Bu yaz mən heç kimi sevmədim – Günün şeiri

"Uzaq sahillərdə" filmindən kadr

"Uzaq sahillərdə" filmindən kadr

2 noyabr 2021
# 11:20

Bu gün Mixaylo ləqəbi ilə tanınan leytenant, azərbaycanlı partizan və təxribatçı, İkinci Dünya müharibəsi dövründə kəşfiyyat-təxribat qrupun rəhbəri Mehdi Hüseynzadənin vəfat etdiyi gündür. Kulis.az “Günün şeiri” layihəsindən Həmid Herisçinin “Mehdi Hüseynzadənin sonu” şeirini təqdim edir.

Bu yaz...

bu yaz mən heç kimi

sevmədim...

heç kimi...

hətta 1 milyon reyxsmarkalıq

öz kəlləmi,

mənə qəhbə gətirmiş bu xoş gecəmi,

"mersedes"imin yan güzgüsündən gördüklərimi,

neynim, daha sevmədim,

Ancelikamı da Triyestin çirkab sularına

itələdim...

Müxalifət qəzetlərinin

manqal yelpiyinə çevrildiyini,

silahdaşlarımın xəyanətə meylləndiyini,

Mazellinin əsayla öz şlyapasını düzəltdiyi an

güllələndiyini

görüb

azcana gülümsədim...

bu yaz mən heç kimi,

hətta yaralarımı sarmış qoca həkimi,

Ancelikaya soxuşdurduğum yalançı

həyat hekayətimi

sevmədim...

Üzərində "Axtarışdadır!" yazılmış

öz şəkillərimə bütün öz qara kölgələrimlə birgə

axır ki, tam bənzədim...

Kimsəni daha sevmədim...

Cəhənnəmə aid

qanlı meyid-canlı meyid,

dilçilərin aşkarlamadığı

qalın samit,

incə sait

səslər,

yad nəfəslər,

işkəncə otağına gedən

uzun dəhlizlər,

yordu məni...

100 minlik ordu məni

axtarır, tapa bilmir...

Dünyanı partladıram,

restoranlar, kinoteatrlar silkələnir...

Ancaq axırda gəlib dirənir,

bu işlər bircə cümləyə -

- bu yaz mən heç kimi sevmədim...

həə... demək, indi mən gərək

lap dərindən fikirləşim,

Vasilislə, Ancelikayla çopur qayalara

söykənim...

ləpələrin tərcüməsində,

kölgələrin cütləşməsində,

qara çəkmələrimin şər sifətində

indi hekayətimi eşidin...

hə, məndə birləşmişdi

Həm İmam Mehdi, həm də İmam Hüseyn...

demişdi bunu mənə, hə, bir madumazel qadın-fröylen,

ancaq mən kimsəni sevməmişdim bu yaz...

demək, nə qədər hoqqabaz, kəndirbaz

olsam da, öz qara əlcəyini atmışdı mənə

həyatın özü...

Triyestin küçələrindəki pişiklərin şeytan gözü...

Triyest qazanxanalarının boz tüstüsü,

göyə qalxmağı bacarmır...

SS-çilərin mersedesi yolunu azır,

bir an

şəhərin ən oğraş mənzərələrini işıqlandırır...

Axırda məni tapır...

gözlərim bir cümlə yazır -

- "bu yaz mən heç kimi sevmədim, inan!"...

Gülləbaran başlanır bundan sonra, Ancelika,

gülləbaran...

# 12534 dəfə oxunub

Oxşar xəbərlər

Mən ki sevdim deməkdən ayrılmam - Repressiya qurbanının şeiri

Mən ki sevdim deməkdən ayrılmam - Repressiya qurbanının şeiri

16:20 10 iyul 2026
İl yox, sanki yel keçdi - "Manas" dastanından bir hissə

İl yox, sanki yel keçdi - "Manas" dastanından bir hissə

17:21 9 iyul 2026
Alov rəngli qərənfillər... - Günün şeiri

Alov rəngli qərənfillər... - Günün şeiri

12:40 9 iyul 2026
Sizin də məhləyə yağış yağırmı? - İbrahim İlyaslı

Sizin də məhləyə yağış yağırmı? - İbrahim İlyaslı

17:26 8 iyul 2026
Pulunuz özgəyə qismətdir yalnız - Günün şeiri

Pulunuz özgəyə qismətdir yalnız - Günün şeiri

11:30 8 iyul 2026
Alt dodaqdan üst dodağa qalxa bilməyən səsə qədər... - Rəsul Rza

Alt dodaqdan üst dodağa qalxa bilməyən səsə qədər... - Rəsul Rza

16:17 7 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər