babam, iki nənəm vardı hamı kimi;
nənəmin birini heç görmədim,
Onların hər birinin öz ömrü, öz sifəti vardı;
barmaq izləriylə də təkdilər.
Hər yerdə təklik və təkrarsızlıq kimi imzan var Sənin.
Bunun üçün çox sağ ol!
Şükr olsun Sənə!

***

Sənin sözlərini çox çək-çevir edirlər, sanki öz sözləridir.
Amma "gül"ə "kül" deməmək üçün vərdişlərimizdən başqa
unutduqsa da bizə mane olan daha bir şey var:
bunun üçün çox sağ ol!
Şükr olsun Sənə!

# 4374 dəfə oxunub

Oxşar xəbərlər

Mən ki sevdim deməkdən ayrılmam - Repressiya qurbanının şeiri

Mən ki sevdim deməkdən ayrılmam - Repressiya qurbanının şeiri

16:20 10 iyul 2026
İl yox, sanki yel keçdi - "Manas" dastanından bir hissə

İl yox, sanki yel keçdi - "Manas" dastanından bir hissə

17:21 9 iyul 2026
Alov rəngli qərənfillər... - Günün şeiri

Alov rəngli qərənfillər... - Günün şeiri

12:40 9 iyul 2026
Sizin də məhləyə yağış yağırmı? - İbrahim İlyaslı

Sizin də məhləyə yağış yağırmı? - İbrahim İlyaslı

17:26 8 iyul 2026
Pulunuz özgəyə qismətdir yalnız - Günün şeiri

Pulunuz özgəyə qismətdir yalnız - Günün şeiri

11:30 8 iyul 2026
Alt dodaqdan üst dodağa qalxa bilməyən səsə qədər... - Rəsul Rza

Alt dodaqdan üst dodağa qalxa bilməyən səsə qədər... - Rəsul Rza

16:17 7 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər